Min dairəsində nömrələmənin təliminin ümumi məsələləri «1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi»




Download 19.87 Kb.
bet1/2
Sana29.10.2022
Hajmi19.87 Kb.
#28475
  1   2
Bog'liq
1000 dairəsi
100 dairəsi

Min dairəsində nömrələmənin təliminin ümumi məsələləri
«1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi» mövzusunun öyrədilməsi üçün irəli sürülən vəzifələr bunlardır:
1. Şagirdlərin yeni say vahidi «yüzlük»lə və «yüzlük» mərtəbəsi ilə tanış edilməsi;
2. Mövqeli onluq say sisteminə dair öyrənilmiş biliklərin möhkəmləndirilməsi və genişləndirilməsi;
3. Üçrəqəmli ədəddə mərtəbə vahidləri arasındakı miqdari münasibətlərin aşkar edilməsinin öyrədilməsi;
4. Üçrəqəmli ədəddə yüzlüklərin, onluqların və təkliklərin sayını müəyyən etməyin öyrədilməsi;
5. Üçrəqəmli ədədlərin oxunması və yazılmasına dair bacarıq və vərdişlərin formalaşdırılması;
6. Mərtəbə tərkibinə görə üçrəqəmli ədədlərin şifahi toplanması və çıxılması bacarıqlarının formalaşdırılması;
7. Mövzu ilə əlaqədar uzunluq ölçü vahidləri arasındakı münasibətlərin öyrədilməsi.

«1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi» mövzusu III sinifdə tədris edilir. Bu mövzunun məzmununa aşağıdakılar daxildir;


100-ə qədər ədədlərin şifahi və yazılı nömrələnməsi. Üçrəqəmli ədəddə rəqəmin tutduğu yerinə görə qiyməti. Üçrəqəmli ədədin mərtəbə toplananlarının cəmi şəklində göstərilməsi. Verilmiş üçrəqəmli ədəddə mərtəbə vahidlərinin müəyyən edilməsi.
1000 dairəsində ədədlərin nömrələnməsinə dair şagirdlərin bilik, bacarıq və vərdişlərinə aşağıdakı tələblər verilir:
1) 1-dən 1000-ə qədər ədədlərin ardıcıllığını bilmək,
2) üçrəqəmli ədədləri oxumağı, yazmağı və müqayisə etməyi bacarmaq,
3) nömrələməyə dair biliklərdən üçrəqəmli ədədlərin şifahi toplanması və çıxılması hallarında istifadə etməyi bacarmaq.
Ümumiyyətlə, müəllim tədris proqramı və dərsliklə yanaşı, müəllim üçün nəzərdə tutulan metodik ədəbiyyatdan da istifadə etməlidir (məsələn, «III sinifdə riyaziyyat», «III sinifdə riyaziyyatın tədrisi metodikası» və başqa kitablar).
İbtidai sinif müəllimi üçün nəzərdə tutulan metodik vəsaitlərdən: M.İ.Moro, A.M.Pışkalo, «Metodika obuçeniə matematike v I-III klassax», M., 1978, M.A.Bantova i dr. «Metodika prepodavaniə matematiki v naçalğnıx klassax»., M., 1986 və N.S.Sadıqov, S.S.Həmidov, «Riyaziyatın tədrisi metodikası», Bakı, 1979, N.S.Kazımov, S.S.Həmidov, «Riyaziyyatın tədrisi metodikası», Bakı, 1994, S.S.Həmidov, «I – IV siniflərdə riyaziyyatın tədrisi metodikası», Bakı, 2001 göstərmək olar.
Bu metodik vəsaitlərdə mövzunun tədrisinə dair həm ümumi və həm də xüsusi metodika məsələləri şərh olunmuşdur. Müəllim dərsə hazırlaşarkən, həmin vəsaitlərdən istifadə etməlidir.
Riyaziyyatdan hər hansı mövzunun məzmununu və mənasını şagirdlərə öyrətmək üçün müəllim ən əlverişli yol və vasitələrdən istifadə etməyə çalışır. Ona görə də təlim metodlarının mahiyyətinin aşkar edilməsi, onların qruplaşdırılması, təsnif edilməsi məsələləri həmişə pedaqoq və metodistlərin diqqət mərkəzində olmuş və bəzən mübahisə obyektinə çevrilmişdir.
Təlim metodu – təlim prosesini tamamilə əhatə edən metodiki sistemin əsas komponentlərindən biridir. Təlim metodu dedikdə, müəllimin və şagirdin birgə fəaliyyəti nəticəsində, şagirdin zəruri olan bilik, bacarıq və vərdişlərlə silahlandırılması yolu və ya üsulu başa düşülür.
Min dairəsində nömrələmənin öyrədilməsi zamanı müəllim şərhi, müsahibəsi, evristik müsahibə, müstəqil iş kimi metodlar əlverişlidir. Müəllim sual verdikdə, şagird əvvəlki biliklərini yada salır, yeni biliklərlə əlaqələndirir və verilən suala cavab tapır. Mövzunun tədrisində induktiv metod da səmərəli ola bilər. Belə ki, natural sıra ədədlərinin xassələri əvvəlcə on dairəsində, sonra 100 dairəsində müşahidə edilərək aşkar olur və min dairəsindəki ədədlər üçün həmin qanunauyğunluqlar üzə çıxarılır.
İkirəqəmli ədədin oxunması, yazılması, mərtəbə vahidləri, rəqəmin ədəddə tutduğu yerinə görə qiyməti prinsipi analoji olaraq üçrəqəmli ədədlər oblastına köçürülür. Deməli təlim metodu kimi analogiyadan istifadə edilir.
Qeyd etmək lazımdır ki, təlim metodları bir-birindən təcrid olunmuş şəkildə tətbiq edilmir. Riyaziyyatın ibtidai kursu inteqrativ kurs olduğundan, tətbiq olunan təlim metodları da bir-birilə əlaqədar olur və təlim prosesində çox vaxt bir-birini tamamlayır.
Natural ədədlərin nömrələnməsi hər mərhələdə ədədlərin dairəsini genişləndirməyə xidmət edir. Bu cəhətdən nömrələmənin hər iki mərhələsi xarakterikdir. Belə ki, təlim zamanı mənimsəməni sürətləndirmək və asanlaşdırmaq üçün illüstrasiya və əyani vasitələrdən də istifadə olunur.
Bütün bunların əsasında qeyd etmək olar ki, riyaziyyat təlimində aşağıdakı metodlardan istifadə olunur:
a) şifahi – izahedici metodlar, b) əyani metodlar, c) praktik metodlar.
İndi min dairəsində nömrələmənin öyrədilməsi ilə əlaqədar əyani illüstrativ vasitələrin tətbiqi xüsusiyyətlərini qeyd edək.
Məlumdur ki, təlimin əyani və texniki vasitələri təlim prosesində məqsəd olmayıb, qarşıya qoyulmuş məqsədə çatmaq üçün vasitə hesab olunur. Bu vasitələrin təlim prosesində funksiyaları aşağıdakı kimi müəyyən edilir:
1. Öyrədiləcək yeni anlayışın həcmi və məzmununu aşkarlamağa kömək edir.
2. Öyrənilmiş materialı möhkəmləndirir.
3. Biliyin keyfiyyətinə nəzarəti təmin edir.
4. Şagirdlərin müstəqil tədris fəaliyyətini gücləndirir.
Təlimin əyani və texniki vasitələri şagirdlərin idrak fəaliyyətini təxəyyüldən təsəvvürə, konkretlikdən ümumiliyə, mücərrədləşdirməyə, ümumidən xüsusiyə, mücərrədlikdən konkretliyə keçməyi asanlaşdırır.
Proqrama əsasən, hər sinifdə, yəni I – IV siniflərin hər birində ədədlərin nömrə-lənməsindən sonra hesab əməlləri öyrədilir. Məhz nömrələmə zamanı ədədlərin tərkibi, mərtəbə vahidlərinin cəmi və nəhayət şifahi toplama və çıxma halları öyrədilir. Bu məsələlərin mənimsənilməsini asanlaşdırmaq üçün müxtəlif illüstrativ materiallardan istifadə olunur. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Rəngli çöplər və çöp dəstləri (uzunluğu 10 sm-ə qədər).
2. Sinif və fərdi çötkələr. Bunların köməyi ilə şagirdlər ədədlərin mərtəbə vahidlərini, tərkibini, toplama və çıxmanı öyrənirlər.
3. Kartondan, parçadan, taxtadan hazırlanmış düzüm taxtası. Bunlar iki cür olur. 1) fərdi, 2) sinif üçün (nümayiş üçün).
4. Ədədlərin mərtəbə və siniflərinə aid nömrələmə cədvəli.
5.Təlimin texniki vasitələri, o cümlədən, ekran vasitələri; diafilmlər, diapozitivlər, kinofilmlər, epidaskop, kompüter, proyektor, elektron lövhə və s.
İbtidai siniflər üçün ən çox əlverişli olan diafilmlərdir ki, onlardan istifadə etmək olduqca əlverişlidir. Çünki, təsvir olunan prosesi müxtəlif sürətlə (yavaş, iti) nümayiş etdirmək olar. Diafilmin hər bir kadrına müəyyən izahatlar vermək olar.
Təlimin ekran vasitələri o zaman səmərəli tətbiq olunur ki, müəllim elektrik cihazlarından və həmin cihazlardan istifadə etməyi bacarsın.
Dərsdə əyani texniki vasitələrin tətbiq edilməsi şagirdlərin yorğunluğunu götür-məklə, onların idrak fəallığını gücləndirir.


Download 19.87 Kb.
  1   2




Download 19.87 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Min dairəsində nömrələmənin təliminin ümumi məsələləri «1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi»

Download 19.87 Kb.