Ölçmələr haqqında ümumi məlumat və əsas anlayişlar




Download 153 Kb.
bet3/9
Sana25.03.2017
Hajmi153 Kb.
#2557
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9
Ölçmələr haqqında ümumi məlumat və əsas anlayişlar

Ölçmə hər hansı kəmiyyətin, şərti olaraq, vahid qəbul edilmiş eyni cinsli diqər kəmiyyətlə müqayisəsi prosesinə deyilir. Ölçü vahidi qəbul edilmiş və dəqiq hazırlanmış nümunə kəmiyyəti ölçü adlanır.Ölçülən kəmiyyəti ölçü vahidi ilə müqayisə etməyə imkan verən quruluşlara ölçü cihazları deyilir. Hər bir ölçmədə tamamilə müəyyən ölçü vahidləri sistemindən və müvafiq ölçü qurğularından istifadə edilməlidir. Elektrik və maqnit vahidləri sistemi dörd əsas vahidlərə (m, kq, san, A) əsaslanır. Bu və ya digər elektrik kəmiyyətini ölçən quruluşlar elektrik ölçü cihazları adlanır.

Müasir zamanda bütün ölçü növləri və vasitələrindən ən geniş inkişaf ediləni elektrik ölçü üsullarıdır. Bunlar yüksək dəqiqliyi, sadəliyi və etibarlılığı ilə fərqlənir. Odur ki, elektrik ölçü cihazlarının mexanizmləri bir çox qeyri- elektrik kəmiyyətləri ölçmədə istifadə edilməklə, son zamanlar müxtəlif istehsal proseslərinin avtomatlaşdırılması və nəzarət işlərində daha geniş tətbiq olunur.

Elektrik ölçü cihazları bilavasitə qiymətləndirən cihazlara və müqayisə cihazlarına bölünür.Qiymətləndirən cihazlar , bu və ya digər ölçülən kəmiyyəti bilavasitə cihazın şka­lası üzrə hesablanmağa imkan verən cihazlara deyilir (ampermetr,voltmetr,hersmetr və s).

Müqayisə elektrik ölçü cihazlarında ölçmə, ölçülən kəmiyyətlərin verilən kəmiyyət ölçüsü ilə müqayisə yolu ilə icra edilir (körpülər,kompensasiya öğlçü quruluşları).

Elektrik ölçüləri texnikasında bilavasitə göstərən cihazlar daha geniş yayılmışdır. Bu ölçü üsulu nisbətən sadə olub, tez ölçü aparmağa imkan verməklə kifayət qədər dəqiq (0,05-2%) nəticələr verir. Müqayisə üsulu nümunəvi ölçülər və dəqiq cihazlar tələb etməklə, ölçü aparmağa kifayyət qədər çox vaxt sərf olunması və nisbətən mürəkkəb və baha cihazların tətbiqi ilə əlaqədardır.



Download 153 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 153 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ölçmələr haqqında ümumi məlumat və əsas anlayişlar

Download 153 Kb.