• Azərbaycanda mövcud tarlaqoruyucu meşə zolaqları
  • Azərbaycanda mövcüd tarlaqoruyucu meşə zolaqları




    Download 0.88 Mb.
    Pdf ko'rish
    bet8/23
    Sana30.10.2022
    Hajmi0.88 Mb.
    #28548
    1   ...   4   5   6   7   8   9   10   11   ...   23
    Bog'liq
    Meşə meliorasiyası (Mühazirələr)

    Azərbaycanda mövcüd tarlaqoruyucu meşə zolaqları. 
    Plan: 
    1.Meşəsiz,eroziyaya uğramış sahələrdə meşələrin salınması. 
    2.Qumluq ərazilərdə meşələrin salınması. 
    3.İrriqasiya meşə zolaqlarının salınması. 
    4.Azərbaycanda tarlaqoruyucu meşə zolaqlarının sahəsi. 
    Azərbaycanda mövcud tarlaqoruyucu meşə zolaqları 
    Respublikamızda kənd təsərrüfatı istehsalının əsas hissəsi iqlimi quraq 
    keçən yarımsəhra -aran rayonlarında yerləşir. Burada bitkinin normal 
    inkişafını təmin etməkdə digər aqrotexniki tədbirlərlə yanaşı, təbii 
    meşəliklərin mühafizəsi və bərpası, həmçinin tarlaqoruyucu və irriqasiya 
    meşə zolaqlarının salınması da mühüm rol oynayır. Belə ki, təbii 
    meşələr və süni salınmış meşə zolaqları vegetasiya dövründə əkin 
    sahələrini isti, quru və soyuq küləklərdən, temperatur dəyişkənliyindən 
    qoruyur. Havanın, torpağın nəmliyi artır, mikroiqlim amillərini tənzim 
    etməklə kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul 
    götürülməsi üçün əlverişli şərait yaradır. Ovalıqda təbii meşələrin və 
    meşə zolaqlarının müasir vəziyyəti, onların mikroiqlimə (havanın və 
    torpağın temperaturuna, nəmliyinə, küləyin sürətinə), kənd təsərrüfatı 
    bitkilərinin məhsuldarlığına təsirinin öyrənilməsi, təbii meşələrin bərpası, 
    tarlaqoruyucu və irriqasiya meşə zolaqlarının salınması üzrə tədbirlərin 
    aşkar edilməsi bu baxımdan, xüsusi aktuallıq kəsb etməklə regionun 
    iqtisadi-sosial inkişafında mühüm əhəmiyyət daşıyır. Dövlət və digər 
    məqsədli meşə zolaqları Respublikamızda dövlət qoruyucu meşə 
    zolaqlarının və digər məqsədli meşəliklərin, yaşıllıqların salınması işinə 
    əsasən 1950-ci ildən sonra Azərbaycan SSR Nazirlər Sovetinin 
    12.11.1949-cu il qərarından sonra başlanılmışdır. Bu qərardan sonra 10 
    il müddətində meşə zolaqlarının və digər növ meşəliklərin salınması 
    üzrə kompleks perspektiv planın həyata keçirilməsi nəzərdə tutulmuşdur.


    Beləliklə, 10-15 il ərzində 100 min ha sahədə, o cümlədən Kür-Araz 
    ovalığında 70 min ha-ya yaxın meşələrin salınması planlaşdırılmışdır.
    1950-51-ci illərdən başlayaraq respublikanın əməkdar meşəçisi 
    İ.S.Səfərovun başçılığı ilə Azərbaycanda meşə zolaqlarının salınması 
    işinə başlandı. Meşə zolaqlarında ən çox palıd növlərinə 
    (şabalıdyarpaq, uzunsaplaq, iberiya palıdı) üstünlük verilmişdir. Palıd 
    toxumlarının səpini T.D.Lısenkonun yuva üsulu ilə aparılaraq ona 
    müəyyən dəyişikliklər edildi. T.D.Lısenkonun yuva metodu ilə səpin 
    aparıldıqda paket şəklində olan yuvada çala yerləşdirilir. Bu üsul əsasən 
    dəmyə şəraitində istifadə olunmuşdur.
    Suvarılan şəraitdə yuvaların belə yerləşdirilməsində əkinlərin 
    suvarlıması çətinləşir. Bunu nəzərə alaraq «Aqromeşəlayihə» idarəsi 
    texniki layihə tərtib edərkən əsas ağac cinsi kimi istifadə olunan palıdın 
    səpinini yuvanı suvarma şırımının hər iki tərəfində üç çala yerləşdirərək 
    6 çala üsulunun tətbiqini təklif etdi. Suvarma zamanı belə çalalar 
    rütubətlə yaxşı təmin olunur. Suvarma şırımlarının dərinliyi 35-40 sm, 
    palıd qozalarırın torpağa 8-10 sm dərinliyində basdırılması yaxşı nəticə 
    vermişdir. Mil-Şirvan dövlət qoruyucu meşə zolağı 1950-ci ilin 
    payızında salınmışdır. O, başlanğıcını Xalac dəmiryolu stansiyasından 
    başlayaraq Beyləqan, Ağcabədi, Zərdab və Ucar rayonlarını kəsib keçir 
    və Göyçay şəhərinin yaxınlığında qurtarır. Meşə zolağı iki lentdən 
    (zolaqdan) ibarət olub hər birinin eni 100 m, zolaqlar arasındakı məsafə 
    200 m, ümumi zolağın uzunluğu 134 km, ümumi sahəsi 2,5 min 
    hektardır. Zolaq 6 çalalı yuva üsulu ilə salınmışdır. Meşə zolağı 
    sistematik olaraq ildə 3-4 dəfə suvarılmışdır.
    Əsas ağac cinsi olaraq uzunsaplaq palıddan istifadə olunmuşdur, 
    toxumlar (qozalar) yaxınlıqda olan uyğun meşəbitmə şəraitindən- 
    Sultanbud palıd – saqqız (Qarabağ düzü) meşə sahəsindən toplanmışdır. 
    Köməkçi ağac cinsləri kimi tut və ərikdən istifadə edilmişdir. Zolağın 
    Göyçay sahəsində göstərilən ağac cinsləri ilə yanaşı, şaftalı, adi qoz və 

    Download 0.88 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   23




    Download 0.88 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycanda mövcüd tarlaqoruyucu meşə zolaqları

    Download 0.88 Mb.
    Pdf ko'rish