toxumlarından istifadə olunması məqsədəuyğundur. Kür-Araz
ovalığında meşə zolaqları saldıqda həmin ərazidə park, bağ, meşə
zolağında mövcud olan yaşlı ağac və kolların toxumlarından istifadə
edilməsi tövsiyə olunur. Kür-Araz ovalığında müxtəlif dərəcədə
şorlaşmış torpaqlarda meşə zolaqları və digər məqsədli meşəliklər
salarkən S.M.Məmmədov (1968) iki üsul məsləhət görür. I üsul cərgələr
arası enli götürülməklə eyni ağac cinsindən ağaclar suvarma şırımının
hər iki tərəfində əkilir. Bu üsulda 2,6 metrdən bir dərin şırımlar açılır və
2 cərgəli təmiz (sırf) cərgəli lent yaranır. Cərgələr arasında məsafə 0,6 m,
cərgədə ağacların arası isə 0,7 m götürülür. Bitkilərin yan cərgələri
arasında olan məsafə 2 m təşkil edir. Bu da cərgə aralarında torpağı
mexanizmlərlə becərməyə imkan yaradır. Lentin özündə isə torpağa
qulluq işləri əllə aparılır. Bu üsulla I və II aqromeşəşorluq dərəcələrinə
aid olan torpaqlarda meşə zolağının salınması məsləhət görülür. Meşə
zolağının salınmasında 2-ci üsul enli cərgələrlə sıx meşə əkini
aparmaqdır. Bu üsulla meşəlik məhdud meşəyə yararlı və şərti meşəyə
yararlı torpaqlar üçün nəzərdə tutulur. Zolaqdakı ağaclar iki yaşına
çatdıqda qış suvarması da aparılmalıdır. Qeyri-məhdud yararlı və
meşəyə yararlı (I-II dərəcə) torpaqlarda qış suvarması bir dəfə (noyabr-
dekabr), məhdud meşəyə yararlı və şərti yararlı (III-IV dərəcə)
torpaqlarda isə iki qış suvarmasının (1-ci dekabrda, 2-ci isə fevralda)
aparılması tövsiyə olunur. Aparılan təcrübə işləri göstərir ki, lentlərdə və
zolaqlarda aqrotexniki qaydalara düzgün riayət edildikdə I-II
aqromeşəşorluq dərəcəli torpaqlarda 2-3-cü ilində, III-IV dərəcəli
torpaqlarda isə 3-4-cü ilində ağacların çətirləri tam birləşir. Bundan
sonra torpağa əllə olunan xidmətlər dayandırıla bilər. Geniş cərgələr
arasında isə mexanikləşdirilmiş qulluq işləri zolağın çətirləri tam
birləşənə qədər davam etdirilir. Kür-Araz ovalığının duzlu torpaqlarında
ayrı-ayrı aqromeşəşorluq dərəcələrinə uyğun olaraq S.M.Məmmədov
(1968) meşə zolaqlarının salınması işlərində əsasən ağacların aşağıdakı
qarışdırma tiplərini tövsiyə edir: