Mühazirə 5  BİOS və onun proqramlaşdırılması




Download 3.92 Mb.
Pdf ko'rish
bet14/99
Sana16.06.2022
Hajmi3.92 Mb.
#23861
TuriMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   99
Bog'liq
emeliyyat-sistemleri-ve-komputer-axitekturasi-1

 
Mühazirə 5 
BİOS və onun proqramlaşdırılması 
Adətən istifadəçilər kompüterin proqram və aparat hissələri arasında elə də fərq
görmürlər. Bu sistemin yüksək inteqrasiya dərəcəsi ilə izah olunur. 
BİOS (Basic Input-Output System) termini giriş-çıxış baza sistemini təsvir
etmək üçün istifadə edilir. Bir növ BİOS proqram və aparat hissələri arasında “aralıq 
lay” kimi baxılır. Bir çox istifadəçilər BİOS-u qurğuların drayveri kimi nəzərdə tutur. 
BIOS-un böyük hissəsi sistem qoşulanda işləyir və əməliyyat sistemi fəaliyyətə 
keçdikdə işini bitirir. Buna baxmayaraq onun vəzifəsi bitmiş sayılmır, çünki sistemin 
dərinliyindəki bəzi funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un idarəsindədir. 
downloaded from KitabYurdu.org


29 
Sistemdə bir problem olmadıqda, ya da yeni qoşulan başqa bir qurğu ilə üst-üstə 
düşmədikcə BIOS arxa planda işləyir. 
İlk dəfə hazırlandıqda BIOS-un 4 funksiyası var idi:
1. Sistem açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək bir səhv olub 
olmadığını təsbit etmək (Power On Self Test - POST). 
2. Sistem işlədikdən sonra RAM yaddaşı davamlı olaraq yoxlamaq. 
3. Sistem açılanda bəzi kiçik RAM bloklarına sistem haqqında məlumatlar yazmaq. 
Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki qurğular haqqında məlumat sahibi 
olmamasıdır. Məsələn, bir proqramın yaddaşdakı müəyyən bir sahəyə baxaraq neçə GB-
lik bir disk istifadə edildiyini və neçə diskin olduğunu anlaya bilməsi üçün. Bu bloklara 
BIOS Data Area deyilir. 
4. Proqramların aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək. 
İndiki vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi 
üzərilərinə götürür. BIOS-dan hələ də istifadə olunur, amma əməliyyat sistemlərinin 
çoxu BIOS parametrini də keçə bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, 
sistemə taxılı disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən diskin 
yerində olduğunu görəcəksiniz. 
BIOS-un ilk funksiyası, sistemin açılmasını təmin etməkdir. Əgər prosessorunuza 
nə edəcəyini söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS
prosessora ilk əsas əmrləri verərək, sistemin açılışını başladır. POST əməliyyatı 
tamamlandıqdan sonra da idarəni digər proqramlara verir. BIOS işini qurtardıqdan sonra 
əməliyyat sistemi fəaliyyətə keçir.
Sistem BİOS-u ilə yanaşı sistemin yüklənməsi zamanı yüklənən adapter BİOS-u
da mövcuddur. Aparıcı BİOS istehsalçıları AMİ (American Megatrends, 
Incorporated), Award və Phoenix, ASUS, İntel firmalarıdır. 
İlk PC təqdim olunduqda sistem platasında yerləşən ROM (Daimi yaddaş 
qurğusu) mikrosxeminə yazılan BİOS sistemin proqram təminatına bütün qurğuların 
drayverləri daxildir. Drayverlər əvvəlcədən yaddaşa yüklənirdi və kompüterin işi
boyu istifadə olunurdu. 
downloaded from KitabYurdu.org


30 
ROM mikrosxemində POST (Power On Self Test – qoşulma zamanı 
testləşdirmə) proqramı və özüyükləmə (autorun) proqramı yazılır. Sərt diskdə
yükləyici sektoru yoxlayan özüyükləmə proqramı ƏS (əməliyyat sisemi) yüklənməsini
təmin edir. Yükləmədən sonra ƏS BİOS-un aşağı səviyyəli (qurğuların drayverlərinə) 
prosedurlara müraciət edir. 
Kompüter erasının əvvəlində BİOS-da qurğuların bütün drayverləri saxlanırdı –
klaviatura drayveri, videoadapter, paralel və ardıcıl port, cevik və sərt diskin 
kontrolleri və s. 
ƏS yükləndikdən sonra qurğularla iş üçün drayverləri yükləmək lazım gəlmir, 
cünki onlar əvvəlcədən ROM-a yüklənib. Belə yanaşma o vaxta qədər yaxşı idi ki, 
sistemə yeni qurğu qoşulmayıb. 
İlk yükləmədə ƏS yükləmə faylı (İO.SYS) qurğuların drayverləri haqda 
məlumat təsbit edən konfiqurasiya faylına (CONFİG.SYS) müraciət edir.
CONFİG.SYS faylı göstərilən drayverlərlə yükləmə diskində yerləşməlidirlər. 
İO.SYS tələb olunan məlumatı əldə edəndən sonra, o göstərilən drayverləri yaddaşa 
yükləyir və BİOS-la əlaqələndirir. Sistem platasının və ya adapter platasının 
mikrosxemində yerləşən BİOS-un bir hissəsi firmware (ROM-da qoruyucu proqramlar)
adlanır və bu mikrosxem mövcud olduğu üçün bəzən istifadəçilər BİOS-u kompüterin 
aparat hissəsinə aid edirlər. 
BİOS bir və ya bir neçə mikrosxemdə yerləşən kompleks proqramıdır. BİOS 
əsasən aşağıdakı funksiyaları yerinə yetirir. 
1. Bütün Ana platalarda proqram təminatı yazılan BİOS və ya ROM BİOS 
mikrosxemi mövcuddur. Bu mikrosxemə tələb olunan sistemin yüklənməsi üçün və əsas 
aparat təminatının işlənməsi üçün start proqramları və drayverləri təsbit edir. Buraya 
avtomatik testləşdirmə POST(Power On Self Test) və sistem konfiqurasiyasının
verilənləri daxildir. Bütün bu parametrlər sistem platasında yerləşən və batareyadan 
qidalanan CMOS(Complementary Metal-Oxside Seminconductor) proqramı yaddaşa 
yazılıb. CMOS yaddaşı bəzən NVRAM(Non- Volatile RAM - enerjidən asılı olmayan
ixtiyari müraciətli yaddaş) adlanır. NVRAM tipli yaddaşın ən geniş istifadə olunan – 
fləş yaddaşdır . 
downloaded from KitabYurdu.org


31 
2. Testləşdirmə bitdikdən sonra ƏS (Boot Loader) başlanğıc yüklənməsi təmin
olunur. ƏS-nin yaddaşa yüklənməsi iki pillədə yerinə yetirilir: BİOS sistem 
diskindən ƏY-ya başlanğıc yükləmənin xüsusi blokunu yükləyir, sonra ona 
idarəetməni ötürür, o da öz növbəsində ƏS digər modullarını yükləyir. 
3. Müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş sistem 
müraciətlərin və kəsilmələrin xidməti. Sistem müraciətlərin yerinə yetirilməsi üçün 
kəsilmələr mexanizmi nəzərdə tutulub. 
BİOS-a servis funksiyaların minimal dəsti daxildir. Məs. klaviaturadan 
simvolların yığılması, ekranda hər hansı bir məlumatın əks olunması. BİOS-un
versiyasından və ana platanın modelindən asılı olaraq, BİOS-u sazlama funksiyaları 
dəyişə bilər və eyni funksiya müxtəlif adla ifadə oluna bilər. 

Download 3.92 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Download 3.92 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə 5  BİOS və onun proqramlaşdırılması

Download 3.92 Mb.
Pdf ko'rish