• Tarlaqoruyucu meşə zolaqları və onların mikroiqlimə təsiri . Plan: 1.Tarlaqoruyucu meşə zolaqlarının salınması.
  • Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan




    Download 0.88 Mb.
    Pdf ko'rish
    bet7/23
    Sana30.10.2022
    Hajmi0.88 Mb.
    #28548
    1   2   3   4   5   6   7   8   9   10   ...   23
    Bog'liq
    Meşə meliorasiyası (Mühazirələr)

     
     
     
     
     
     
     
     
     
     
     
     
     


    Tarlaqoruyucu meşə zolaqları və onların mikroiqlimə 
    təsiri

    Plan: 
    1.Tarlaqoruyucu meşə zolaqlarının salınması. 
    2.Meşə zolaqları üçün ağacların seçilməsi.
    Respublikamızın dağətəyi zonası rayonlarında kənd təsərrüfatı 
    bitkilərinin becərilməsi üçün yararsız olan eroziyaya uğramış geniş 
    ərazilər mövcuddur. Vaxtilə meşə ilə örtülmüş və ya kənd təsərrüfatında 
    istifadə edilən bu yamaclar təsərrüfatsızlıq nəticəsində güclü eroziya 
    prosesinə məruz qalmış, barsız-bəhrəsiz sahələrə çevrilmişdir. Bu 
    yamaclarda bağlar, meşə-bağlar salaraq onları kənd təsərrüfatı 
    dövriyyəsinə qaytarmaq dövrümüzün ən mühüm problemlərindən biri 
    olan ərzaq proqramının həyata keçirilməsində əsas ehtiyat mənbəyi 
    sayılır. Terraslarda bağlar salmaq üzrə ilk təcrübələr 1968-ci ildə Dəvəçi 
    rayonunda meylliyi 20-35
    0
    olan orta və şiddətli dərəcədə eroziyaya 
    uğramış yamaclarda aparılmışdır. Ərazinin iqlimi əsasən yayı quraq 
    keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipinə aiddir. 
    Havanın orta illik temperaturu 12,5
    0
    -dir. İlin ən soyuq ayında (yanvar) 
    havanın orta temperaturu 0-3
    0
    , ən isti (iyul) ayında isə 24,3
    0
    olur.
    Havanın orta nisbi rütubətliyi 76% olub il ərzində 64-84% arasında 
    dəyişir. Yağıntının illik miqdarı 300 mm-dir. Ərazidə yağıntı əsasən 
    payız fəslində düşür. Təcrübə sahəsində təbii halda ağac və kol cinsləri 
    yoxdur. Ərazinin Siyəzən şəhəri ilə Gilgilçay arasında olan sahəsində 
    tək-tək qaramıx və göyəm koluna təsadüf edilir. Ot örtüyü əsasən 
    yovşan və efemerlərdən ibarətdir. Zəngilan rayonunda təcrübə işləri 
    aparılan ərazinin təbii şəraiti Dəvəçi rayonu sahəsindən xeyli fərqlənir. 
    Ərazi qışı quraq, mülayim, yayı isti keçən iqlimi ilə səciyyələnir. Burada 
    havanın orta illik temperaturu 13,3
    0
    - dir. Havanın orta temperaturu 
    yanvarda – 1
    0
    , iyulda isə 25,3
    0
    –dir. Havanın orta illik nisbi rütubətliyi 
    66% olub, 50-80% arasında dəyişir. Yağıntının illik miqdarı 467 mm-dir, 
    onun ən çox hissəsi yaz fəslinin axırına düşür, bu, ağac bitkisinin 
    inkişafına müsbət təsir göstərir. Zəngilan rayonunda terraslarda təcrübə 


    aparılan ərazinin şimal-şərq hissəsində bozqırlaşmış qəhvəyi dağmeşə 
    torpağı olub nisbətən qalındır. Vaxtilə bu yamaclarda palıd meşələri 
    olmuşdur. Hazırda ərazidə kol şəklini almış tək-tək palıd, itburnu, 
    qaratikan kolları bitir. Sahə qorunduğu üçün kolşəkilli palıdlar tədricən 
    ağac formasını alır. Şamaxı rayonunda təcrübə işləri dəniz 
    səviyyəsindən 850-950 m yüksəkliklərdə orta və şiddətli dərəcədə 
    eroziyaya məruz qalmış, meylliyi 20-30
    0
    olan yamacların şimal-şərq və 
    cənub hissələrində aparılmışdır. Ərazidə yağıntı əsasən yaz və payız 
    fəsillərində düşür. Təcrübə aparılan sahənin torpağı bozqırlaşmış 
    qəhvəyi-dağ torpağıdır. Sahədə kollardan ən çox itburnu, göyəm, 
    murdarça, yemişan, böyürtkan yayılmışdır. Bəzən iydəyarpaq armud, 
    dağdağan və palıd ağaclarına təsadüf olunur. Təcrübələr göstərdi ki, 
    eroziyaya uğramış kənd təsərrüfatı bitkiləri üçün yararsız sayılan 
    yamaclarda düzəldilmiş terraslarda qərzəkli bitkilərin yetişdirilməsi 
    yaxşı nəticə verir. Bu məqsədlə terraslar yamacın meylliyindən asılı 
    olaraq müxtəlif üsullarla hazırlanır. Azərbaycanın müxtəlif rayonlarında 
    apardığımız, həmçinin digər mövcud tədqiqatların nəticələri göstərdi ki, 
    meylliyi 8-14
    0
    olan yamaclarda təkrar şumlama, 14-18
    0
    olan sahələrdə 
    plantaj, 18-40
    0
    -lik yamaclarda isə buldozerlə düzəldilən terraslar daha 
    effektli olur. Təkrar şumlama üsulu ilə terraslar düzəltdikdə əvvəlcə 
    yamacda horizontallar üzrə xətlər çəkilir. Sonra isə adi 4 və ya 5 gövdəli 
    kotanla çəkilən xətlər boyu dəfələrlə birtərəfli şumlama aparılır. 
    Şumlama yamacda terraslar alınana qədər davam etdirilir. Qərzəkli ağac 
    cinslərindən 2 cərgəli bağ salmaq üçün yaradılan terrasların eni 6-6,5 m 
    olmalıdır. Plantaj üsulu ilə terras düzəltdikdə sahə nivelirlənir, 
    terrasların yeri müəyyən edilir. Sonra yamacın yuxarı hissəsindən 
    başlayaraq plantaj kotanı ilə birtərəfli şumlama aparmaqla torpaq çevrilir 
    və eni 5-5,5 m olan zolaqlar yaradılır. Kotanın ilk gedişində şumun 
    dərinliyi - 20, ikincidə – 40, üçüncüdə - 50, sonrakı gedişlərində 70- 80 
    sm-ə çatdırılır. Zolaqlar arasında 80-100 sm enində şumlanmamış 
    zolaqlar çaxlanılır. Belə zolaqlar yağış sularının və yuyulmanın qarşısını 
    alır. Şumlanmış zolaqlarda yamacın yuxarısından başlayaraq qreyderlə 
    terras yatağı düzəldilir. Qreyderin 4-5 gedişindən sonra terras yatağı 
    başa gəlir. Yamacın meylliyi 15-18
    0
    -dən çox olarsa, təkrar şumlama və 


    plantaj üsulu ilə terras düzəltmək mümkün olmur. Bu zaman buldozerlə 
    terraslar düzəldilir. Dəvəçi, Şamaxı və Zəngilan rayonlarında püstə və 
    badam bağları salmaq üçün bu üsuldan istifadə olunmuşdur. Qabaqca 
    terras düzəldilən sahədə torpağın qalınlığı və daşlılıq dərəcəsi müəyyən 
    edilir, sonra terras açılan yerlər nivelir vasitəsilə nişanlanır və mıxçalarla 
    qeyd olunur. Maşınla terras düzəldənin yaxşı görməsi üçün mıxçaların 
    boyu 1-1,2 m olmalıdır. Terrasların açılmasına yamacın yuxarı 
    hissəsindən başlanır. Terrasın yatağı tökmə və kəsmə hissələrə ayrılır. 
    Yatağın 60%-i kəsmə, 40%-i isə tökmə torpaq hissəsindən ibarət olur. 
    Düzəldilmiş terras yatağına çalalar əllə, yaxud da YNY-100 markalı 
    maşınla qazılır. Çalaların dərinliyi əkilən bitkinin və ya səpilən toxumun 
    iriliyindən asılı olaraq müxtəlif olmalıdır. Çəkilən terrasların eni 4 m-
    dən 6 m-ə qədər olub, uzunluğu yamacın relyefindən asılı olaraq 600-
    800 m təşkil edir. Hazırlanan sxemlərə əsasən terraslarda püstə, badam, 
    qoz, eldar şamı, eləcə də digər ağac və kolbitkiləri əkilmişdir. Püstə 
    toxumla, badam toxum və şitillə, eldar şamı və digər cinslər isə şitillə 
    əkilmişdir.
    Terraslarda ilk püstə səpinləri 1968-1971-ci illərin mart ayında Dəvəçi 
    rayonu ərazisində aparılmışdır. Uzunluğu 500 m olan 5 terrasın kəsmə 
    və tökmə hissələrində toxumlar 5 və 8 sm dərinliyində basdırıldı. 8255 
    səpilmiş püstə toxumunun 6400 ədədindən cücərti alındı (cücərmə faizi 
    77,6%). Toxumun müxtəlif illərdə səpilmə dərinliyindən asılı olaraq, 
    cücərmə faizi fərqlənmişdir. 8 sm dərinliyə səpilən toxumların cücərmə 
    faizi 5 sm dərinliyə basdırılan toxumlardan çox olmuşdur. Bütün 
    variantlarda terrasın tökmə hissəsində toxumlar kəsmə hissəyə nisbətən 
    2-3 gün tez cücərmişdir. Belə qanunauyğunluq Şamaxı, Zəngilan və 
    Ağsu rayonlarında apardığımız təcrübələrdə də müşahidə olunmuşdur. 
    Bunun əsas səbəbi tökmə hissəyə günəş şüasının çox düşməsi, torpaqda 
    temperaturun yüksək olması və aerasiyanın yaxşı getməsidir. Tökmə 
    hissədə torpağın yumşaqlığı və onun qida maddələri ilə yaxşı təmin 
    olunması bitiş faizinin yüksək olmasına və bitkilərin normal inkişafına 
    şərait yaradır. Ümumiyyətlə, tədqiqat aparılan rayonlarda payız səpini 
    daha yaxşı nəticələr vermişdir. Bu dövrdə aparılan səpinin daha effektli 
    olması üçün toxumların zərərvericilərdən qorunması mühüm şərtdir.



    Download 0.88 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   23




    Download 0.88 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan

    Download 0.88 Mb.
    Pdf ko'rish