«1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi» mövzusunun təlimi metodikası




Download 19.87 Kb.
bet2/2
Sana29.10.2022
Hajmi19.87 Kb.
#28475
1   2
Bog'liq
1000 dairəsi
100 dairəsi
«1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi» mövzusunun təlimi metodikası
«Minlik» konsentri III sinifdə tədris edilir. Deməli, min dairəsində natural ədədlərin nömrələnməsi də III sinifdə öyrədilir.
Riyaziyyatın ibtidai kursunda ən mühüm anlayış – ədəd anlayışıdır. Siniflər üzrə ədəd anlayışının tədricən genişləndirilməsi tədris proqramı ilə tənzimlənir.
Ədəd anlayışı riyaziyyatın klassik anlayışı olmaqla, təbiəti etibarilə – mücərrəd anlayışdır. Onun ibtidai siniflərdə tədrisi məhz bu cəhətinə görə çətinlik törədir. Ona görə də müəllim natural ədədlərlə, onluq say sistemi ilə bağlı nəzəri məsələləri yaxşı bilməlidir.
Əşyaları on-on saymanın mahiyyəti ondan ibarətdir ki, bir çoxluğun hər on elementi başqa bir yeni çoxluğun bir elementini əmələ gətirir və bu çoxluğun da on elementi başqa bir yeni çoxluğun bir elementini əmələ gətirir və s. Bu o deməkdir ki, 10 sadə təklik sonrakı mərtəbənin 1 təkliyini (vahidini) əmələ gətirir və ona 1 onluq deyilir, 10 onluq sonrakı mərtəbənin 1 təkliyini (vahidini), 1 yüzlük əmələ gətirir və s. Beləliklə, əşyaların on-on sayılması, onluq say sisteminə aiddir və b i r, o n, y ü z onluq nömrələmədə uy-ğun olaraq birinci mərtəbə vahidi, ikinci mərtəbə vahidi, üçüncü mərtəbə vahidi adlanır. Yəni bir, on, yüz, min və s. mərtəbə vahidləri adlanır.
Hər hansı natural ədədi tələffüz etmək üçün həmin ədəddəki sinifləri 1-ci, 2-ci, 3-cü mərtəbə vahidlərinə ayırıb, sonra hər sinfin adını ifadə etmək lazımdır. Məsələn, 345 - üç yüz qırx beş (3 yüzlük, 4 onluq, 5 təklik). 12463 ədədində iki sinfin mərtəbələri var.
1) təkliklər sinfinin üç mərtəbəsi.
2) minliklər sinfinin iki mərtəbəsi.
Həmin ədəd belə oxunur: əvvəlcə ikinci sinfin mərtəbə vahidləri və ondan sonra sinfin adı tələffüz edilir; on iki min dörd yüz altmış üç təklik. Başqa şəkildə belə yazmaq olar. 12 minlik 463 təklik və ya 12 min 463 təklik.
Bütün bu deyilənlər natural ədədlərin şifahi nömrələnməsinə aiddir.
1000 dairəsində nömrələmənin öyrədilməsində o qədər də çətinlik meydana çıxmır.
Min dairəsində ədədlərin nömrələnməsi prosesində on dairəsində və yüz dairəsində nömrələməyə aid biliklər təkrar edilir. Burada şagirdlər yeni say vahidi y ü z l ü k l ə tanış olurlar. Yeni say vahidinin alınması əyani şəkildə göstərilir: 10 təklik – ikinci mərtəbənin 1 onluğunu əmələ gətirir, ikinci mərtəbənin 10 onluğu – üçüncü mərtəbənin 1 yüzlüyünü əmələ gətirir. Eyni qayda ilə 10 yüzlük – dördüncü mərtəbənin 1 minliyini əmələ gətirir. Deməli, aşağıdan yuxarıya qonşu mərtəbə vahidlərinin nisbəti 1/10 –ə bərabərdir.
Min dairəsində nömrələməyə aid verilən biliklər «çoxrəqəmli ədədlər»-in nömrələnməsi üçün bazis rolunu oynayacaqdır. Beləliklə, natural ədədlərin nömrələnməsində hər dəfə əvvəlki biliklər təkrar olunaraq, onların əsasında yeni biliklər verilir. Məlumdur ki, nömrələmədə əsas obyekt – ədəddir. Məqsədə çatmaq üçün əvvəlcə əşyalar üzərində əməliyyat aparılır, sonra isə tədricən ədədlərə keçilir. Ədədlərin mərtəbə vahidlərini göstərmək üçün müvafiq əyani vasitələrdən istifadə edilir.
Min dairəsində nömrələməyə başlayarkən, şagirdlər nömrələmə cədvəli və rəqəmin yerinə görə qiyməti «prinsipini» artıq bilirlər. Ona görə də mövzunun öyrədilməsi prosesində şagirdlərin riyazi nitqinin inkişafına da xüsusi diqqət vermək lazımdır.
Min dairəsində nömrələmə zamanı şagird üçrəqəmli ədədlə əlaqədar:
1) natural sırada hər ədədin yerini bilməlidir, 90

2) natural sırada hər sonrakı ədədin alınmasını bilməlidir,


3) natural sıra ədədlərinin elementar xassələrini bilməlidir,
4) min dairəsində hər bir ədədi oxumağı, yazmağı, mərtəbə vahidlərini, mərtəbə ədədlərini göstərməyi bacarmalıdır,
5) hər bir ikirəqəmli və üçrəqəmli ədədi mərtəbə toplananlarının cəmi şəklində göstərməyi bacarmalıdır,
6) min dairəsində yuvarlaq ədədləri şifahi toplamağı və çıxmağı bacarmalıdır,
7) yuvarlaq ədədləri birrəqəmli ədədlərə vurmağı və bölməyi bacarmalıdır.
Min dairəsində nömrələmənin iki xüsusiyyətini göstərmək lazımdır: 1) əşyaları saymağı sürətləndirmək üçün onları yüz-yüz ayırırıq, 2) sayma prosesində y ü z l ü k yeni say vahidi kimi işlədilir. Şagirdlərə izah edilir ki, on təklik 1 onluğu əmələ gətirdiyi kimi, on onluq da bir y ü z l ü y ü əmələ gətirir. Bunun üçün on-on bağlanmış say çöpləri modelindən istifadə edilir və on dəst «onluqdan» bir yüzlüyün alınması göstərilir. Min dairəsində nömrələməni yüzlüklə apardıqda, şagirdlər iki adla tanış edilir:
1) yüzlüklə nömrələmə: 1 yüzlük, 2 yüzlük, 3 yüzlük, …, 10 yüzlük,
2) yüzlüklərin adlandırılması: yüz, 2 yüz, 3 yüz, 4 yüz, …, 9 yüz, min və yazılması 100, 200, 300, 400,…, 900, 1000.
Şifahi nömrələmədə müəllim hər bir ədədi tələffüz etdikdən sonra, şagirdlərə təkrar etdirir. Məsələn, yüz, iki yüz, üç yüz adlarını müəllim ifadə etdikdən sonra, qalanlarını şagirdlərdən soruşur. Bu kimi çalışmalardan sonra aşağıdakı nəticə çıxarılır: əşyaları bir-bir, on-on, yüz-yüz saydıqda, hər on təklik sonrakı mərtəbənin (sağdan sola) bir təkliyini əmələ gətirir.
Min dairəsində nömrələməni öyrətmək üçün müxtəlif əyani, didaktik və texniki vasitələrdən istifadə edilir. Məsələn, sinif çötkəsi, fərdi çötkə, nömrələmə cədvəli, kvadrat vahidlərə bölünmüş və ya düzbucaqlı zolaqlara bölünmüş və tərəfi 10 vahid olan böyük kvadrat və s.
Məktəb təcrübəsində tətbiq olunan kublar, düzbucaqlı paralelepipedlər, «hesab qutusu» bu mövzu ilə əlaqədardır.
Min dairəsində ədədlərin nömrələnməsi və şifahi toplama və çıxmanın yerinə yetirilməsi zamanı abakdan istifadə edilir. Abakda ədədin mərtəbələri sütunlar üzrə ayrılmışdır və «təkliklər», «onluqlar», «yüzlüklər» qrafalarında verilən ədədin uyğun mərtəbə ədədləri yazılır. Abakdan ədədlərin oxunması üçün də istifadə olunur. Şagird ədədi oxuyarkən çətinlik çəkirsə, hər bir mərtəbənin adına diqqət yetirir.
Min dairəsində nömrələmənin ikinci mərhələsi – 100-dən 1000-ə qədər natural sıra parçasının doldurulmasından ibarətdir. Yəni ədədlər əvvəlcə sözlərlə, yəni yüzlüklərin sayı ifadə olunur (şifahi nömrələmə), sonra isə rəqəmlərlə yazılır. Burada aşağıdakı işlər görülür:
1) hər sonrakı ədəd əvvəlkindən nə qədər böyükdür və neçə dəfə böyükdür?
2) hər sonrakı ədəd əvvəlkindən necə alınır?
Beləliklə, şagirdlər 100-dən 1000-ə qədər ədədlərin nömrələnməsini öyrənməklə, hər ədədin natural sırada tutduğu yerini və qiymətini, qonşu ədədlərin müqayisə edilməsini öyrənirlər.
Mövzu ilə əlaqədar aşağıdakı kimi çalışmalar vermək olar.
1. 486 və 503 ədədləri arasında olan bütün ədədləri yazın.
2. 190 və 210 arasında neçə ədəd yerləşir?
3. 110-dan 120-yə qədər, 240-dan 262-yə qədər, 200 ilə 300 arasında neçə cüt ədəd, neçə tək ədəd vardır?

4. 1-dən 100-ə qədər ədədlərin ən böyük cüt ədədini və ən kiçik tək ədədini göstərin.


5. 1-dən 1000-ə qədər neçə cüt ədəd var və ən böyük cüt ədədi yazın.
6. 1-dən 1000-ə qədər neçə tək ədəd var və ən böyük tək ədədi yazın.
7. Xətkeş üzərində (metrlik) 10 sm, 20 sm, 3 dm, 5 dm uzunluğunda parçaları göstərin.
8. 40 sm-lik xətkeşdə uzunluğu 1 dm olan neçə parça var? Neçə 20 sm uzunluğunda parça var? 1 sm uzunluğunda neçə parça var?
Min dairəsində nömrələmənin öyrədilməsinin üçüncü mərhələsində üçrəqəmli ədədlərin mərtəbə ədədləri (tərkibi) nəzərdən keçirilir. Yəni üçrəqəmli ədəd necə əmələ gəlir, ayrı-ayrı mərtəbə rəqəmləri hansı ədədi ifadə edir və s. bu kimi hazırlıqdan sonra şagirdlərə aşağıdakı kimi çalışmalar təqdim edilir:
1. 480, 357, 560, 843, 901, 810 ədədlərinin hər birində neçə təklik, neçə onluq və neçə yüzlük olduğunu göstərin.
2. 8 yüzlüyü, 2 onluğu və 3 təkliyi olan; 7 yüzlüyü və 5 təkliyi olan; 2 yüzlüyü və 3 təkliyi olan; 9 yüzlüyü və 3 onluğu olan ədədi söyləyin (yazın).
Min dairəsində nömrələməyə dair biliklər həm də kəmiyyətlərin ölçülməsi ilə əlaqələndirilir. Bu, ölçü vahidləri onluq say sistemində olan kəmiyyətlər üçün daha əlverişli olur. Bu məqsədlə aşağıdakı kimi məsələlər verilə bilər:
1. Ədədləri müqayisə edin.
2. Aşağıdakı ədədləri bir ölçü vahidi ilə ifadə edin;
6 dm 8 sm = 4 dm 9 sm = 50 dm 8 sm = 8 dm 7 sm =
Bu kimi çalışmaları icra etməklə, şagirdlər mürəkkəb və sadə adlı ədədlərin xırdalanması və çevrilməsini öyrənirlər.
Beləliklə, min dairəsində ədədlər təkcə sayma nəticəsində deyil, həm də ölçmə nəticəsində alınır.
Kifayət qədər şifahi və yazılı çalışmalar şagirdləri min dairəsində yazılı nömrələməyə, yazılı toplama və çıxmanın öyrədilməsinə hazırlayır. Bunun üçün əvvəlcə 100 dairəsində yazılı nömrələmə, ədədlərin yazılması, mərtəbə vahidləri, rəqəmin ədəddə tutduğu yerinə görə qiyməti, ədədlə rəqəmin oxşar və fərqli əlamətləri təkrar edilir.
Nömrələmə cədvəlinin tətbiqi ilə ədədlərin yazılması və oxumasına aid çalışmalar verilir (şəkil 2).

Bu məqsədlə aşağıdakı kimi çalışmalar verilə bilər: 1) 5 yüzlüyü, 2 təkliyi olan ədədi yaz, 2) 7 yüzlüyü, 4 onluğu və 2 təkliyi olan ədədi yaz, 3) 8 yüzlüyü, 5 onluğu olan ədədi yaz. yüzlüklər

onluqlar

təkliklər

5

0

2

7

4

3

8

5

0

Download 19.87 Kb.
1   2




Download 19.87 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



«1-dən 1000-ə qədər ədədlərin nömrələnməsi» mövzusunun təlimi metodikası

Download 19.87 Kb.