• 1-ci Fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 1. Əsas anlayışlar
  • Maddə 2. Ödəniş xidməti təchizatçıları
  • 2-ci Fəsil Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyalaşdırılması, vəsaitlərin təhlükəsizliyinin təmin olunması Maddə 4. Lisenziyanın verilməsi
  • Maddə 5. Ödəniş təşkilatının və elektron pul təşkilatının rəhbərlərinə qarşı tələblər
  • Maddə 6. Ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması
  • Maddə 7. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına lisenziyanın verilməsi
  • Maddə 9. İ darə reyestri
  • Maddə 10. Mühüm iştirak payı
  • Ödəniş xidmətləri haqqında




    Download 226.46 Kb.
    bet1/3
    Sana25.03.2017
    Hajmi226.46 Kb.
      1   2   3

    Ödəniş xidmətləri haqqında”

    Azərbaycan Respublikasının Qanunu

    Bu Qanun Azərbaycan Respublikasında ödəniş xidmətləri sahəsində hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-13-cü və 27-ci bəndlərinə uyğun olaraq hazırlanmış və ödəniş xidmətlərini, bu xidmətlər üzrə hüquq və vəzifələri, ödəniş təşkilatları və elektron pul təşkilatlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını, habelə ödəniş xidməti təchizatçıları üzərində dövlət tənzimlənməsi və nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir.



    1-ci Fəsil

    ÜMUMİ MÜDDƏALAR
    Maddə 1. Əsas anlayışlar

      1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

        1. ödəniş xidməti ödəniş xidməti təchizatçısı tərəfindən bu Qanunla müəyyən edilmiş fəaliyyət növünün həyata keçirilməsi;

        2. ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinə ödəniş xidmətlərini göstərən hüquqi şəxs;

        3. ödəniş təşkilatı ödəniş xidməti təchizatçılarından biri olaraq bu Qanunla müəyyən olunmuş qaydada aldığı xüsusi razılıq (lisenziya) əsasında ödəniş xidmətlərini məcmu halda və ya ayrı-ayrılıqda həyata keçirən hüquqi şəxs;

        4. ödəniş xidməti istifadəçisi ödəyici və (və ya) vəsait alan qismində çıxış edərək ödəniş xidmətlərindən istifadə edən şəxs;

        5. ödəniş əməliyyatı ödəyici və vəsait alan arasında öhdəliyin mövcud olmasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi;

        6. ödəniş hesabı bir və ya bir neçə ödəniş xidməti istifadəçisinin ödəniş əməliyyatlarının aparılması üçün istifadə olunan hesab;

        7. ödəyici ödəniş hesabı vasitəsilə və ya ödəniş hesabı olmadan ödəniş əməliyyatının həyata keçirilməsi məqsədi ilə ödəniş xidməti təchizatçısına ödəniş sərəncamını verən şəxs;

        8. vəsait alan ödəniş əməliyyatı üzrə vəsaiti alan şəxs:

        9. ödəniş agenti ödəniş təşkilatı ilə bağlanmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən şəxs;

        10. ödəniş sistemi ödəniş əməliyyatlarının emalı, klirinqi və ya hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik olan vəsaitlərin köçürülməsi sistemi;

        11. öz vəsaiti – ödəniş təşkilatının və elektron pul təşkilatının davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə bu Qanuna müvafiq surətdə müəyyən olunmuş kapital;

        12. mühüm iştirak payı – ödəniş təşkilatının və ya elektron pul təşkilatının nizamnamə kapitalının iyirmi və ya daha çox faizini təşkil edən və ya bu təşkilatların idarəetmə qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən pay;

        13. ödəniş aləti ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədi ilə istifadə olunan və ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və ya prosedurlar toplusu;

        14. ödəniş sərəncamı ödəniş əməliyyatının icrası üçün ödəyici və ya vəsait alan tərəfindən ödəniş xidməti təchizatçısına verilən tapşırıq;

        15. birbaşa debetləşmə ödəyicinin vəsait alana və ödəniş xidməti təchizatçısına əvvəlcədən verdiyi razılığa əsasən vəsait alanın ödəniş sərəncamı əsasında ödəyicinin ödəniş hesabının debetləşdirilməsi üzrə istifadə olunan ödəniş aləti;

        16. əməliyyat günü – iş günü ərzində ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş sərəncamının qəbulu və ödəniş əməliyyatlarının icrası üçün müəyyən olunmuş müddət;

        17. dövri ödəniş – vəsait alanın xeyrinə fiksə olunmuş məbləğdə mütəmadi qaydada həyata keçirilən ödəniş;

        18. unikal eyniləşdirici ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisinə verilən və ödəniş əməliyyatının həyata keçirilməsi zamanı digər ödəniş xidməti istifadəçisinin və (və ya) ödəniş hesabının eyniləşdirilməsi üçün istifadə edilən hərf, rəqəm və ya simvolların kombinasiyası;

        19. avtorizasiya ödəniş əməliyyatının həyata keçirilməsi üzrə ödəniş xidməti istifadəçisinin ödəniş xidməti təchizatçısına kağız və ya elektron formada verdiyi razılıq;

        20. bloklaşdırma – ödəniş aləti vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılması;

        21. dözümlü daşıyıcı – məlumatın məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişikliksiz əks etdirilməsi mümkün olan istənilən alət (daşıyıcı);

        22. ödəniş terminalı – ödəniş əməliyyatını nağd pulla və ya bank hesabı, o cümlədən ödəniş kartı vasitəsilə həyata keçirmək imkanı verən və ödəyicini ödəniş əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz olunmuş avadanlıq;

        23. pul köçürməsi ödəyici və (və ya) vəsait alanın adına ödəniş hesabı açılmadan nağd pulun vəsait alanın xeyrinə köçürülməsi əməliyyatı;

        24. elektron pul elektron formada saxlanılaraq qəbul edilən pul vəsaiti məbləğində emissiya edilən, emitentlə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş vasitəsi kimi qəbul edilən və ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən pul dəyəri;

        25. elektron pul təşkilatı bu Qanunla nəzərdə tutulmuş qaydada lisenziya alaraq elektron pulun emitenti kimi çıxış edən hüquqi şəxs;

        26. elektron pul sahibi elektron pula sərəncam verən şəxs;

        27. elektron pulun emitenti qəbul edilmiş pul vəsaiti dəyərində elektron pulun emissiyasını, elektron pul vasitəsilə ödəniş əməliyyatları üzrə ödənişləri aparan elektron pul təşkilatı və bu Qanunla müəyyən edilmiş digər hüquqi şəxs;

        28. xarici ödəniş təşkilatının yerli filialı xarici dövlətdə yaradılmış ödəniş təşkilatının adından çıxış edərək bu Qanunla müəyyən edilmiş qaydada alınmış lisenziya əsasında Azərbaycan Respublikası ərazisində ödəniş xidmətlərini məcmu halda və ya ayrı-ayrılıqda həyata keçirən şəxs;

        29. xarici elektron pul təşkilatının yerli filialı xarici dövlətdə yaradılmış elektron pul təşkilatının adından çıxış edərək bu Qanunla müəyyən edilmiş qaydada alınmış lisenziya əsasında Azərbaycan Respublikası ərazisində elektron pulun emissiyasını həyata keçirən şəxs.

      2. Aşağıdakı hallarda bu Qanunla müəyyənləşdirilmiş ödəniş təşkilatı və elektron pul təşkilatı anlayışları müvafiq olaraq xarici ödəniş təşkilatının yerli filialını və xarici elektron pul təşkilatının yerli filialını da əhatə edir:

        1. bu Qanunda xüsusi olaraq fərqləndirilmədikdə;

        2. yalnız ödəniş təşkilatı və ya elektron pul təşkilatına münasibətdə tətbiq edilə bilən məzmun ifadə olunmadıqda.


    Maddə 2. Ödəniş xidməti təchizatçıları

      1. Ödəniş xidməti təchizatçıları aşağıdakı təşkilatlardır:

        1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank);

        2. bank lisenziyasına malik banklar və xarici bankların yerli filialları;

        3. poçt-maliyyə xidmətləri göstərən hüquqi şəxslər;

        4. ödəniş təşkilatları və xarici ödəniş təşkilatlarının yerli filialı;

        5. elektron pul təşkilatları və xarici elektron pul təşkilatlarının yerli filialı;

        6. qanunvericiliyə uyğun olaraq ödəniş xidməti göstərən dövlət orqanları.

      2. Bu Qanunun müddəaları yalnız bu Qanunun 2.1.12.1.5-ci maddələrində göstərilmiş ödəniş xidməti təchizatçılarına şamil olunur.


    Maddə 3. Ödəniş xidmətləri

      1. Ödəniş xidmətlərinə aşağıdakı fəaliyyət növləri aiddir:

        1. pul vəsaitlərinin ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə xidmətlər, habelə həmin ödəniş hesabının aparılması üzrə əməliyyatlar;

        2. ödəniş tapşırığı, birbaşa debetləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

        3. ödəniş xidmətlərinin istifadəçisi üçün ayrılmış kredit xətti ilə maliyyələşdirilən ödəniş əməliyyatlarının ödəniş tapşırığı və birbaşa debetləşmə ödəniş alətləri vasitəsilə icrası;

        4. ödəniş alətlərinin emissiyası və (və ya) ekvayrinqi;

        5. pul köçürmələri;

        6. ödəniş xidməti istifadəçisinin digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının qəbulu, məlumatların emalı və ötürülməsi.

      2. Ödəniş xidmətlərinin göstərilməsində istifadə olunan ödəniş sərəncamlarının forma və məzmunu, etibarlılıq müddəti və təqdim edilmə qaydaları, ödəniş əməliyyatlarının aparılmasını təsdiqləyən sənədlərə dair tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.



    2-ci Fəsil

    Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziyalaşdırılması, vəsaitlərin təhlükəsizliyinin təmin olunması
    Maddə 4. Lisenziyanın verilməsi

      1. Ödəniş təşkilatı ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti Mərkəzi Bankdan aldığı ümumi və ya xüsusi lisenziya, elektron pul təşkilatı elektron pulun emissiyası üzrə fəaliyyəti isə lisenziya əsasında həyata keçirə bilər.

      2. Ödəniş təşkilatına və elektron pul təşkilatına lisenziyanın verilməsi şərtləri aşağıdakılardır:

        1. təşkilatın nizamnamə kapitalı lisenziyanın alınması üçün ərizənin daxil olduğu tarixə bu Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamalıdır;

        2. təşkilatın mühüm iştirak payının sahibləri bu Qanunun 10.4-cü maddəsində müəyyən edilmiş tələblərə cavab verməlidir;

        3. təşkilatın icra orqanının rəhbəri və (və ya) təyin olunduqda, ödəniş xidmətlərinin idarə edilməsinə bilavasitə rəhbərlik edən şəxs (şəxslər) bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş tələblərə cavab verməlidir;

        4. təşkilatın ilk üç il üçün biznes-planı və biznes-planda əks olunan maliyyə proqnozları ödəniş təşkilatının təhlükəsiz və effektiv fəaliyyəti baxımından Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır;

        5. təşkilatın daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, təşkilati və idarəetmə strukturu, mühasibatlıq prosedurları, habelə informasiya sistemi və təhlükəsizlik tədbirləri Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

      3. Ümumi lisenziya almaq üçün müraciət etmiş ödəniş təşkilatı ödəniş xidmətlərinin bütün növlərinin ödəniş xidməti istifadəçilərinə təhlükəsiz göstərilməsini təmin etmədikdə ona bu Qanunla nəzərdə tutulmuş ayrı-ayrı ödəniş xidmətlərinin göstərilməsinə xüsusi lisenziya verilir.

      4. Mərkəzi Bank lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərə ən geci doxsan gün müddətində baxır və müvafiq qərar qəbul edir.

      5. Mərkəzi Bank on beş gün müddətində ərizənin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır.

      6. Lisenziyanın verilməsinin digər qaydaları, o cümlədən lisenziyanın yenidən rəsmiləşdirilməsi, dublikatının verilməsi, habelə lisenziya verilməsindən imtinanın əsasları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

      7. Ödəniş təşkilatının və elektron pul təşkilatının lisenziya şərtlərinə uyğunluğu təşkilatın Mərkəzi Banka təqdim etdiyi nizamnaməsi və icra orqanının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş məlumatlar əsasında müəyyən edilir.

      8. Mərkəzi Bank hər hansı şəxsin bu Qanunla müəyyən edilmiş qaydada lisenziya almadan ödəniş xidmətlərini göstərməsini və ya elektron pulun emissiyası üzrə fəaliyyət göstərdiyini müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.


    Maddə 5. Ödəniş təşkilatının və elektron pul təşkilatının rəhbərlərinə qarşı tələblər

      1. Ödəniş təşkilatının və elektron pul təşkilatının icra orqanının rəhbəri və ya təyin olunduqda bu təşkilatların ödəniş xidmətlərinin idarəedilməsinə bilavasitə rəhbərlik edən şəxs (şəxslər) aşağıdakı tələblərə cavab verməlidir:

        1. ali təhsilin olması;

        2. ödəniş xidmətlərinin göstərilməsi üzrə ən azı iki illik peşəkar təcrübənin olması;

        3. qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması.

      2. Maliyyə vəziyyətinin pisləşməsi və ya lisenziya şərtlərinin pozulması ilə əlaqədar ödəniş təşkilatının və ya elektron pul təşkilatının lisenziyası ləğv edildiyi tarixdən əvvəlki bir il ərzində təşkilatın icra orqanının rəhbəri və ya ödəniş xidmətlərinin idarəedilməsinə bilavasitə rəhbərlik edən şəxslər üç il ərzində başqa ödəniş təşkilatının və ya elektron pul təşkilatının ödəniş xidmətlərinin idarəedilməsinə rəhbərlik edə bilməzlər.

      3. Mərkəzi Bank ödəniş təşkilatının və elektron pul təşkilatının icra orqanının rəhbəri və (və ya) ödəniş xidmətlərinin idarə edilməsinə bilavasitə rəhbərlik edən şəxsin (şəxslərin) maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və məhkumluğunun olub-olmaması haqqında maliyyə, vergi və digər hüquq-mühafizə orqanlarından məlumat almaq hüququna malikdir. Bu məqsədlə müvafiq dövlət orqanları Mərkəzi Banka onun sorğu etdiyi məlumatı verir.


    Maddə 6. Ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması

      1. Ödəniş təşkilatı və elektron pul təşkilatı Azərbaycan Respublikası ərazisində və ya xarici ölkədə filial və nümayəndəlik açmazdan beş iş günü əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir. Məlumat müvafiq olaraq ödəniş təşkilatı və elektron pul təşkilatının icra orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Məlumatda aşağıdakılar əks olunur:

        1. filial və ya nümayəndəliyin ünvanı;

        2. filialın həyata keçirəcəyi fəaliyyət növləri.

      2. Xarici ölkədə filial və ya nümayəndəliyini açan ödəniş təşkilatı və elektron pul təşkilatı onların yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı məlumat təqdim etməlidir.


    Maddə 7. Xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialına lisenziyanın verilməsi

      1. Xarici ödəniş təşkilatı və xarici elektron pul təşkilatı Azərbaycan Respublikasının ərazisində filial (bundan sonra yerli filial) açmaq üçün Mərkəzi Bankdan lisenziya almalıdır.

      2. Yerli filialın açılması üçün lisenziyanın verilməsi şərtləri aşağıdakılardır:

    7.2.1. müvafiq olaraq xarici ödəniş və elektron pul təşkilatı yerləşdiyi ölkədə bir ildən az olmayaraq ödəniş xidmətləri və ya elektron pulun emissiyası üzrə fəaliyyət göstərməlidir;

    7.2.2. müvafiq olaraq xarici ödəniş və elektron pul təşkilatının son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və son rübü əhatə edən balans, mənfəət və zərər haqqında hesabatla təsdiq olunmuş maliyyə vəziyyəti və yerli filialın fəaliyyəti üzərində nəzarət qaydaları yerli filialın təhlükəsiz və effektiv fəaliyyəti baxımından Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır;

    7.2.3. yerli filialın nizamnamə kapitalına bərabər tutulmuş vəsaiti Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş minimum məbləğdən az olmamalıdır;

    7.2.4. yerli filial bu Qanunun 4.2.24.2.5-ci maddələrində müəyyən edilmiş tələblərə cavab verməlidir;

    7.2.5. yerli filialın həyata keçirəcəyi ödəniş xidmətləri müvafiq olaraq xarici ödəniş və elektron pul təşkilatının həyata keçirdiyi ödəniş xidmətləri ilə məhdudlaşmalıdır.

    7.3. Yerli filialın lisenziya şərtlərinə uyğunluğu Mərkəzi Banka təqdim olunan filialın əsasnaməsi, xarici ödəniş təşkilatı və ya xarici elektron pul təşkilatının lisenziyası və ya hüquqi statusunu müəyyən edən digər sənədlər, habelə yerli filialın və ya təşkilatın rəhbəri tərəfindən təsdiq olunmuş yazılı məlumatlar əsasında müəyyən edilir.

    7.4. Yerli filialın açılması üçün lisenziyanın verilməsi ilə bağlı digər məsələlər bu Qanunun 4.34.6-ci maddələri ilə tənzimlənir.
    Maddə 8. Lisenziyanın fəaliyyətinin dayandırılması və ləğvi

    8.1. Mərkəzi Bank bu Qanuna müvafiq olaraq verdiyi lisenziyanın fəaliyyətini aşağıdakı bir və ya bir neçə əsaslar olduqda dayandırır:

    8.1.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan əsaslar olduqda;

    8.1.2. təşkilatın nizamnamə kapitalının məbləği Mərkəzi Bankın müəyyən etdiyi nizamnamə kapitalının (nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin) minimum miqdarından, habelə öz vəsaitlərinin məbləği Mərkəzi Bankın müəyyən etdiyi öz vəsaitlərinin minimum miqdarından az olduqda.



      1. Ödəniş təşkilatına və elektron pul təşkilatına verilmiş lisenziya Mərkəzi Bank tərəfindən aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:

        1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan əsaslar olduqda;

        2. lisenziyanın qüvvəyə mindiyi gündən on iki ay müddətində ödəniş təşkilatı və ya elektron pul təşkilatı fəaliyyətə başlamadıqda;

        3. təşkilat lisenziyada nəzərdə tutulmayan ödəniş xidmətləri həyata keçirdikdə;

        4. ardıcıl olaraq sonuncu iki hesabat tarixinə Mərkəzi Banka hesabat təqdim edilmədikdə;

        5. təşkilat lisenziyanın dayandırılmasına səbəb olan halları Mərkəzi Bankın müəyyən etdiyi müddətdə aradan qaldırmadıqda;

        6. təşkilat “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini il ərzində üç dəfədən artıq pozduqda.

      1. Yerli filiala verilmiş lisenziya Mərkəzi Bank tərəfindən aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:

        1. bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda;

        2. xarici ölkənin səlahiyyətli orqanı tərəfindən yerli filialın fəaliyyət göstərməsi qadağan edildikdə;

        3. xarici ödəniş təşkilatı və xarici elektron pul təşkilatının müvafiq olaraq ödəniş xidmətlərinin göstərilməsi və ya elektron pulun emissiyası fəaliyyəti üzrə lisenziyası ləğv olunduqda.

      2. Elektron pul təşkilatına və xarici elektron pul təşkilatının yerli filialına verilmiş lisenziya elektron pulun emissiyası üzrə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş limitlər pozulduqda da ləğv edilir.

      3. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə qəbul olunur.

      4. Mərkəzi Bank lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi gündən etibarən beş iş günü müddətində dövlət qeydiyyatı orqanına ləğvetmə haqqında bildiriş göndərir və kütləvi informasiya vasitələrində rəsmi məlumat dərc etdirir.

      5. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Şikayətin verilməsi şikayət üzrə qəbul olunmuş qərar qüvvəyə minənədək Mərkəzi Bankın müvafiq qərarının icrasını dayandırmır.


    Maddə 9. İdarə reyestri

    9.1. Mərkəzi Bank Azərbaycan Respublikasında fəaliyyət göstərən ödəniş təşkilatlarının, onların filial və nümayəndəliklərinin, ödəniş agentlərinin, habelə elektron pul təşkilatlarının, onların filial və nümayəndəliklərinin ictimaiyyət üçün açıq olan və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan məlumatları əks etdirən idarə reyestrini tərtib edir.

    9.2. Ödəniş təşkilatı və elektron pul təşkilatının filial və nümayəndəlikləri, həmçinin ödəniş agentləri ilə bağlı idarə reyestrində aşağıdakı məlumatlar əks olunur:

    9.2.1. ödəniş agentlərinin, filialların və nümayəndəliklərin ünvanları;

    9.2.2. ödəniş agentlərinin və filialların həyata keçirdiyi fəaliyyət növləri.

    9.3. İdarə reyestrinə daxil edilən məlumatlarda hər hansı dəyişiklik olduqda, ödəniş təşkilatı və elektron pul təşkilatı belə dəyişikliklər olduqdan sonra yeddi iş günü ərzində bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir. Mərkəzi Bank bu məlumat əsasında idarə reyestrində müvafiq qeydlər aparır.



    Maddə 10. Mühüm iştirak payı

      1. Ödəniş təşkilatının və elektron pul təşkilatının mühüm iştirak payının hər bir sahibi bu Qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Mühüm iştirak payının sahibləri mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə iştirak payını artıraraq nizamnamə kapitalının əlli faizi və ya yetmiş beş faizinə çatmasına, bu miqdarı keçməsinə, yaxud ödəniş təşkilatının və ya elektron pul təşkilatının həmin şəxsin törəmə cəmiyyətinə çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilərlər.

      2. Bu Qanunun 10.1-ci maddəsində göstərilən payın əldə edilməsindən əvvəl ödəniş təşkilatı və elektron pul təşkilatı icazə almaq üçün Mərkəzi Banka müraciət etməlidir. Müraciətdə mühüm iştirak payının ödənilməsinin son müddəti göstərilir.

      3. İcazə alınması üçün müraciət edilməsi qaydası, icazənin verilməsi, yenidən rəsmiləşdirilməsi, dublikatının verilməsi, habelə icazə verilməsindən imtinanın əsasları“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

      4. İcazənin verilməsi şərtləri aşağıdakılardır:

        1. mühüm iştirak payının sahibi olan fiziki şəxs və hüquqi şəxsin icra orqanının rəhbəri (üzvləri) bu Qanunun 5.1.3-cü maddəsində müəyyən edilmiş tələbə cavab verməlidir;

        2. mühüm iştirak payını əldə edəcək hüquqi şəxsin son maliyyə ili üzrə maliyyə vəziyyəti Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

      5. Mühüm iştirak payı sahibinin icazə şərtlərinə uyğunluğu Mərkəzi Banka təqdim olunan ödəniş təşkilatının və elektron pul təşkilatının icra orqanının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş məlumatlar, habelə auditor rəyi ilə birlikdə təqdim olunmuş maliyyə hesabatı əsasında müəyyən edilir.

      6. Mühüm iştirak payının ödənilməsi üçün bu Qanunun 10.2-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş son müddət başa çatdığı gündən beş iş günü ərzində ödəniş təşkilatı və ya elektron pul təşkilatı payın ödənilməsi barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.

      7. Mühüm iştirak payı ödənilməsi üçün müəyyən edilmiş son müddətədək ödənilmədikdə və ya tam ödənilmədikdə Mərkəzi Bank icazəni müvafiq olaraq tam və ya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir.

      8. Hər hansı bir şəxs mühüm iştirak payını qabaqcadan icazəsi olmadan və ya bu Qanunun 10.2-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə edərsə, Mərkəzi Bank həmin şəxsin ödəniş təşkilatındakı və ya elektron pul təşkilatındakı payının icazəsiz alınan hissəsinin özgəninkiləşdirilməsi, yaxud ödəniş təşkilatı və ya elektron pul təşkilatı tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir. Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ müvafiq olaraq ödəniş təşkilatı və ya elektron pul təşkilatının qərarlarının qəbul edilməsində nəzərə alınmır.

      1   2   3


    Download 226.46 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa


    Ödəniş xidmətləri haqqında

    Download 226.46 Kb.