Kompüter qrafikası.Üçölçülü kompüter modellərinin hazırlanması




Download 0,66 Mb.
bet2/6
Sana24.11.2020
Hajmi0,66 Mb.
#12778
1   2   3   4   5   6

Kompüter qrafikası.Üçölçülü kompüter modellərinin hazırlanması

llk kompüterlərdə qrafik obyektlər yaratmaq üçün, demək olar ki, heç bir vasitə yox idi. O zamanlar ekrana yalnız simvollar - hərflər, rəqəmlər və xüsusi işarələr çıxarmaq olurdu. Ancaq elə onda da proqramçılar kompüterdən “rəsm aləti” kimi istifadə etməyə cəhd göstərirdilər; məsələn, kompüter proqramının köməyi ilə simvollardan tərtib olunmuş məşhur “Mona Liza” şəklini həmin dövrün insanları, yəqin ki, xatırlayırlar.

Sonrakı kompüterlər artıq sadə görüntüləri - nöqtəni, düz xətti, çevrəni çəkə bilirdi. Ozamankı monitorlar ağ-qara olduğundan kompüterdə yaradılan görüntülərin hamısı qrafik-rəssamların işlərini xatırladırdı. Rəssamlığın başqa janrlarından fərqli olaraq qrafik-rəssamların əsərləri, hər şeydən öncə, cizgilərin aydın çəkilişi ilə səciyyələnir. Məhz buna görə də o dövrün kompüterlərinin təsvir imkanlarını kompüter qrafikası adlandırmağa başladılar. Ancaq indi kompüterin köməyi ilə rəssamlar müxtəlif janrlarda əsərlər yarada bilsələr də, “kompüter qrafikası” termini yenə də istifadə olunur.

Bildiyiniz kimi, kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda cürbəcür proqramlar olsa da, yalnız üç növ kompüter qrafikasını fərqləndirirlər: rastr qrafikası, vektor qrafikası və fraktal qrafika. Onlar bir-birindən monitorun ekranında, yaxud kağızda əks olunan görüntülərin formalaşma prinsiplərinə görə fərqlənir.

Kompüter qrafikasını başqa cür də təsnif etmək olar: ikiölçülü qrafika (2D-qrafika) və üçölçülü qrafika (3D-qrafika).

Bu gün kompüter qrafikasından bir çox sahələrdə istifadə olunur. Onlardan bəziləri ilə qısaca tanış olaq.





Elmi qrafika



Obrazların tanınması



Konstruktor qrafikası



İşgüzar qrafika

Download 0,66 Mb.
1   2   3   4   5   6




Download 0,66 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kompüter qrafikası.Üçölçülü kompüter modellərinin hazırlanması

Download 0,66 Mb.