MÖVZU 21 İMB və rabitə qurğularına texniki xidmət




Download 50,62 Kb.
bet20/40
Sana06.06.2021
Hajmi50,62 Kb.
#14797
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
MÖVZU 21

İMB və rabitə qurğularına texniki xidmət

Müxtəlif növlü asılılığı həyata keçirən İMB-aparatları, eləcə də qatar və stansiya radiorabitəsi aparatları bağlanmış və plomblanmış olmalıdır; onları yalnız işarəvermə və rabitə birliyinin həmin iş həvala edilmiş işçiləri aça bilərlər və bu barədə həmin qurğuların müayinə jurnalında hökmən əvvəlcədən qeydlər etməlidirlər. İMB və radiorabitə aparatlarında plombların salamatlığına görə həmin aparatlardan istifadə edən növbətçi işçilər (stansiya növbətçiləri, mərkəzləşdirilmiş postların operatorları, yoldəyişmə postu növbətçiləri, lokomotiv maşinistləri və başqaları) məsuliyyət daşıyırlar.

İşarəvermə və rabitə distansiyaları, xidmət etdikləri İMB və rabitə, həmçinin başqa qurğuların standartlara və normalara müvafiq çertyojlarına və izahatlarına malik olmalı və bütün dəyişiklikləri vaxtlı-vaxtında həmin sənədlərə daxil etməlidir.

İMB qurğuları üzrə nümunəvi (tipli) qərarlar ADDY rəisinin birinci müavini tərəfindən təsdiq edilir. İMB qurğularında nümunəvi olmayan texniki məsələlərin həllinə yol verilmir.

İMB qurğularının asılılığında müvəqqəti dəyişikliklər edilməsinə beş gündən artıq olmayaraq Yolun hissə rəisi və ya Yolun Baş mühəndisinin, beş gündən çox olduqda isə ancaq ADDY rəisinin icazəsi ilə yol verilə bilər.

İMB qurğu və cihazlarının yenidən təchizatı, köçürülməsi,tə'miri, sınağı və dəyişdirilməsi üzrə planlı işlər və müəyyən edilən asılılıqların pozulması və ya onların işini müvəqqəti dayandırmağı tələb edən digər planlı işlər Yolun hissə rəisi və ya Yolun Baş mühəndisi tərəfindən təsdiq edilən və onların yerinə yetirilməsi üçün qısa vaxt nəzərdə tutan qrafikə əsasən icra edilməlidir. İstənilən halda stansiya növbətçisinin razılığı olmadan və iş rəhbərinin bu barədə yolların,yoldəyişənlərin, İMB, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında (DU-46) qabaqcadan qeydi olmadan stansiyada belə işlərin aparılması qadağındır. Dispetçer mərkəzləşdirilməsi sahələrində oxşar işlər ancaq qatar dispetçerinin razılığı ilə aparıla bilər.

ÎMB-nin işlək qurğularının sınağı bütün hallarda stansiya növbətçilərinin razılığı və nəzarəti altında, dispetçer mərkəzləşdirilməsi olan sahələrdə isə qatar dispetçerinin razılığı ilə keçirilir.

İşarə cihazlarının işıqlandırılması işarə göstəricilərinin aydın görünməsini tə'min etməlidir.

Vaxtında və fasiləsiz işıqlandırmanın tə’mini həvalə olunur:

svetoforlar və marşrut göstəriciləri - işarəvermə və rabitə distansiyalarının rəislərinə;

stansiyalardakı yoldəyişən göstəriciləri, yolların çəpərlənmə və hidravlik dirəklərin göstəriciləri - stansiya rəislərinə;

lokomotiv, vaqon, yol və digər təsərrüfatların yollarındakı işarə cihazlarının işıqlandırma qurğuları - müvafiq bölmələrin rəislərinə;

stansiya yollarında işarəvermə cihazlarının işıqlandırma qurğularinin elektrik təchizatı - elektrik təchizatı distansiyaları tərəfindən tə'min olunur.

Yol, İMB, elektrik təchizatı qurğuları və hərəkət tərkibləri,o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibləri elektrik rels dövrəsinin daimi e'tibarlı işini tə'min etməlidir.

Elektrik rels dövriyyəsinin daimi e’tibarlı işini tə’min edən yol, İMB, elektrik təchizatı qurğularına hərəkət tərkiblərinə, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkiblərinə texniki xidmət qaydaları və saxlanma normaları ADDY rəisi tərəfindən müəyyən edilir.

İMB və rabitə qurğularından istifadə edən işçilərə onlardan istifadə etmə qaydaları öyrədilməli və onların bilikləri yoxlanılmalıdır.

İşarəvermə və rabitə distansiyasının rəisi İMB və rabitə qurğularindan istifadə edən digər birlik (xidmət) işçilərinin tə'limini tə'min edir.

Bu qurğuların öz işçilərinə öyrədilməsinə və biliklərinin müntəzəm sürətdə yoxlanılmasına görə hər bir rəis məs'uliyyət daşıyır.





Download 50,62 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Download 50,62 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÖVZU 21 İMB və rabitə qurğularına texniki xidmət

Download 50,62 Kb.