Qəbələ Peşə məktəbi "Elektrotexnika " fənnindən test sualları Elektrotexnika fənnində nədən bəhs edilir?




Download 21,81 Kb.
Sana06.11.2020
Hajmi21,81 Kb.
#12319

Qəbələ Peşə məktəbi

"Elektrotexnika " fənnindən test sualları

1.Elektrotexnika fənnində nədən bəhs edilir?

a) İstehsalat mədəniyyətinin artırılmasında elektrik enerjisinin rolundan.

b) Elektrik yüklərinin yaratdığı fiziki, elektrik və maqnit hadisələrinin praktiki tətbiqindən.

c) Elektromaqnit hadisələrinin əhəmiyyətindən.

d) Elektrik enerjisinin tətbiqi sahələrindən.



2.Qısa qapanma baş verməsinə hansı bənd aid deyil?

a) İki nöqtə arasında müqavimət nominaldan dəfələrlə kiçikdirsə və praktik olaraq 0-a yaxınlaşırsa.

b) Cərəyan keçirən hissələrin zədələnməsi nəticəsində.

c) Qısa qapanma olan hissələrdə gərginliyin 0 olması ilə xarakterizə olunarsa.

d) Yerlə birləşmə olduqda.

3.Nominal rejim nədir?

a) Cərəyan , gərginlik və güclərin qiymətləri uyğun olduqda.

b) Gücü çox olduqda.

c) Gərginlik çox olduqda.

d) Müqavimət yüksək olduqda.
4.Yüksüz işləmə rejimi nə ilə izah olunur?

a) Elektrik dövrəsinin və ayrı-ayrı mənbə və işlədicilərin cərəyanı sıfırdırsa.

b) Elektrik dövrəsi normadan artıq yüklənibsə.

c) Mənbədə cərəyan ifrat cərəyan olarsa.

d) Müqavimət sıfıra bərabər olarsa.

5.Ardıcıl birləşmiş dövrəni hesablamaq üçün istifadə olunan metod.

a) Ayrı-ayrı müqavimətlərin gücü fərqlənməlidir.

b) Ardıcıl birləşmə cərəyanı yoxlanmalıdır.

c) Güclərin cəmi müxtəlif olmalıdır.

d) Ekvivalent müqavimətlər metodundan istifadə olunmalıdır.
6.Elektrik izolyasiya materiallarının xassələri.

a) İstiliyə davamlılıq, rütubətə davamlılıq, soyuğa davamlılıq.

b) Alçaq gərginliyə davamlılıq, rütubətə davamlılıq.

c) YAnmaya davamlılıq, istiliyə davamlılıq.

d) İstiliyə davamlılıq , mexaniki möhkəmlik, rütubətə davamlılıq.
7.Maqnit sahəsinin induksiyon qanununu kim kəşf etmişdir?

a) Kirxorov .Om

b) Faradey .Kirxorov

c) Faradey .Maksvelin

d) Coul .Paskal
8.Transformator nədir?

a) Güc avadanlığı.

b) Elektrotexniki qurğu.

c) Tənzimləyici.

d) Müqavimət ölçən.
9.Cərəyan hansı cihazla ölçülür?

a) Ampermetrlə.

b) Meqoometrlə.

c) Vatmetrlə.

d) Termometr.
10.Ölçü cihazlarının vəzifəsi.

a) Təzyiqi və surəti ölçmək.

b) Tempraturu və hündürlüyü ölçmək.

c) Cərəyanı və gərginliyi ölçmək.

d) Tezliyi və təzyiqi ölçmək.

11.Faydalı iş əmsalı nədir?

a) Tam işdi.

b) Görülən işdi.

c) Nominal işdi.

d) İtgilərdi.
12.Paylaşdırıcı qurğuların rolu.

a) Gərginliyi azaltmaq.

b) Gərginliyi işlədicilərə normal paylamaq.

c) Cərəyan şiddətini artırmaq.

d) Müqaviməti minimuma endirmək.

13.Sabit cərəyan dövrəsinin elementləri hansılardır?

a) Kondensator batareyası.

b) Ölçü cihazları.

c) Enerji mənbəyi, ölçü cihazları, komutatsiya aparatı.

d) İnduktiv sarğac.

14.Təsiredici qiymət necə adlanır?

a) Həqiqi

b) Effektiv.

c) Ani.


d) Amplitud.

15.Hansı xisusiyyətlərinə görə elektrik enerjisindən geniş istifadə edilir?

a) Başqa növ enerjiyə nəzərən iqtisadi cəhətdən istifadə olunduğuna görə.

b) Elektrotexniki qurğuların f.i.ə-nın böyük olmasına.

c) Başqa növ enerjiyə çevirə bilməsi, uzaq məsafəyə ötürülməsi, elektrik qurğularının sadəliyi, elektrik enerjisinin surətlə yayılması və.s

d) Elektrikləşmənin istehsal mədəniyyətinə müsbət təsirinə.

16.Təsiredici qiymətlə amplitud qiymət arasındakı əlaqə neçədir?

a) Təsiredici qiymət amplitud qiymətindən √2 dəfə kiçikdir

b) Təsiredici qiymət amplitud qiymətin yarısına bərabərdir.

c) Təsiredici qiymət amplitud qiymətin uç mislinə bərabərdir

d) Təsiredici qiymət amplitud qiymətlə ani qiymətin cəminə bərabərdir.

17.Elektrik dövrəsi nədir?

a) Birfazalı transformator.

b) Elektrik enerjisinin mənbədən işlədicilərə ötürülməsinə imkan verən qurğular.

c) Elektrik ölçü cihazları.

d) Dəyişən cərəyan generatoru.

18.Elektrik enerjisinin istehsalı, istifadəsi və ötürülməsi hansı dövrələrdə həyata keçirilir?

a) Qapalı elektrik dövrələrində.

b) Transformator qoşulmuş dövrələrdə.

c) Dəyişən cərəyan mühərriklərində.

d) Sabit cərəyan maşınlarında.

19.Dəyişən cərəyan mənbəyi nədir?

a) Avtotransformator.

b) Kondensator.

c) Mühərrik.

d) Generator.

20.Elektrik dövrəsi necə adlanır?

a) Elementlər toplusu.

b) Şəbəkə.

c) Qurğu.

d) Sxem.

21.Ən sadə elektrik dövrəsi nədən ibarətdir?

a) Elektrik maşınlarından.

b) Akkumlyatordan.

c) Birləşdirici naqillərdən.

d) Mənbədən, işlədicilərdən və birləşdirici naqillərdən.
22.Aktiv müqavimət nəyə deyilir?

a) Elektrik enerjisini surətlə yayan dövrə elementinə.

b) Elektrik enerjisini fiziki enerjiyə çevirən dövrə elementinə.

c) Elektrik enerjisini kimyəvi enerjiyə çevirən dövrə elementinə.

d) Elektrik enerjisini istilik enerjisinə çevirən dövrə elementinə.
23.Elektrik dövrələrinin elementlər necə adlanır?

a) Elektrik qurğuları birləşdirici naqillər aktiv.

b) Elektrik açarları aktiv, cihazlar passiv.

c) Birləşdirici naqillər aktiv, ölçü cihazları passiv.

d) Elektrik enerji mənbəyi aktiv, işlədicilər passiv.
24.Maqnit seli induktiv sarğılarda nə yaradır?

a) Elektrik sahəsi.

b) Gərginlik düşküsü.

c) Reaktiv güc yaradır.

d) Öz-özünə induksiya e.h.q-si.
25.Sabit cərəyan dövrəsi nəyə deyilir?

a) Zamandan asılı olmayaraq qiymətcə maksimum olana

b) Dövrədə olan elektrik cərəyanı zamandan asılı olmayaraq qiymət və istiqamətcə dəyişməz qalana.

c) Zamandan asılı olmayaraq qiymətcə əks fazada olana.

d) Zamandan asılı olaraq qiymətcə sabit istiqamətcə dəyişənə.
26.Üç fazalı sistemi almaq generatorun dolaqlarını və işlədicilərin fazalarını necə birləşdirmək olar?

a) Qısa qapanmış.

b) Paralel.

c) Ulduz və üçbucaq.

d) Qarışıq.
27.Dəyişən cərəyan dövrəsinin hesablanmasında hansı kəmiyyətdən istifadə olunur?

a) Tam gücdən.

b) Reaktiv gücdən.

c) Güc əmsalından.

d) Aktiv gücdən.

28.Generatorun dolaqları bir-birinə nəzərən neçə dərəcə bucaq altında yığılmışdır?

a) 2100

b) 1400

c) 1200

d) 1700
29. Gərginli rezenansı zamanı ümümi gərginlik nəyə bərabərdir?

a) Aktiv və induktiv gərginlik fərqinə.

b) Tutum müqavimətindəki gərginliyə.

c) İnduktiv müqavimətdəki gərginliyə.

d) Aktiv müqavimətdəki gərginliyə.
30.Üç fazalı sistemdə ulduz birləşmə nəyə deyilir?

a) Üç fazalı generatorun dolaqlarında birini şəbəkədən açdıqda alınan birləşməyə.

b) Generatorun dolaqları öz aralarında paralel birləşdikdə alınan birləşməyə.

c) Generatorun dolaqlarından birini neytral xətlə birləşdirdikdə alınan birləşməyə.

d) Generatorun faza dolağı başlanğıc nöqtədə birləşib sərbəst qalan uclarını isə xətt məftillərinə birləşdirdikdə alınan birləşməyə.
31.Xətt naqili nədir?

a) İsledicilərin baslaqngicini birləsdirən naqiller

b) İslədicilərin fazalarının sonunu birlesdirən naqillər

c) Genarator dolaqlarının sonlarını birləsdirən naqillər

d) Generator və islədicilərin fazalarının başlangıclarını birləşdirən naqillər

32.Güc nə vaxt müsbət olur?

a) Cərəyan və gərginlik əks fazalazda olduqda

b) Gərginlik və cərəyan istiqamətcə eyni olduqda

c) Gərginlik və cərəyan fazaca 450

d) Gərginlik və cərəyanın istiqamətləri eyni olduqda

33.Faza gərginliyi hansı hərflə işarə olunur?

a) Ur

b) Ut

c) Uf



d) Ul
34.Üç fazalı sistemdə xətt gərginliyi nəyə deyilir?

a) İki xətt naqili arasinda qalan gərginliyə

b) Mənbə ilə faza naqili arasında qalan gərginliyə

c) İki faza məftili arasında qalan gərginliyə

d) Mənbənin iki sıxacı arasında qalan gərginli
35.Xətt gərginliyi nəyə əsasən təyin olunur?

a) E.h.q-nin qiymətinə əsasən

b) Fazaya induksiyalanan e.h.q-nə əsasən

c) Məlum faza gərginliyinə əsasən

d) Məlum faza cərəyanına əsasən
36.Fazalarda cərəyanın istiqaməti necə olur?

a) Cərəyanın istiqaməti e.h.q-dən 900 fərqlənir

b) Cərəyanın istiqaməti e.h.q-nin əksinədir

c) Cərəyanın mənfi qiyməti e.h.q-nin 3/1 qədərdir

d) Cərəyanın istiqaməti e.h.q-nin istiqaməti ilə eynidir
37.Neytral xətdəki cərəyan nəyə bərabərdir?

a) Fazalardakı cərəyanın hasillərinin üç mislinə

b) Fazalardakı cərəyanın hasilinə

c) Fazalardakı cərəyanlarınfərqinə

d) Hər fazadakı cərəyanların həndəsi cəminə

38.Dəqiqədə 200 dəfə fırlanan rotoru olan generatorun tezliyi nə qədərdir?

a) 500Hs

b) 100Hs

c) 75Hs

d) 50Hs
39.Əgər elektrik cihazı yalnız ölçülən kəmiyyəti göstərirsə necə adlanır?

a) Öz-özünə yazan

b) İnteqrallayıcı

c) Göstərən

d) Qeyd edən
40.Elektrik ölçü cihazının oxuma və qeyd etməimkanlarından asılı olaraq necə qrupa ayrılır?

a) iki


b) bes

c) altı


d) dörd
41.Hansi ölçmə üsullarinin nəticəsi daha dəqiq olur?

a) cihazın iş rejimindən asılılığı

b) bilavasitə ölçmənin

c) cihazin ölçü həddinin asılıgı

d) hesablama yolu ilə ölçmənin
42.Ölcülən kəmiyyətin həqiqi qiymətinin ölçmədən alınan qiymətindən fərqli olmasının səbəbi nədir?

a) cihazın nisbi xətası

b) cihasın mütləq xətası

c) cihazın dəqiqlik sinifi

d) cihazın iş şəraiti
43.Maqnolelektrik sistemli cihazın iş prinsipi nəyə əsaslanır?

a) fırladıcı momente

b) naqildən keçen cərəyanın qiymətinə

c) cərəyanlı cərcivənin sahəsinə

d) sabit maqnit sahəsinin cərəyanlı naqilə təsrinə
44.Hansı transformator yüksüz isleme rejimindədir?

a) transformatorun I tərəf dolagı cərəyan mənbəyinə,II tərəf dolagı qısa qapandıqda

b) transformatorun I tərəf dolagı cərəyan mənbəyinə, II tərəfə yük qoşmaqla

c) trasformatorun I tərəf dolagı sabit cərəyan mənbəyinə qoşulan halda

d) transformatorun I tərəf dolagı cərəyan mənbəyinə qoşulmuş, II tərəf açıq olan halda
45.Transformatorun qısa qapanma rejimini göstər.

a) yalnız birinci tərəf dolagın qısa qapanması halda

b) yalnız II tərəf dolagına yük qoşuldugu halda

c) yalnız II tərəf dolagının qısa qapanması halda

d) trasformator I tərəf dolagı cərəyan mənbəyinə qoşulduqdaII tərəf dolagın qısa qapanması halında
46.Sabit cərəyan körpüsünden hansı kəmiyyəti cevirmək üçun istifadə olunur.

a) gərginliyi

b) tutumu

c) müqaviməti

d) induktivliyi
47.Güc transformatoru nə ilə soyudulur?

a) azotla

b) yağla

c) öz-özüne

d) su ilə
48.Avtotransformator neçe dolaqlıdır?

a) 6


b) 4

c) 1


d) 7
49.Transformatorun paralel qoşulmasinin əlamətləri

a) yüksüz işləmə zamanı II tərəf dolagında cərəyanın olmaması

b) II tərəf gərginliyinin bərabər olması

c) yüksüz işləmə zamanı II dolaqlarında cərəyanın olmaması və paralel işləyən transformator yükünün nominal gücə görə paylaması

d) I tərəf gərginliyinin bərabər olması

50.Avtotransformator necə fazalıdır?

a) birfazalı

b) bir və üç fazalı

c) bir və iki fazalı

d) üçfazalı
51.Ölçü transformatoru nə ücün lazımdı?

a) elektrik ölçü cihazının ölçü həddini artırmaq üçün

b) iqtisadi cəhətdən səmərəli olduguna ğörə

c) ölçü dəqiqliyini artırmaq üçün

d) elektrik ölçü çihazının ölçü hədlərini artırmaq və ölçü cihazlarını yüksek gərginlik dövrələrindən izolə etmık üçün
52.Tam güc vahidi hansıdır?

a) I kv-Ar

b) I V-Ar

c) I V-Ar

d) I Vt
53.Güc transformatorlarının govdesinde xüsusi lövhede gösterilen və X=3U2n/2n düsturu ile hesablanan kəmiyyət hansıdır?

a) nominal müqavimət

b) nominal reaktiv güc

c) nominal aktiv güc

d) nominal güc
54.Transformatorun yüksüz işləmə rejimində hansı parametrlər təyi olunur?

1.nominal güc,

2.transformatorun polada itgisi

3.nominal gerginlik

4.yüksuz işləmə cərəyanı

5.trnsform.əmisalı


a) 2.3.4 b) 1.4.5 c) 1.2.3 d) 2.4.5
55.Asinxron maşnın stator dolağı necedir?

a) 6


b) 1

c) 3


d) 4
56.Asinxron maşın nece hisselidir?

a) 6 c) 2


b) 4 d) 5

57.Hansı qurgulara asinxron maşın deyilir?

a) istiliyi mexaniki enerjiyə cevirən

b) firlanan maqnit sahəsi yaradan

c) fırlanan maqnit sahəsi ilə mexaniki enerjini qarşılıqlı çeviren dəyisən cərəyan maşını

d) maqnit enerjisini elektrik enerjisine cevirən qurğuya
58.Dəyisən cərəyan üçün istifadə olunan avadanlıqlar

a) drossel

b) müherrik

c) sinxron generator

d) transformator
59.Elektrik dövrelerinde elementler nece gösterilir?

a) birləşdirici naqillərin markası ilə

b) elektrik avadanlıqlarının zavod nömrəsi ilə

c) cihazların sistemi ilə

d) şərti işarələrlə
60.Voltmetrdən nə məqsədə istifadə olunur?

a) tezyiqi ölcmək üçün

b) gərginliyi ölçmək üçün

c) müqaviməti ölçmək üçün

d) qeyri-kəmiyyətləri ölçmək üçün

CAVABLAR
1.B 2.D 3.A 4.A 5.D 6.D 7.D 8.C 9.C 10.C


11.A 12.B 13.C 14.B 15.C 16.A 17.B 18.A 19.D 20.D
21.D 22.A 23.D 24.D 25.B 26.C 27.A 28.C 29.D 30.D
31.D 32.D 33.C 34.A 35.C 36.D 37.D 38.D 39.C 40.A
41.B 42.B 43.D 44.D 45.D 46.C 47.B 48.C 49.C 50.B
51.D 52.C 53.D 54.D 55.C 56.C 57.C 58.C 59.D 60.B

Download 21,81 Kb.




Download 21,81 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Qəbələ Peşə məktəbi "Elektrotexnika " fənnindən test sualları Elektrotexnika fənnində nədən bəhs edilir?

Download 21,81 Kb.