Mexan İ k a Və metallurgiYA” kafedrası “Tikinti işlərinin əsasları” fənnindən




Download 287.3 Kb.
bet6/7
Sana26.12.2019
Hajmi287.3 Kb.
#5387
1   2   3   4   5   6   7

D)

E)


200.Hansı tikililərdə möhkəmliyə ehtiyat əmsalının maksimum qiyməti tətbiq olunur?

A) körpülərdə

B) qüvvələrdə

C) sənaye binalarında

D) yaşayış binalarında

E) stadionlarda


201.Tikinti konstruksiyalarının buraxılabilən gərginliyə görə hesablanmasında hansı amilə diqqət yetirilməlidir?

A) konstruksiyanın materialına

B) konstruksiyanın yerinə

C) konstruksiyanın iş rejiminə

D) konstruksiyanın ölçülərinə

E) konstruksiyanın həcminə


202. «Sənaye tikintisi» dedikdə nə nəzərdə tutulur?

A) Müəyyən məhsul istehsal edəcək sənaye müəssisəsi tikintisi

B) Sənaye binası tikintisi

C) Mühəndisi qurğusu və sənaye binası tikintisi

D) İstehsal və anbar binaları tikintisi

E) Sənaye binası və kommunikasiya xətləri tikintisi


203. Sənaye müəssisəsi kompleksinə aid olan binalar neçə yerə bölünür və necə adlandırılır?

A) İki – sənaye binaları və köməkçi binalar

B) İki – sənaye binaları və qurğular

C) Üç – sənaye və mülki binalar, mühəndisi qurğular

D) Üç – sənaye və inzibati binalar, qurğular

E) İki – istehsal sexləri və kommunikasiya xətləri


204. Sənaye qovşağı nə deməkdir?

A) Eyni kommunikasiya xidmətindən istifadə edən bir neçə sənaye müəssisələrinin yerləşdiyi ərazi

B) Bir neçə sənaye müəssisələrinin yerləşdirildiyi ərazilər

C) Böyük bir sənaye müəssisəsinin yerləşdirildiyi ərazi

D) Sənaye müəssisəsinin yerləşdiyi ərazi

E) İxtiyari sənaye məhsulu istehsal olunan ərazi


205. Sənaye rayonu nə deməkdir?

A) Eyni kommunikasiya xidmətindən istifadə etməklə bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazi

B) Böyük bir sənaye müəssisəsinin yerləşdiyi ərazi

C) Sənaye məhsulu istehsal olunan ərazi

D) Sənaye müəssisəsinin yerləşdiyi ərazi

E) Sənaye məhsulu satışı olan ərazi


206. Sənaye şəhəri dedikdə nə başa düşülür?

A) Sənaye müəssisələrinin yerləşdiyi ərazinin şəhərin ərazisinin 50%-dən çox olması

B) Şəhərdə çox sayda sənaye müəssisəsi var

C) Şəhər sənaye müəssisələri ilə əhatə olunmuşdur

D) Şəhərdə ancaq sənaye məhsulu istehsal olunur

E) Şəhərdə yalnız sənaye məhsulunun satışı təşkil olunur


207. Sənaye rayonunun yaradılması nədən asılıdır?

A) Təbii xammal mənbəyi və yaxında yerləşən məhsuldar qüvvə ehtiyatlarından

B) Mühəndisi kommunikasiya xidməti və nəqliyyat yollarından

C) Təbii şərait və ehtiyat xammal mənbəyindən

D) Ehtiyat xammal mənbəyi və dəmir yolunun olmasından

E) Məhsuldar qüvvə və nəqliyyat vasitələrinin olmasından


208. Sənaye rayonu üçün ərazinin seçilməsində hansı xüsusiyyətlər nəzərə alınmalıdır?

A) Təbii klimatik və topoqrafik şərait; B) Enerji mənbəyinin olması

C) Kommunikasiya xidməti; D) Nəqliyyat vasitələri üçün yollar

E) Məişət və səhiyyə xidməti


209. Sənaye müəssisəsi üçün seçilən ərazinin maksimal mailliyi nə qədər olmalıdır?

A) 0,03-dən 0,05-dək; B) 0,02-dən 0,07-dək; C) 0,02-dən 0,06-dək;

D) 0,01-dən 0,08-dək; E) 0,03-dən 0,09-dək
210. Müəssisə ərazisinin səviyyəsi ilə yeraltı qrunt sularının səviyyəsi arasındakı minimum fərq nə qədər olmalıdır?

A) 7m ; B) 3m; C) 18m; D) 30m; E) 5m

211. Sənaye müəssisəsi ərazisinin səviyyəsi ilə hesabi daşqın səviyyəsi arasındakı minimal fərq nə qədər olmalıdır?

A) 0,5m B) 2,0 m; C) 1,5m; D) 1,2m; E) 1,0 m


212.Bina yükünü daşıyan əsaslar neçə cür olurlar və hansılardır?

A) iki; təbii və süni

B) üç:təbii,qayalıqlı və qayalıqsız

C) iki; qrunt və gil

D) iki; çınqıl və qum

E) iki; gilli və qumlu


213.Təbii əsaslar neçə cür olurlar və hansılardır?

A) iki; qayalıqlı və qayalıqsız

B) iki; çınqıllı və qumlu

C) iki;qumlu və gilli

D)iki; çınqıllı və gilli

E)iki; qayalıqlı və çınqıllı


214.Binaların tikintisində əsas dedikdənə başa düşülür?

A) yükü qəbul edən qrunt hissə

B) binanın yeraltı hissəsi

C) yükü qəbul edən yeraltı hissə

D) bina divarının görünməyən hissəsi

E) divarın görünməyən hissəsi


215.Təbii halda yük götürmə qabiliyyəti olmayan əsaslar üzərində tikinti aparmaq üçün nə etməli?

A) Onu süni üsulla möhkəmləndirməli

B) Tikintinin yerini dəyişdirməli

C) Əsası dəyişməli

D) Əsası izolə etməli

E) Əsası yumalı


216. Sənaye tikintisi ərazisində qrunt əsasın minimal yük götürmə qabiliyyəti nə qədər olmalıdır?

A) 1,5 kq/sm2; B) 1,0 kq/sm2; C) 1,2 kq/sm2; D) 2,0 kq/sm2; E) 3,0 kq/sm2;


217. İstehsal prosesində ayrılan zərərli tullantılara görə sənaye müəssisələri neçə sinfə bölünürlər?

A) beş; B) üç; C) dörd; D) yeddi; E) altı


218. Zərərli tullantılara görə sənaye müəssisələrin sanitar qoruyucu zolağının eni siniflərindən asılı olaraq nə qədər nəzərdə tutulmalıdır?

A) I – 1000m, II – 500m, III – 300m; IV – 100m; V – 50m

B) I – 500m, II – 400m, III – 300m; IV – 200m; V – 100m

C) I – 600m, II – 550m, III – 400m; IV – 300m; V – 200m

D) I – 200m, II – 150m, III – 125m; IV – 100m; V – 50m

E) I – 400m, II – 300m, III – 200m; IV – 100m; V – 50m


219. Sənaye müəssisələrinin baş planında hansı binalar nəzərdə tutulur?

A) Əsas istehsal, istehsala və işçilərə xidmət bina və qurğular

B) İstehsal və işçilərə kömək binaları; C) İstehsal və ticarət binaları;

D) İstehsal və ictimai binaları; E) İstehsal və anbar binaları


220. Hansı binalara sənaye binaları deyilir?

A) Əsas məhsul istehsal olunan – hazırlıq və yığım sexləri yerləşən

B) Əsas məhsul saxlanan; C) Nəqliyyat vasitələrinin təmir olunduğu;

D) Xammal yığılan və saxlanan; E) İşçilərə xidmət göstərilən


221. Sənaye müəssisələrində hansı binalara köməkçi binalar deyilir?

A) Əsas istehsala və işçilərə xidmət göstərən binalara

B) Əsas məhsul qablaşdırılan binalara; C) Nəqliyyat təmiri binalarına;

D) Avadanlıqların quraşdırıldığı binalarına; E) Əsas məhsulun göndərildiyi binalara


222. Sənaye müəssisələrində girişlərin qarşısındakı meydançanın sahəsi hansı norma ilə müəyyən edilir?

A) Bir növbədəki ən çox işçi sayı üzrə adam başına 0,15m2

B) İşçilərin ümumi sayı üzrə adam başına 0,2m2

C) Birinci növbədəki işçilərin sayı üzrə adam başına 0,3m2

D) İkinci növbədəki işçilərin sayı üzrə adam başına 0,2m2

E) Bir növbədəki işçilərin sayı üzrə adam başına 0,25m2


223. Sənaye müəssisələrində bilavasitə iş yeri ilə məişət xidməti məntəqəsi arasındakı məsafə nə qədər olmalıdır?

A) Açıq havada 500m-dək; B) Açıq havada 400m-dək; C) Açıq havada 300m-dək;

D) Açıq havada 200m-dək; E) Açıq havada 150m-dək
224. Sənaye binasının döşəmə səviyyəsi özünün səki səviyyəsindən nə qədər yuxarı olmalıdır və nə üçün?

A) Azı 15sm, kənar suların binaya daxil olmaması üçün

B) Azı 35sm, maşınların içəri daxil olmaması üçün

C) Azı 40sm, döşəməyə düşən suyun kənara axması üçün

D) Azı 30sm, döşəmənin çirklənməməyi üçün

E) Azı 25sm, döşəməni yuya bilmək üçün


225. Müəssisədaxili səkilərin eni necə modullaşdırılır və bir modul nə qədərdir?

A) Hər 750 nəfərə görə bir modul səki eni, 1modul s.e.=75sm

B) Hər 450 nəfərə görə bir modul səki eni, 1modul s.e.=50sm

C) Hər 500 nəfərə görə bir modul səki eni, 1modul s.e.=60sm

D) Hər 550 nəfərə görə bir modul səki eni, 1modul s.e.=65sm

E) Hər 600 nəfərə görə bir modul səki eni, 1modul s.e.=55sm


226. Müəssisə daxili səkilərin minimal eni neçə modul səki eni və ya neçə metr qəbul edilir?

A) İki modul səki eni və ya 1,5m; B) Üç modul səki eni və ya 1,8m;

C) Üç modul səki eni və ya 2,0m; D) İki modul səki eni və ya 2,5m;

E) İki modul səki eni və ya 1,8m


227. Müəssisədaxili avtomobil nəqliyyatı yolunun eni necə müəyyənləşdirilir və minimal qiyməti nə qədər olmalıdır?

A) Yolun kateqoriyasına görə, 3,5m; B) Daşınan yükün çəkisinə görə, 6,5m;

C) Yolun uzunluğuna görə, 5m; D) Yolun mailliyinə görə, 5,5m

E) Yolun istiqamətinə görə, 4,5m


228. Müəssisədaxili avtomobil yollarının eni hansı modul əsasında müəyyənləşdirilir və minimal qiyməti nə qədər olmalıdır?

A) 3,0 və 6,0m; 3,5; B) 3,5 və 7,0m; 3,5m; C) 4,0 və 6,0m; 4,0m;

D) 4,0 və 5,0m; 4,0m; E) 3,5 və 5,0m; 3,8m
229. Müəssisədaxili yollar daşınan yükün miqdarına görə neçə kateqoriyaya bölünürlər və hansılardır?

A) Üç – I, II və III; B) İki – I və II; C) Dörd – I, II, III, IV; D) Bir – I;

E) Beş – I, II, III, IV və V
230. Sənaye müəssisələrinin baş planlarını xarakterizə edən üç əsas texniki göstərici hansılardır?

A) 1. Ərazinin sahəsi (ha); 2. Tikintinin sahəsi (ha); 3. Tikintinin sıxlığı (%)

B) 1. Yolların eni (m); 2. Yolların uzunluğu (m); 3. Tikintinin hündürlüyü (m)

C) 1. Yolların eni (m); 2. Yolların uzunluğu (m); 3. Səkilərin eni (m)

D) 1. Yolların sahəsi (ha); 2. Səkilərin sahəsi (ha); 3. Keçidlərin sayı (ədəE)

E) 1. Ərazinin sahəsi (ha); 2. Suyun miqdarı (ton); 3. Körpülərin sayı (ədəE)


231. Sənaye binaları mərtəbə və aşırımlarına görə necə adlanırlar?

A) Birmərtəbəli və çoxmərtəbəli, bir aşırımlı və çox aşırımlı

B) Birmərtəbəli və bir aşırımlı, bir neçə aşırımlı və çox mərtəbəli

C) Çoxmərtəbəli və bir aşırımlı, bir aşırımlı və çox mərtəbəli

D) Çox aşırımlı və çoxmərtəbəli, çox mərtəbəli və bir aşırımlı

E) Çox aşırımlı və bir mərtəbəli, bir neçə mərtəbəli və aşırımlı


232. Sənaye binalarında addım nə deməkdir?

A) Binanın uzununa istiqamətində iki qonşu sütun arasındakı məsafə

B) Binanın eninə istiqamətindəki düzülmüş sütunlar arasındakı məsafə

C) İki qonşu bina arasındakı məsafə

D) İnzibati bina ilə sənaye binası arasındakı məsafə

E) Məişət xidməti binası ilə sənaye binası arasındakı məsafə


233. Sənaye binasında aşırım nə deməkdir?

A) Binanın eninə istiqamətindəki iki sütunun arasındakı məsafədir

B) Binan uzununa istiqamətindəki, iki sütunun arasındakı məsafədir

C) İki istehsal sexi arasındakı məsafədir

D) İstehsal sexi ilə anbar arasındakı məsafədir

E) İstehsal sexi ilə yeməkxana arasındakı məsafədir


234. Sənaye binalarında hündürlük modulu nədir və nə qədərdir?

A) Hündürlük boyu dəyişmə məsafəsidir və 0,60 sm-dir

B) Uzununa istiqamətdə dəyişmə məsafəsidir və 0,80 sm-dir

C) İki qonşu bina arasındakı hündürlük fərqidir və 1,2 m-dir

D) İstehsal sexi ilə köməkçi binanın hündürlük fərqidir və 0,40 sm-dir

E) İstehsal sexi ilə xammal anbarı arasındakı hündürlük fərqidir və 0,50 sm-dir


235. Sənaye müəssisələrinin layihələndirilməsində hansı məsələlər həll olunmalıdır?

A) İqtisadi, təşkilati və texniki məsələlər; B) İqtisadi, siyasi və ticarət məsələləri;

C) İqtisadi, sosial və məişət məsələləri; D) Sosial, mədəni və məişət məsələləri;

E) Səhiyyə, sanitar və iaşə məsələləri


236. Sənaye binası neçə mərhələdə layihələndirilir və hansılardır?

A) İki – texniki layihələndirmə və işçi cizgilər

B) Üç – tapşırıq, texniki məlumat və smeta mərhələləri

C) İki – hazırlıq və texniki layihələndirmələr

D) İki – hazırlıq və yerinə yetirilmə mərhələləri

E) Üç – hazırlıq, qiymətləndirmə və yerinə yetirmə məsələləri


237. Sənaye binalarının tipləşdirilməsi nə deməkdir?

A) Sənaye binası layihəsinin digər sənaye sahəsində istifadə oluna bilməsi

B) Sənaye binalarının uyğun ölçülərə gətirilməsi

C) Sənaye binasının yük-daş elementlərinin unifikasiyası

D) Sənaye binalarının eyni ölçüyə gətirilməsi

E) Sənaye binaları ilə köməkçi binaların birləşdirilməsi


238. Sənaye binalarının konstruktiv elementlərinin unifikasiyası nə deməkdir?

A) Eyni adlı müxtəlif ölçülü elementlərin standart ölçü və formaya gətirilməsi

B) Eyni adlı və ölçülü elementlərin zavod şəraitində hazırlanması

C) Elementlərin iş yerində quraşdırılması

D) Elementlərdən birinin digəri ilə əvəz oluna bilməsi

E) Eyni markalı elementlərin eyni ölçüyə malik olması


239. Universal sənaye binaları deyildikdə nə nəzərdə tutulur?

A) Eyni layihə əsasda tikilən sənaye binasının müxtəlif sənaye sahələri üçün yaraması

B) Müxtəlif sənaye sahələrinin bir binada yerləşdirilməsi

C) Sənaye və köməkçi binaların birləşdirilməsi

D) Bütün istehsal proseslərinin bir binada yerləşdirilməsi

E) İstehsal ilə xidmət sahələrinin birləşdirilməsi


240. İstehsal texnologiyası sxemi dedikdə nə başa düşülür?

A) Sənaye məhsulu istehsalı zamanı müxtəlif sexlərdəki texnoloji proseslərin arasındakı ardıcıllıq və əlaqə

B) Texnoloji proseslərin birləşdirilməsi ardıcıllığı

C) İstehsal texnologiyası ardıcıllığının birləşdirilməsi

D) Texnoloji avadanlığın düzülüşü ardıcıllığı

E) Texnoloji avadanlıqların eyni xətt boyunca qurulması


241. Sənaye binalarının əsas texniki göstəriciləri hansılardır?

A) Ümumi, əsas və köməkçi sahəsi, həcmi və mərtəbələrinin sayı

B) Uzunluğu, eni, hündürlüyü və konstruksiyası

C) Plan ölçüləri və konstruktiv elementlərinin sayı

D) Qabarit ölçüləri və yükdaşıyan konstruktiv elementləri

E) Tikinti müddəti və karkas elementlərinin sayı


242. Sənaye binalarının qabarit sxemi dedikdə nə nəzərdə tutulur?

A) Binaların qabarit ölçüləri ilə verilmiş plan və kəsik cizgiləri

B) Binaların ölçüləri göstərilən aksonometrik görünüşü

C) Binaların ölçüləri, plan sxemləri

D) Binaların sxematik plan və kəsikləri

E) Binaların sütun toru və sxemləri


243. Sənaye müəssisələrində ərazilərə bölünmə neçə cür olur və hansılardır?

A) İki : eninə və uzununa; B) Üç : eninə, uzununa və dairəvi;

C) İki :şaquli və horizontal; D) Üç:şaquli, horizontal və maili;

E) İki: düzbucaq və oval


244. Sənaye müəssisələrində işçilərə xidmət iş yerlərindən məsafəyə görə neçə dərəcəyə bölünürlər və hansı məsafədə yerləşirlər?

A) Dörd – I, II, III və IV dərəcəlilər, uyğun olaraq 75100, 200, 8001000 və 2000m

B) İki – I və II dərəcəlilər, uyğun olaraq 200300 və 15002000m

C) Üç – I, II və III dərəcəlilər, uyğun olaraq 100200, 200300 və 1500m

D) Üç – I, II və III dərəcəlilər, uyğun olaraq 75100, 100150 və 2000m

E) Üç – I, II və III dərəcəlilər, uyğun olaraq 100150, 150200 və 300500m


245. Sənaye müəssisələrində işçilərə hansı xidmət növləri nəzərdə tutulur?

A) Yerli, sex daxili, sexlərarası və ümumi zavod xidmətləri

B) Məişət, sanitariya və ictimai iaşə xidmətləri

C) Tibbi, mədəni-kütləvi xidmətlər

D) İctimai-iaşə, sanitar və tibbi xidmətləri

E) Məişət, tibbi, sanitar və mədəni-kütləvi tədbirlər


246. Sənaye müəssisələrində köməkçi binalar, əsas sənaye binasına görə neçə variantda yerləşdirilirlər və hansılardır?

A) Üç – sənaye binalarına bitişik, aralı və içində

B) İki – sənaye binalarının içində və üstündə

C) Üç – sənaye binalarının içində, çölündə və üstündə

D) İki – sənaye binalarının içində və çölündə

E) İki – sənaye binalarının yanında və üstündə


247. Sənaye müəssisələrinə iş və təmiz paltarları bir yerdə saxlanılması üçün sahə necə və nə qədər normallaşdırılır?

A) İşçilərin sayına görə, adam başına 3,0m2 sahə hesabı ilə

B) Bir növbədəki işçi sayına görə, adam başına 2,0m2 sahə hesabı ilə

C) Bir növbədəki ən çox işçi sayına görə, adam başına 2,5m2 sahə hesabı ilə

D) Birinci növbədəki işçi sayına görə, adam başına 2,5m2 sahə hesabı ilə

E) İkinci növbədəki işçi sayına görə, adam başına 3,0m2 sahə hesabı ilə


248. Sənaye müəssisələrinin xidmət binalarında əl-üz yuyanlar və duşların sayı necə müəyyənləşdirilir?

A) İstehsal prosesinin qrupundan asılı olaraq bir növbədəki ən çox işçilərin sayına görə

B) Müəssisədə çalışan işçilərin sayına görə

C) Bir növbədəki ən çox işçilərin sayına görə

D) Birinci növbədə işləyən işçilərin sayına görə

E) İkinci növbədə işləyən işçilərin sayına görə


249. Sənaye müəssisələrində nə zaman siqaret çəkmə otaqları nəzərdə tutulur?

A) İki halda – yanğın təhlükəli istehsal prosesi olduqda və bağlı iş yerlərində adambaşına həcm 50m3-dan az olduqda

B) İşçilərin 50%-dən çoxu siqaret çəkdikdə

C) Müəssisədə siqaret çəkmək qadağan olduqda

D) İşçilərin 75%-dən çoxu kişilər olduqda

E) Fasiləsiz texnoloji proseslərlə işləyən istehsal müəssisələrində


250. Sənaye müəssisələrində hansı şərt əsasında yeməkxana nəzərdə tutulur?

A) Gündüz növbəsində çalışan işçilərin sayı 250 nəfərdən çox olduqda

B) Müəssisədə çalışan işçilərin sayı 300 nəfərdən çox olduqda

C) Bir növbədəki işçilərin sayı 200 nəfərdən çox olduqda

D) Müəssisə fasiləsiz texnoloji proseslə işlədikdə

E) Müəssisə şəhərdən kənarda yerləşdikdə


251. Karkas sxemli sənaye binası dedikdə nə nəzərdə tutulur?

A) Əsas yük daşıyan elementlərin birləşdirilərək vahid bir yük daşıyan qəfəs əmələ gətirməsi

B) Əsas yük daşıyan elementləri eyni materialdan olması

C) Əsas yük daşıyan elementlərin zavod şəraitində hazırlana bilməsi

D) Əsas yük daşıyan elementlərin quraşdırıla bilən olması

E) Əsas yük daşıyan elementlərin binanın ümumi sərtliyini təmin edə bilməsi


252. Bir mərtəbəli sənaye binalarının eninə sərtliyi nəyin hesabına təmin edilir?

A) Çərçivə şəklində quraşdırılmış karkasın

B) Karkası təşkil edən uzununa qoyulan elementlərin

C) Binanın uzunluğu boyunca qoyulan rabitələrin

D) Divarların altında qoyulan bünövrə tirlərinin

E) Kran yolu üçün qoyulan kranaltı tirlərin


253. Birmərtəbəli sənaye binasının uzununa sərtliyi hansı elementlərin hesabına təmin edilir?

A) Bünövrə və kranaltı tirlərin, çatıaltı ferma, örtük plitələri və rabitələrin

B) Sütunlar üzərində quraşdırılan tirlərin

C) Sütunlar üzərində quraşdırılan fermaların

D) Darvaza və pəncərə boşluqları üzərində qoyulan tirlərin

E) Eninə faxverx sütun və divarların


254. Sənaye binalarının karkasları nə zaman metaldan qəbul edilir?

A) İri aşırımlı, yüksək yük götürən körpülü kranlar işləyəcək binalarda və dəmir beton zavodu olmayan yerlərdə

B) Metal konstruksiyalar istehsal olunan binalarda

C) Metal konstruksiyaların ucuz başa gəldiyi halda

D) Atmosfer təsirinin nəticələri nəzərə alınan halda

E) İstehsalın uzun ömürlülük tələbatı olduğu halda


255.Metal karkaslı sənaye binasının əsas yükdaşıyan konstruksiyası nədən ibarətdir?

A) eninə çərçivədən

B) uzununa çərçivədən

C) uzununa vertikal rabitə

D) eninə horzontal rabitə

E) portal rabitə


256.Metal sütunlar beton bünövrələrə necə birləşdirilir?

A) Anker boltlarla

B)Başmaqda betonlamaqla

C) Betona qaynaqla

D) Metal bünövrəyə qaynaqla

E) Əsasa birləşdirməklə


257.Metal karkaslı binalarda istifadə olunan sütunlar öz konstruksiyalarına görə neçə cür olurlar?

A) dörd


B) üç

C) iki


D) beş

E) altı
258.Metal karkaslı binalarda yük sutunlara necə verilir?

A) mərkəzi və mərkəzdən xaric

B) mərkəzi və çəp

C)çəp və mərkəzdən xaric

D) vertikal və horizontal

E) vertikal və bucaq altında
259.Kəmərlərinin formasına görə metal fermalar necə adlandırılır?

A) paralel kəmərli və seqmetvari

B) bütöv kəmərli və boşluqlu

C) tağvari və üçbucaq formalı

D) profil və bütöv kəmərli

E) üçbucaq və çoxbucaqlı formalı


260. Birmərtəbəli sənaye binalarının dəmir beton karkas hansı yük daşıyan elementlərdən ibarət olur?

A) Bünövrə, sütun, örtük tiri (ferması), örtük plitəsi, kranaltı tir və s.

B) Faxverx sütunları, tirləri və divar elementləri

C) Portal və çoxşəkilli rabitələr

D) Kran yolu relsləri, körpülü və asma kranlar

E) Monorelslər, transportyorlar, texnoloji və xidmət meydançaları


261. Sənaye binalarının sütun bünövrələri necə adlandırılır və neçə elementdən ibarətdir?

A) Basmaq – bir, iki və bir neçə; B) Lenvari – iki, dörd və beş

C) Bütöv – bir, üç və beş; D) Monolit beton – üç və beş

E) Yığma dəmir beton – bir, üç və beş


262.Sütun bünövrələrinin tikintisinə sərf olunan əmək tutumu bütün binanın tikintisinə sərf olunan əmək tutumunun neçə faizini təşkil edir?

A) 6÷8


B) 4÷5

C)8÷10


D)1÷3

E)9÷10
263.Sənaye binalarında bönövrələrə sərf olunan betonun həcmi ümumilikdə binaya sərf olunan beton həcmini neçə faizini təşkil edir?

A) 20 %-ə qədər

B) 15 %-ə qədər

C) 25 %-ə qədər

D) 10 %-ə qədər

E) 12 %-ə qədər
264.Sənaye binalarında sütunlar ilə bünövrə birləşmələri neçə varianta həll olunur?

A) üç


B) iki

C) bir


D) beş

E) dörd
265.Sənaye binalarının tikintisində bünövrənin (başmağın) üst səviyyəsi döşəmə səviyyəsindən ən azı neçə sm aşağıda olmalıdır?

A) 15 sm

B) 25 sm


C) 5 sm

D) 10 sm


E) 30 sm
266.Zirzəmili sənaye binalarında bünövrənin ( başmağın) üst hissəsi zirzəminin döşəməsindən nə qədər aşağıda olmalıdır?

A) 50 sm


B) 40 sm

C) 20 sm


D) 30 sm

E) 15 sm
267. Bir mərtəbəli sənaye binalarında hansı unifikasiya olunmuş sütun növləri istifadə olunur?

A) Bütöv və iki budaqlı boşluqlu; B) Konsollu və konsolsuz

C) Budaqlı və budaqsız; D) Bünövrəli və bünövrəsiz

E) Kvadrat və düzbucaq en kəsikli
268. Sənaye binalarının bünövrə tirləri neçə cür en kəsik formalı hazırlanırlar və hansılardır?

A) İki – trapesiya və tavr formalı; B) İki – trapesiya və düzbucaq formalı;

C) Üç – düzbucaq, tavr və iki tavr formalı; D) İki – sferik və oval şəkilli formalı;

E) Üç – düzbucaq, trapesiya və kvadrat formalı


269. Sənaye binalarının bütöv sütunlarının en kəsik forması neçə cür olur və ölçüləri necə müəyyənləşdirilir?

A) İki : kvadrat və düzbucaq, bir tərəfi 40 sm qəbul edilib, o biri tərəfi düşən yükə görə hesablanır

B) İki : kvadrat və dairə, düşən yükə görə sahə tapılıb, tərəf (radius) hesablanır

C) İki : kvadrat və düzbucaq, yükə görə sahə tapılıb, tərəf hesablanır

D) İki : kvadrat və dairə, basmaq başlığına uyğun seçilir

E) İki – kvadrat və düzbucaqlı, basmaq boşluğuna görə seçilir


270. Sənaye binalarında qoyulan rabitələr neçə cür olur və iş prinsiplərinə görə necə adlanırlar?

A) İki – şaquli və üfüqi; B) İki – metal və beton; C) İki – portal və xaçvari

D) İki – prokat və yığma; E) İki – qaynaqlı və pərçimli
271. Sənaye binalarında istifadə olunan kranaltı dəmir beton tirlər hansı en kəsik formada hazırlanır?



Download 287.3 Kb.
1   2   3   4   5   6   7




Download 287.3 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mexan İ k a Və metallurgiYA” kafedrası “Tikinti işlərinin əsasları” fənnindən

Download 287.3 Kb.