Mövzu 1.8 Beynəlxalq telefon şəbəkəsi (BATŞ)
Praktik iş
Müasir dövrdə güclü və dinamik inkişaf edən telekommunikasiya sistemləri arasında beynəlxaq şəbəkə xüsusi yer tutur. Azərbaycan müstəqil respublika kimi digər dövlətlərlə müstəqil beynəlxaq rabitə yaradır. Bu xarici ölkələrlə birbaşa yeni istiqamətin yaranması deməkdir. Beynəlxalq telekommunikasiya şəbəkələrində yeni istiqamətlərin yaranması isə trafikin digər alternativ istiqamətlərdə kanal çatışmamazlıqları yaranır. İtkilər (daşınmalar) artır, keyfiyyət göstəriciləri aşağı düşür. Elektron ATS – də istiqamətlər üzrə yığılan real statistik analiz yeni metodların yaranmasını tələb edir. Bu statistikanı yalnız BATŞ əldə etməyə imkan verir. Bu stansiyalarda bütün əməliyyatlar proqram vasitəsilə idarə edilir, informasiyanın paylanması rəqəm texnikası bazasında mikroprosessorun köməyi ilə həyata keçirilir. Telekommunikasiya şəbəkəsində idarəetmənin paylanmış formada olması onun işini asanlaşdırır, etibarlılığını artırır. Ayrı – ayrı modulları birləşdirmək üçün müxtəlif mövzuların olması kommutasiya şəbəkəsində bloklanma hallarının baş verməsi ehtimalını minimuma endirir.
Sistemin funksional sxemi çox sadədir. O rəqəm kommutasiyası şəbəkəsindən və bu şəbəkəyə qoşulmuş, terminal modullardan ibarətdir. Modullar DSN - ə iki ədəd modifaksiya edilmiş İKM traktı vasitəsilə birləşdirilir. Belə stansiyaların proqram - aparat vasitələri, şəbəkə abonentlərində (ŞO) aparaturanın vəziyyəti, kanalların konfiquriyasiyasının dəyişilməsi, statistik informasiyanın idarəetmə mərkəzinə ötürülməsi üçün nəzərdə tutulmuşdur.
İdarəetmə mərkəzi aşağıdakı aparat –proqram vasitələrindən ibarətdir:
Terminal – bu vasitə Fider Kanal əsasında qurulmuş və ŞO – larda avadanlığın vəziyyəti haqqında informasiyanın yığılması üçün nəzərdə tutulmuşdur.
Kanal kommutatoru (KK). Bu qurğu terminal operatorundan idarə olunur və kompüter TO - sunun ardıcıl portunun mərkəzin hər bir kanalının növbə ilə ŞO – lərinə qoşulmasını təmin edir.
Şəbəkə kontrollerləri
Şəbəkə interfeyslərinin aparatı
Kompüter OT, kanal kommutatoru və mikroprosessor qovşaqları üçün proqramlar paketi ŞO (ATS-lər)
Yuxarıda qeyd etdiyimiz mövzunun aktuallılığını daha da artırır. Çünki yeni metod əsasında yeni proqram təminatı yaratmaq və BATŞ – da statistikanın işlənməsində tətbiq etmək olar. Parametrik analiz dedikdə keyfiyyət göstəricilərinə şəbəkənin struktur parametrlərinin ( məs. kanalların) təsirin in tətbiq edilməsi nəzərdə tutulur. Tədqiqatın vəzifələri isə metodun digərlərindən üstünlüyünü araşdırmaq, alınan nəticələri real statistikanın işlənməsində istifadə ermək, nəhayət ən başlıcası telekommunikasiya şəbəkəsinə kapital qoyuluşunu azaltmaq, şəbəkənin fəaliyyətindən əldə edilən gəliri artırmaq, kanalyaradan avadanlığı düzgün seçmək, keyfiyyət göstəricilərini optimallaşdırmaqdır.
|