Neyman arxtekturalı kompüter istifadə olunan qurğuların təyinatına və yerləşdirilməsinə görə fərqləndirilən iki hissədən ibarətdir şəkil




Download 131.27 Kb.
Sana16.04.2024
Hajmi131.27 Kb.
#197375
Bog'liq
periferiya imtahan cavablari-


Neyman arxtekturalı kompüter istifadə olunan qurğuların təyinatına və yerləşdirilməsinə görə fərqləndirilən iki hissədən ibarətdir (şəkil 1.1.1). Kompüterin mərkəz adlanan hissəsində hesab-məntiq qurğusu (HMQ), idarəetmə qurğusu (İQ), daxili yaddaş qurğusu (DYQ) yerləşdirilir. Adətən mərkəzi hissədə yerləşdirilən hesab-məntiq və idarəetmə təyinatlı hissələr bir qurğu kimi quraşdırılır və bu qurğu kompüterin prosessoru adlanır. Arxitekturada istifadə olunan digər qurğular kompüterin periferiya qurğuları, periferiya qurğuları yerləşən hissə isə kompüter üçün periferiya və yaxud xarici hissə adlanır. Xarici hissədə yerləşdirilən qurğulara nümunə kimi xarici yaddaş qurğusunu (XYQ), giriş-çıxış qurğularını (DXQ), kompüterin idarə pultunu (İP) aid etmək olar.

Kompüterin mərkəzi və periferiya hissəsinin əlaqələndirilməsi üçün müxtəlif üsullardan istifadə olunur. Ən əlverişlisi açıq arxitektura üsulu hesab olunur. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, periferiya qurğuların sayını və tərkibini istifadəçinin 9 tələblərinə uyğun quraşdırmaq mümkün olur. Qeyd edək ki, I və II nəsil kompüterlərdə mərkəzi və periferiya hissələr dəyişdirilə bilinməyən sxemlərlə əlaqələndirilirdi ki, bu də istifadəçinin tələblərinə uyğun kompüterin yığılmasında məhdudiyyətlər yaradırdı. Belə ki, XYQ-nin və DXQ-nin imkanlarının genişləndirilməsi, İP əlavə olunması və s. imkanları olmurdu. Kompüterin xarici hissəsində istifadə olunan XYQ böyük həcmli informasiyanı yadda saxlamaq üçündür. Onun tutumuna praktik olaraq məhdudiyyət qoyulmir. Lakin nəzərə alınmalıdır ki, yaddaşın tutumu nə qədər böyük olarsa orada informasiyanı axtarış müddəti də bir o qədər çox vaxt tələb edər və kompüterin səmərəliyi azalar. Qeyd edək ki, DYQ-də informasiyanı axtarış müddəti və mübadilə sürəti XYQ-də olduğundan yüksəkdir, bu da DYQ-nin yaddaş tutumunun az olması ilə əlaqədardır. XYQ-də yaddaş daşyıcısı üçün qida mənbəyi tələb olunmur. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur. Belə daşıyıcılara nümunə kimi maqnit diskini, maqnit lentini, optik diski, fləşi və s. göstərmək olar. İşləmə prinsipinə görə birbaşa və ardıcıl müraciətli xarici yaddaş daşıyıcıları fərqləndirilir. Məsələn, maqnit və optik disklər birbaşa müraciətli daşıyıcılardır. Maqnit lenti isə ardıcıl müraciətlidir. Adətən, ardıcıl müraciətli XYQ-dan informasiyanı ehtiyat üçün saxlama məqsədi ilə istifadə olunur. Müasir kompüterlərdə əsasən birbaşa müraciətli yaddaş daşıyıcısından istifadə olunur. Birbaşa müraciətli XYQ ardıcıl müraciətliyə nisbətən daha böyük sürətlidir. Kompüterə informasiyanı daxil etmək və oradan çıxarmaq üçün periferik hissəyə aid olan DXQ-lərdən istifadə olunur. Bu qurğular həm də istifadəçi ilə kompüter arasında ünsiyyəti təmin edir. DXQ kimi istifadə edilən kompüter avadanlıqlarına klaviaturanı, monitoru, printeri, plotteri, skaneri, maus tipli monipulyatoru, audio-video vasitələri və digər qurğuları nümunə kimi göstərmək olar. İdarə pultu istifadəçi tərəfindən müxtəlif təyinatlı sistem əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunan qurğudur. Əksər hallarda konstruktiv olaraq prosessorla birlikdə quraşdırılır və kompüterə texniki xidmət göstərildikdə istifadə olunur. İdarə pultunun bir çox funksiyaları klaviaturada yerləşdirilən funksional düymələr vasitəsi ilə icra olunur.
Şəbəkələrin periferiya qurğuları Kompüter şəbəkələri müxtəlif şəbəkə topoloqiyalarından istifadə edilməklə qurulur. Hər bir şəbəkənin özünə məxsus topologiyası olur. Şəbəkə topologiyaları istifadə olunan qurğuların əlaqələndirilməsi və informasiyanın mübadiləsi üsullarına görə fərqlənirlər. Şəbəkədə istifadə olunan kompüter və avadanlıqlar müxtəlif növ birləşdirici vasitələrdən, o cümlədən naqil və kabellərdən istifadə ilə əlaqələndirilir, bir sıra uzlaşdırıcı qurğulardan istifadə olunur. Məlumatların telekommunikasiya, internet şəbəkələrində yerləşdirilməsi, uzaq məsafələrə ötürülməsi üçün şəbəkə periferiya avadanlıqlarından istifadə olunur. Şəbəkə avadanlıqları aktiv və passiv olmaqla iki yerə ayrılırlar. Aktiv şəbəkə avadanlıqları siqnal axınının qəbulu, ötürülməsi, paylanması funksiyalarını yerinə yetirir.Aktiv şəbəkə avadanlqlarına aşağıdakilar daxildir:
İnformasiya daşıyıcısı üzərində mövcud olan məlumatların oxunması mümkün olan istənilən obyekt ola bilər. Bunlara daş, ağac, kağız (perfolent, perfokart), metal, plastik, maqnit təbəqəyə malik lent, foto material, xüsusi xüsusiyyətlərə malik plastik (məsələn, optik disklər) və s. aid edilə bilər.

Download 131.27 Kb.




Download 131.27 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Neyman arxtekturalı kompüter istifadə olunan qurğuların təyinatına və yerləşdirilməsinə görə fərqləndirilən iki hissədən ibarətdir şəkil

Download 131.27 Kb.