• Planşet kompüterlər (Tablet PC).
  • Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri




    Download 3.92 Mb.
    Pdf ko'rish
    bet8/99
    Sana16.06.2022
    Hajmi3.92 Mb.
    #23861
    TuriMühazirə
    1   ...   4   5   6   7   8   9   10   11   ...   99
    Bog'liq
    emeliyyat-sistemleri-ve-komputer-axitekturasi-1

    Notebook (bloknot). Ölçülərinə görə o, iri formatlı kitaba yaxındır. 2 kq-a yaxın 
    çəkisi var. Portfel-diplomatın içinə yerləşir. Ofislə əlaqə üçün onu adətən modernlə 
    komplektləşdirirlər. Noutbukları çox vaxt DVD-RW diski idarə edən qurğu ilə təchiz 
    edirlər. 
    Bir çox müasir noutbukların daxilində standart portlu bir-biri ilə əvəz edilə bilən 
    bloklar vardır. Belə modullar çox müxtəlif funksiyalar üçün nəzərdə tutulur. Eyni bir 
    porta ehtiyac olduqca kompakt-disklərin intiqalını, maqnit disklərində olan yaddaş 
    qurğusunu, ehtiyat batareyasını və ya mobil vinçesteri qoşmaq olar. Noutbuk qidalanma 
    gərginliyinin sıçrayışla dəyişmələrinə qarşı dayanıqlıdır. Hətta əgər o, enerjini adi 
    elektrik şəbəkəsindən alırsa, sıçrayışla dəyişmə olduqda o, ani olaraq 
    akkumulyatorlardan qidalanmağa keçir. 
    Planşet kompüterlər (Tablet PC). Bu kompüterlərin meydana çıxması Bili 
    Geytsin adı ilə bağlıdır: məhz Microsoft firmasının başçısı 2000-ci ilin yazında 
    "gələcəyin kompüteri" konsepsiyasını elan etdi. 
    downloaded from KitabYurdu.org


    13 
    Təsəvvürünüzə adi noutbuku gətirin və onu 2 hissəyə bölməklə sındırın: prosessor və 
    digər daxili hissələri maye kristallı ekranın arxasında yerləşdirin, ekranın özünü isə 
    barmağın toxunmağına həssas edin. Bunun sayəsində biz özümüzü bir dəfəlik həm 
    klaviaturadan, həm də mausdan azad etmiş oluruq: mətni xüsusi elektron qələmlə daxil 
    etmək, işarələri isə barmağı toxunmaqla olar. TablePC-nin ekranı, cib kompüterində 
    olduğu kimi, barmaqla toxunuşa həssasdır. 
    Şübhəsiz ki, belə kompüterin hesablama gücü adi kompüterlər və noutbukla 
    müqayisədə bir qədər az olacaqdır. 2001-ci ilin axırlarında nümayiş etdirilən TablePC-
    nin prototipi 600 meqahers tezlikli prosessora, 128 Mb əməli yaddaşa və 10 Qb sərt 
    diskə malik idi. Əlbbət ki, əksər hallarda bu cür kompüterin gücü mətni yazmaq, 
    elektron poçtunu qəbul etmək, filmə baxmaq və ya sevimli musiqi qrupunun yeni 
    albomuna qulaq asmaq kimi sadə məişət məsələlərini həll etmək üçün kifayət edir. 
    Tutduğu yerə gəldikdə isə, TablePC adi kitabın tutduğu yer qədər yer tutur və bu 
    zaman onun imkanları heç də adi kompüterin imkanlarından geri qalmır. Əgər enerji 
    tələbatı kimi, əsas problem həll olunarsa, o zaman TablePC sadə noutbukların əlbəttə ki, 
    üstələyəcəkdir. 
    Eyni zamanda, əgər Bili Geytsin sözünə inansaq, TablePC-nin inqilablılığı onun 
    kiçik ölçülərdə olmıası yox, kiçik kompüter ideologiyasında olmasıdır. Siz TablePC 
    kompüterini nəinki adi qol saatı və ya mobil telefon kimi özünüzlə gəzdirə, həmçinin 
    digər əşyalar kimi, həmin kompüterlə çox sadə bir tərzdə davrana bilərsiniz. TablePC 
    kitab va dəftərləri, jurnal və qəzetləri, qeyd kitabçalarını və orqanayzerləri əvəz 
    edəcəkdir. Gələcəkdə isə, mobil telefonla birləşərək, TablePC Vahid Rəqəm Rabitə 
    Mərkəzinə (VRMM) çevriləcəkdir. 
    Bizim həyatımıza "fərdi rəqəmsal köməkçinin" (FRK - ingilis dilindn PDA- 
    Personal Digital Assistant) və ya "cib kompüterlərinin" daxil olması ilə 
    miniatürləşdirmə üzrə daha bir rekord əldə edilmiş oldu. 
    downloaded from KitabYurdu.org


    14 
    Palmtop 
    (ovuc içi) ən kiçik müasir fərdi kompüterlərdir. Ovucda yerləşirlər. Enerjidən 
    asılı olmayan elektron yaddaş onlarda maqnit disklərini əvəz edir. Disklərdə olan 
    yaddaş qurğuları yoxdur - adi kompüterlərlə informasiya mübadiləsi rabitə xətləri ilə 
    aparılır. Əgər Palmtopa onun daimi yaddaşına yazılan işçi proqramlar yığımı əlavə 
    olunsa, onda 
    PDA 
    alınır. 
    Portativ kompüterlərin imkanları daim genişlənir. Məsələn, 
    ASUS p550 
    müasir cib 
    kompüteri 
    (pocket PC) 
    məsələlərin siyahısını tutmaq, audiofayllar daxil olmaqla qeydləri 
    yadda saxlamaq, təqvimlə işləmək, elektron ünvanı oxumaq, PC, mobil telefonla 
    sinxronlaşmaq üçün lazım olan hər şeyə malikdir. Bundan əlavə ASUS video və səs 
    roliklərini oxutmaq, İnternetə daxil olmaq, sənədlərə və elektron cədvəllərinə baxmaq 
    və onları redaktə etmək, faylları yadda saxlamaq, onlarda sözləri axtarmaq, şəkillərə 
    baxmaq, ev mühasibatını aparmaq, oyun oynamaq, Acrobat Reader-in köməyilə 
    elektron kitabları oxumaq, proqram təminatı ilə mükəmməl işləməyə imkan verir. 
    Komminikatorlar. 
    Bu qurğular da praktiki olaraq, adi PC-dən heç nə ilə fərqlənmirlər. 
    Yalnız fərq ondan ibarətdir ki, burada daxildə quraşdırılmış GSM-modulu və adi mobil 
    telefonla işləməyə oxşar iş görmək üçün əlavə işlənmiş xüsusi proqram təminatı vardır. 
    Belə ki, "danışıq" funksiyaları kommunikator üçün ikinci yerdə durur. Əsas məsələ, 
    əlavə modullardan istifadə etməməklə, mobil şəbəkə vasitəsilə GRPS protokolu ilə 
    internetdə işləmək qabiliyyətidir. Ən geniş yayılmışı - Mobil Windows-2003 bazasında 
    və PalmOS platformasında yaradılan kommunikatorlardır. 
    Smartfonlar. 
    Əgər kommunikatorlar adi PC-dən əmələ gəlmişlərsə, smartfonlar adi mobil 
    telefonlardan yaranmışlar. Vaxt keçdikcə bu iki qurğu arasmdakı sərhəd yəqin ki, 
    silinəcəkdir, lakin indi bunların bir-birindən fərqli olması çox aydın görünür. 
    Kommunikatorlar - PC ilə mobil rabitə modulunun hibridindən ibarətdir. Smartfon isə - 
    yalnz rabitə üçün yaradılan həddindən artıq ağıllı olan mobil qurğudur. Aparat cəhətdən 
    onlar kommunikatorlara uduzurlar - buradakı prosessorun işləmə tezliyi zəifdir, daxildə 
    quraşdırılmış yaddaşın tutumu da azdır. Bundan başqa, smartfonda, FRK-da mütləq 
    vacib olan “əsas idarə qurğusu - stilus" yoxdur, çünki kiçicik ölçüdə ekran üçün sadəcə 
    downloaded from KitabYurdu.org


    15 
    olaraq, buna ehtiyac yoxdur. Proqram təminatında da müəyyən fərqli cəhətlər vardır: 
    "Windows"un növbəti təkmilləşdirməsi əsasında əldə edilmiş "Phone Edition" proqram 
    təminatı çox da qenis tətbiq olunmur. Əksinə, "SymbianOS" xüsusi əməliyyat sistemi 
    ilə idarə olunan qurğulara daha tez-tez, rast gəlmək mümkündür. 
    Lakin bütün bunlara baxmayaraq, smartfonlar PC-ın bütün baza funksiyalarını yerinə 
    yetirə bilir: burada brauzer, poçt kliyenti, elektron cədvəli və mətn redaktoru, 
    planlaşdırıcı vardır.
    Mühazirə 3

    Download 3.92 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   99




    Download 3.92 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri

    Download 3.92 Mb.
    Pdf ko'rish