Microsoft Word II -an imp.+




Download 3,55 Mb.
bet34/142
Sana27.05.2024
Hajmi3,55 Mb.
#255298
1   ...   30   31   32   33   34   35   36   37   ...   142
Bog'liq
Microsoft Word II -an

İlkin gücləndirici. İlkin gücləndiricinin vəzifəsi detektordan alınan ilkin elektrik siqnalını bütün tezlik zolağında güc gücləndiricisinin işləyə bilməsi üçün lazım olan səviyyəyə qədər gücləndirməkdir. Belə gücləndiricilərin tezlik zolağı böyük (Fy / Fa >> 1 ) olur. Odur ki, gücləndiricinin kollektor dövrəsinə yük müqaviməti kimi qeyri-seçici Zk, aperiodik və aktiv müqavimət (rezistor) Rk qoşula bilər. İkikaskadlı ilkin gücləndiricinin sxemi şəkil 2.24 - də göstərilmişdir.

Sxemdə Rk müqaviməti vasitəsilə kollektora qida gərginliyi verilir və həmin müqavimətdə də siqnal gərginliyinin güclənmiş qiyməti alınır. Yük rolunu növbəti kaskadın giriş müqaviməti görür. Giriş müqaviməti aşağı və orta tezliklərdə aktiv, yuxarı tezliklərdə isə kompleks və tutum xarakterli olur. Kaskadlararası əlaqə Ca tutumu ilə yaradılır və onun vəzifəsi siqnalın dəyişən toplananını buraxmaq, sabit toplananının əvvəlki kaskadın kollektorundan sonrakı kaskadın girişinə verilməsinin qarşısını almaqdır. Göründüyü kimi, gücləndiricinin bütün elementləri aperiodikdir, odur ki, belə gücləndiricilər bəzən aperiodik gücləndiricilər adlanır.

Şəkil 2.24. İkikaskadlı ilkin gücləndiricinin sxemi


Gücləndiricinin tezlik xarakteristikasından göründüyü kimi, aşağı və yuxarı tezliklərdə onun güclənmə əmsalı azalır. Bunun səbəbini aydınlaşdırmaq üçün gücləndiricinin ekvivalent sxeminə baxaq (şəkil 2.25).
Şəkildə tranzistor keçiriciliyi gek olan idarəolunan cərəyan mənbəyi SUb kimi göstərilmişdir. Rk <<1/ gek olduğundan, gek keçiriciliyini nəzərdən atmaq
olar. Orta və yuxarı tezliklərdə Ca kondensatorunu da nəzərə almamaq olar. Bunları nəzərə almaqla ümumi ekvivalent sxemi aşağı, orta və yuxarı tezlik oblastlarında aşağıdakı kimi təsvir etmək olar (şəkil 2.26 a,b,c ). a və b sxemlərindəki ekvivalent müqavimət Rekv


R 1 R 2 ( r r )

Rekv =
R 1  R 2
b . son . kas
eb . son . kas .



R 1 R 2 r r

R 1  R 2
b . son . kas .
eb . son . kas .

kimi təyin olunur. Aşağı tezlik oblastında SUb cərəyan mənbəyini daxili müqaviməti Rk olan SUb Rk gərginlik mənbəyi ilə əvəz edirik


Şəkil 2.25. Gücləndiricinin ekvivalent sxemi




Şəkil 2.26. Gücləndiricinin aşağı, orta və yuxarı tezliklərdə ekvivalent sxemləri


Tezlik xarakteristikasının tənliyi Y güclənmə əmsalının modulundan ibarətdir. Y üçün aşağı tezliklərdə
Ya = Uçıx.a/ Uçıx.orta

ifadəsini yazmaq olar.



a və b sxemləri üçün

r
Uçıx.a =
S U R R






b k ekv


Download 3,55 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   142




Download 3,55 Mb.