Şəhərlərdə nəqliyyat sistemi




Download 23.46 Kb.
bet1/4
Sana21.10.2022
Hajmi23.46 Kb.
#27676
  1   2   3   4
Bog'liq
Şəhərlərdə nəqliyyat sistemi


Şəhərlərdə nəqliyyat sistemi


Şəhərdə nəqliyyat sisteminin əsasları

Şəhərin infrastrukturunda əsas məsələlərdən biri nəqliyyat sisteminin təşkil edilməsidir. Şəhərlərin inkişafı dinamik olduğundan nəqliyyat sistemi də şəhərin inkişaf səviyyəsinə uyğun olaraq genişləyir, inkişaf edir. Nəqliyyat sisteminin təşkili həm iqtisadi, həm də sosial cəhətdən şəhər həyatının davamlılığı üçün əsasdır. İqtisadi chətdən nəqliyyat sisteminin əsas olmasının səbəbi şəhər xaricindən və ya xaricinə əmtəə və xammalların daşınmasının təmin edilməsi, həmçinin şəhər daxilində də bu məhsulların yer dəyişmələrini məhsuldar şəkildə həyata keçirtməkdir. Sosial cəhətdən nəqliyyat sisteminin əsas olmasının səbəbi əhalinin təhlükəsizliyinin qorunması üçün ambulans, yanğın söndürmə, polis avtomobillərinin təşkili və davamlı hərəkətinin təmini, həmçinin şəhər daxilində, şəhər xaricinə və ya xaricindən əhalinin hərəkətinin rahat və etibarlı şəkildə təmin edilməsinin əhəmiyyətli olmasıdır.


Tarixə nəzər saldıqda nəqliyyat sistemini əsas 2 dövrə ayırmaq mümkündür. Birinci dövr sənayeləşmə dövrünə qədər olan insan, heyvan və külək gücündən istifadə olunduğu dövr, ikinci dövr isə buxar, elektrik və maşınlardan istifadə edildiyi sənayeləşmə dövründən sonrakı dövrdür. Nəqliyyatın tarixinin E.ə. 7000-ci illərdən başladığı düşünülür. Lakin ərazilər üzrə əhalinin çox əlaqədə olmadığı və səyahət etmədiyi dövrlərdə bu “nəqliyyat sistemi”ndən danışmaq mümkün deyil. Nəqliyyat üçün atılmış ən böyük addımlardan biri E.ə. 3000-ci illərdə təkərin ixtira edilməsi olmuşdur. E.ə. 2000-ci illərdə atların əhliləşdirilməsi ilə daha uzun ərazilərə daha çox yük və insanla səyahət etmək mümkün olmuşdur.
İkinci dövr kimi ifadə edilən sənaye dövründən sonra isə, xüsusilə XIX əsrdə texniki mənada gedən inkişaf nəqliyyat vasitələrində də öz təsirini göstərdi. Buxarla işləyən maşınların ixtira edilməsi, daha sonra benzinli mühərriklərin ixtirası avtomobil və digər yolüstü nəqliyyat vasitələrinin düzəldilməsini asanlaşdırdı. Benzinli mühərriklərdən sonra dizellə işləyən mühərriklərin ixtirası ictimai nəqliyyat vasitələrinin inkişafını, ilk elektrikli qatarın istifadəsi ilə isə metronun gündəmə gəlməsi ilə nəticələnmişdir.
Son 200-300 il əvvələdək şəhərdaxili səyahət olduqca qısa müddət ərzində gerçəkləşərkən, artıq şəhər ərazilərinin genişlənməsi ilə birlikdə nəqliyyat vasitələrinin növləri və gediş məsafəsi də artmışdır. Tarixi araşdırmalara əsasən, 1770-1840-cı illərdə əsas şəhərlər arası nəqliyyat vasitəsi gəmilər və at arabaları olmuşdur, şəhər daxilində isə nəqliyyat vasitəsindən istifadə edilmir, insanlar yeriyirdilər. 1830-1890-cı illərdə şəhərlər arası və şəhər daxilində əsas nəqliyyat vasitəsi buxarla işləyən qatarlar olmuşdur. 1880-1940-cı illərdə buxarla və elektriklə işləyən qatarlar şəhərlər arasında əsas nəqliyyat vasitəsi ikən, tramvaylar şəhər daxilində istifadə edilirdi. 1930-1990-cı illərdə isə şəhərlər arasında ən çox yük maşınları və təyyarələr istifadə olunmuş, şəhər daxilində isə şəxsi avtomobillərlə gediş-gəliş təmin edilmişdir.
Yuxarıdakı məlumatlara əsasən, tarix boyunca nəqliyyat vasitələrinin getdiyi məsafə və istifadə etdikləri enerji daimi olaraq artmış, və nəqliyyat sistemi daim mürəkkəbləşməyə doğru getmişdir.


Şəhər daxilində əsas istifadə edilən nəqliyyat vasitələri

Müasir dövrdə şəhər daxilində istifadə edilən nəqliyyat vasitələri mahiyyət etibarilə 2 əsas tipə bölünür.



  1. İqtisadi və xidməti nəqliyyat vasitələri

  2. Şəhər əhalisinin istifadə etdiyi nəqliyyat vasitələri

İqtisadi və xidməti nəqliyyat vasitələrinə yük avtomobilləri, polis, yanğın söndürmə avtomobilləri və ambulanslar daxildir. Bu nəqliyyat vasitələrinin işlənməsinin əsas məqsədi şəhərdəki təhlükəsizlik, iqtisadi sistem, həyat keyfiyyətindəki üstünlük və fövqalhadə vəziyyətlərə nəzarət edilməsi və qarşısınının alınmasıdır.


Şəhər əhalisinin istifadə etdiyi nəqliyyat vasitələri iki əsas qrupa bölünürlər. Bunlar şəxsi nəqliyyat vasitələri və ictimai nəqliyyat vasitələridir. Şəhərdə yaşayan əhalinin həyat keyfiyyətini artıran əsas amillərdən biri düzgün ictimai nəqliyyat sisteminin qurulmasıdır. İctimai nəqliyyat sisteminin şəxsi nəqliyyat vasitələrinin istifadəsinə görə bir sıra üstünlükləri vardır. Bu gün bir çox ölkədə şəxsi nəqliyyat vasitələrindən çox ictimai nəqliyyat vasitələrindən istifadə üçün həvəsləndirici tədbirlər görülür.



Download 23.46 Kb.
  1   2   3   4




Download 23.46 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəhərlərdə nəqliyyat sistemi

Download 23.46 Kb.