11
Dielektriklər
elektrik
avadanlığı,
qurğuları
və
məmulatlarında cərəyan keçirən hissələri təcrid etmək üçün
müxtəlif izolyasiya konstruksiyaları kimi istifadə olunur.
Elektrik xətləri və cihazlardan cərəyanın kənara axınının
qarşısını almaq, habelə istilik qurğularında istilik itkisinə yol
verməmək və s. məqsədlər üçün dielektriklərdən texnikada
geniş istifadə olunur.
Keçiricilər kifayət qədər yüksək xüsusi keçiriciliyə malik
olurlar. Bunlar avadanlıq, qurğular və məmulatların cərəyan
keçirən
hissələrinin
hazırlanmasında
istifadə
olunur.
Yarımkeçiricilər fotorezistor, varistor, termistor və sair kimi
avtomatika, elektronika və kompüter texnikasında geniş
istifadə olunur. Ümumiyyətlə, bütün maddələr onların elektrik
xüsusiyyətlərindən asılı olaraq naqillərə, dielektriklərə və
yarımkeçiricilərə bölünürlər. Naqillər, yarımkeçiricilər və
dielektriklərin arasındakı fərqi bərk cisimlərin zona
nəzəriyyəsinin energetik diaqramının köməyi ilə daha əyani
göstərmək olar. Şəkil 1.1-də dielektrik, yarımkeçirici və
naqillər arasındakı fərqin energetik diaqramları göstərilib.
a
) b) c)