Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan




Download 0.88 Mb.
Pdf ko'rish
bet5/23
Sana30.10.2022
Hajmi0.88 Mb.
#28548
1   2   3   4   5   6   7   8   9   ...   23
Bog'liq
Meşə meliorasiyası (Mühazirələr)

Fitomeliorasiya ağac, kol və ot bitkiləri ilə təbii şəraitin kökündən 
dəyişdirilməsi istiqamətində görülən tədbirlər sistemidir. Görülən 
tədbirlər sistemində iqlim, torpaqların su-fiziki xassələri və bitki örtüyü 
tamamilə dəyişdirilir, yaxud yaxşılaşdırılır. Fitomeliorasiya torpaqların 
bir sıra fiziki- kimyəvi xassələrinin dəyişilməsinə, yararsız sayılan 
torpaq sahələrinin təsərrüfatın dövriyyəsinə qaytarılmasına, eroziyanın 
qarşısının alınmasına, məhsuldarlığın artırılmasına və insanların ərzaq 
məhsulları ilə təmin olunmasına müsbət mənada təsir edən meliorativ 
tədbirlər sistemlərindən biridir. Fitomeliorasiya quraqlığa, torpaqda səth 
sovrulmaya və bu kimi təbii hadisələrə qarşı aparılan vacib tədbirlərdən 
biri sayılır. Vacibliyi nəzərə alınaraq fitomeliorasiya şərti olaraq iki 
qrupa bölünür.
1. Meşə meliorasiyası.
2. Ot bitkilərinin köməyi ilə aparılan meliorasiya. 
Rusiyanın Avropa hissəsinin çöl zonasında süni meşəsalma 
istiqamətində ilk cəhdlər I Pyotr dövrünə aid edilir. Onun göstərişinə 
əsasən Taqanroq yaxınlığında 1696-cı ildə ilk dəfə olaraq süni 
meşəsalma zolağı yaradılmışdır. 
Quraqlığa və külək eroziyasına qarşı meşə zolaqları mühüm əhəmiyyət 
kəsb edir. Tarlaqoruyucu meşələr istifadə olunmasına görə 4 yerə 
bölünür: 1. Tarlaqoruyucu və eroziyaya qarşı salınmış meşələr. 2. Şoran 
torpaqlarda, qumsal torpaqlarda və otlaqlarda salınmış meşələr. 3. 
Əkin materiallarının seçilmiş meşə sahələri. 4. Meşə əkininin 
mexanikləşdirilməsi. 


Yol kənarlarında salınmış meşələr yolların qarla örtülməsinin qarşısını 
alır, külək eroziyası nəticəsində torpaqların məhsuldar qatdan məhrum 
olmasının qarşısını alır. Meşə zolaqlarının salınmasının digər əhəmiyyəti 
bataqlıqlaşmanın qarşısını almasıdır. Sahildə salınmış meşələr sahil 
zonasında torpaqları bərkidir, su hövzələrinin dolmasının qarşısını alır. 

Download 0.88 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23




Download 0.88 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan

Download 0.88 Mb.
Pdf ko'rish