Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri




Download 3.92 Mb.
Pdf ko'rish
bet1/99
Sana16.06.2022
Hajmi3.92 Mb.
#23861
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   99
Bog'liq
emeliyyat-sistemleri-ve-komputer-axitekturasi-1




Mühazirə1.
Arxitektura anlayışı. Fon Neyman prinsipləri.
EHM-lərin inkişаf tаriхi və nəsilləri.
 
 
 
Kompüterin arxitekturası dedikdə aparat – proqram vasitələrinin ümumi 
prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını
təyin edən xarakteriskaları başa düşülür. Kompüterin arxitekturası aparat və 
proqram vasitələri kompleksinin qurulması ilə bağlı bir çox amilləri nəzərə alan 
məsələləri əhatə edir. Bu amillərdən əsasları kompüterin qiyməti, tətbiq sahəsi,
funksional imkanları, istismarın asanlığı hesab olunur. Kompüterin 
arxitekturasının əsas tərkib hissələri aşağıdakı kimi təsvir olunur.
Kompüterin arxitekturası və strukturu anlayışlarını bir-birindən 
fərqləndirmək lazımdır. Kompüterin strukturu müəyyən səviyyədə onun konkret 
tərkibini ( qurğular, bloklar, qovşaqlar və s.) və onlar arasındakı əlaqələri təyin 
edir. Arxitektura isə kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı 
ə
laqələndirilməsini təyin edir. Tərkib hissələrinin təsviri isə yalnız bu qaydaların 
formalaşdırılması üçün tələb olunan səviyyədə verilir. Həm də əlaqələrin hamısına 
yox, əsasən bu vasitələrdən istifadə olunması üçün lazım olanlarına baxılır. 
downloaded from KitabYurdu.org



Məsələn, istifadəçi üçün kompüterin hansı elementlərdə qurulması, əmrlərin
sxem və ya proqram vasitələri yerinə yetirlməsi əhəmiyyət kəsb etmir. Əhəmiyyət
kəsb edən məsələlər bunlardır: kompüterin bu və ya digər xüsusiyyətləri 
istifadəçiyə verilən imkanlarla necə əlaqəlidir, kompüterin tərkibinə daxil olan
qurğuların xarakteriskaları bir-birilə necə əlaqələndirilir və bu xarakteriskalar 
kompüterin ümumi xarakteriskalarına necə təsir edir və s. Başqa sözlə, arxitektura 
kompüterin layihələndirilməsinin, qurulmasının və proqram təminatının ümumi 
problemlərini əks etdirir. 
V nəsilin bəzi nümayəndələrin çıxmaqla bütün nəsil kompüterlərin 
arxitekturasında məşhur amerika alimi Con fon Neyman tərəfindən 40-cı illərdə 
təklif etdiyi prinsiplər əsas götürülür. Başqa sözlə desək indiki kompüterlər hələ ki, 
Neyman arxitekturası ilə qurulur. Neyman arxitektirasının əsas prinsipləri 
aşağıdakılardır: 
1. Yaddaş – məsələhəllinin proqramını, verilənləri, aralıq və con nəticələri yadda 
saxlamaq üçün kompüterin yaddaşı olmalıdır. 
2. Proqram – kompüterdə informasiyanın emalı proqramların köməyilə yerinə 
yetirilir. 
3. Ünvanlılıq – Kompüterdə bütün verilənlər – həmçinin proqram əmrləri 
müxtəlif ünvanlarda yerləşdirilir və emal zamanı proqramda bu verilənlərin özləri yox, 
ünvanları iştirak edir. 
4. Avtomatizm. Proqram və verilənlər kompüterin yaddaşına daxil edildikdən 
sonra, maşın proqrmın ərlərini insanın müdaxiləsi olmadan avtomatik yerunə yetirir. 
Yəni kompüter ardıcıl olaraq proqramın yerləşdiyi ünvanlara müraciət edir. 
5. Ünvandəyişmə. Yaddaşda göstərilən ünvanlar proqramdakı təlimatlara əsasən 
hesablana və dəyişdirilə bilər, yəni kompüter yerinə yetirdiyi əmri özü hazırlaya bilər. 
Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi 
üçü
n proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər 
tərəfdən isə qoyulmuş məsələni həll edir. 
downloaded from KitabYurdu.org



Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş 
birölçülü və xəttidir, yəni sözlər vektor şəklindədir. Həmin yaddaşda müəyyən 
ü
sulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır. 
Ə
mrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərlə 
verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər. 
Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində 
aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar 
sətri olmasını proqram müəyyənləşdirilir. 
Kompüter texnikasının inkişaf mərhələlərində Neyman arxitekturası xeyli
təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram 
vasitələrinə istiqamətləndirilmişdir. 
Ə
vvəllər I və II nəsil kompüterlərin aparat və proqram vasitələri bir-birindən 
asılı olmadan, ayrı-ayrılıqda yaradılırdı. III nəsildən (60-cı illərin sonu) 
başlayaraq kompüterin aparat (ingilisçə “hardware”) və proqram (“software”) 
vasitələri vahid bir sistem kimi layihələndirilməyə başlandı. Bununla da prinsip 
baxımdan yeni olan “kompüterin arxitekturası” anlayışı yarandı.
Neyman arxitekturalı hər bir kompüter iki hissədən - mərkəzi və periferiya 
(xarici) - ibarət olur. Mərkəzi hissə hesab-məntiq qurğusundan (HMQ), idarəetmə 
qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DYQ) ibarətdir. Müasir 
kompüterlərdə HMQ və İQ prosessor adlanan bir qurğuda birləşdirilir. Periferiya 
hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə - xaricetmə qurğuları (DXQ) və 
idarəetmə pultu (İP) daxildir. Köhnə kompüterlərdə (I və II nəsil) mərkəzi hissə ilə 
periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə əlaqələndirilirdi. Bu isə periferiya 
qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun quraşdırmağa imkan 
vermirdi. Müasir kompüterlərdə mərkəzi 
İlk EHM ABŞ-da C.Maykli və D.Ekkertin hazıladığı və 1946-cü ildə işə 
salınmış ENİAC kommpüteridir. Bu maşın Con Fon Neyman tərəfindən verilmiş 
prinsiplər əsasında qurulmuşdu Bu kompüterin məntiq elementləri elektron-qaz 
lampaları əsasında qurulmuşdu və saniyədə 1000 mikroəmr yerinə yetirə bilirdi. Yaddaş 
downloaded from KitabYurdu.org



kimi ferrit içlikli elektromaqnit makaralardan istifadə olunurdu. Bu tip maşınlar I nəslə 
aiddir. 
EHM-in nəsili dedikdə müxtəlif konstruktorlar tərəfindən, amma eyni 
elmi və texniki prinsiplər əsasında yaradılan bütün EHM tipləri və modelləri başa 
düşülür. Hər bir yeni nəslin yaranması əvvəlki nəsildəkindən prinsipcə
fərqlənən yeni elektron elementlərinin, istehsal texnologiyasının meydana
gəlməsi ilə xarakterizə olunur. 

Download 3.92 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   99




Download 3.92 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri

Download 3.92 Mb.
Pdf ko'rish