Суммесли – funksiyası yalnız müəyyən şərti ödəyən ədədləri toplamaq üçün istifadə edilir. Onun formatı aşağıdakı kimidir.
= Суммесли(Диапозон , Критерия , Диапазон суммирования)
Диапозон-şərtin yoxlanıldığı xanaların diapazonu
Критерия-yoxlanılan şərt
Диапазон суммирования-cəmləmə aparılacaq xanaların diapozonudur
Misal : Суммесли funksiyasının tətbiqi
1.Aşağıdakı cədvəli yığın.
B sütununda işçilərin maaşı,C sütununda isə onların ödədikləri ğəlir verğiləri göstərilmişdir.Burada maaşı 400000-dən çox olan işçilərin gəlir vergilərini toplamaq tələb olunur.
2.C8-xanasına keçin və oraya =Суммесли(B1:B7,”>400000”,C1:C7) düsturunu yazın.Xanada 153600 alınacaqdır.
Счетесли funksiyası verilmiş xanalar diapazonunda müəyyən şərti ödəyən ədədlərin sayını tapmaq üçün tətbiq edilir.Funksiyanın formatı aşağıdakı kimidir.
= Счетесли (Диапозон,Критерия)
Диапозон - ədədlər yerləşən xanaların diapazonu
Критерия - yoxlanılan şərt
Məsələn: Yuxarıdakı cədvəldə maaşı 400000-dən az olan işçilərin sayını müəyyən etmək üçün funksiya aşağıdakı kimi yazılır.
= Счетесли (B1:B7,”<400000”)
|