|
Mövzu 4.2 Sistem X, Sistem 12 və DMS tipli rəqəm
|
bet | 32/44 | Sana | 29.03.2021 | Hajmi | 0,51 Mb. | | #13628 | Turi | Mühazirə |
Mövzu 4.2 Sistem X, Sistem 12 və DMS tipli rəqəm
elektron EATS – ləri
Telefon rabitəsi bu gün demək olar ki, müasir telekommunikasiya sisteminin həyatda rolu böyükdür. Belə ki, insanların işləyib fəaliyyət göstərməsi ayr- ayrı özəl şirkətləri idarə, müəssisə və dövlət əhəmçiyyətli idarələr günün tələbinə uyğun olaraq gündəlik telefon rabitəsindən istifadə edirlər. Eləcə də Respublikamızın digər zonalarında bölgələrin mərkəzlə əlaqə yaratmaq üçün telefon rabitəsindən geniş istifadə edilir. Telefon rabitəsi son 10 ildə çox sürətlə inkişaf edilir.
Azərbaycan Rabitə şəbəkəsində yeni elektron ATS –ləri istismara buraxılırdı. Bu yeni elektron ATS-lərində “Sistem X”, “DMS”, “Sistem12” tipli ATS –lərdir. Bu tip elektron ATS-in köməyi ilə insanlar insanlar bir-biri ilə ünsiyyət saxlaya bilirlər. Eyni zamanda rabitənin aşağıdakı növləri ilə əlaqə saxlayırlar:
Şəhər telefon şəbəkəsi
Şəhərlərarası telefon şəbəkəsi
Yerli telefon şəbəkəsi
Beynəlxalq telefon şəbəkəsi
İnternet şəbəkəsi və yeni texnologiya üzrə multimediya rabitəsi mümkündür. Multimedia rabitəsi müasir texnologiya rabitəsidir. Multimediya rabitəsi işçilər və işlədicilər arasında aşağıdakı standartlaşdırılmış rabitə növlərindən istifadə etməyə imkan verir.
Faksmil rabitə
Telefon
Sənədlərin ötürülməsi
Video-telefon
Video – konfras
Qəza xidmətləri ilə əlaqə
Verilənlər bazasına giriş
Geniş zolaqlı vidio yayım və s. rabitə növlərindən istifadə olunur.
İnternet şəbəkəsi dedikdə telefon rabitəsinin bir qolu başa düşülür. Müasir dövrdə dinamik və güclü inkişaf edən telekommunikasiya sistemləri arasında beynəlxalq şəbəkə xüsusi yer tutur. Bu o deməkdir ki, qısa bir müddət ərzində beynəlxalq informasiya, telekommunikasiya infrastrukturunda geniş sıçrayış əldə edir və yeni xidmətlərini yerinə yetirmə imkanları varadır.
Elektrik poçt rabitəsi
Yeniliklər konfars xidmətləri
Fayllara giriş
Məsafədən verilənlərin emalı
Rabitə növlərindən əsas xidmət sahələri yuxarıda qeyd etdiyimiz xidmət sahələridir ki, rabitə idarə olunması üçün bu rabitəni küllü miqdarda texniki işçilər, idarə və təşkilat, idarə və müəssisənin baş mütəxəsisləri, sahə rəisləri və digər rabitə işçiləri xidmətinə nəzarət edir və telefon rabitəsi durmadan işləyə bilsin, yaranan zədələmələr aradan qaldırılsın, əhalinin normal yaşaması üçün şərait yaratsın.
|
| |