Şəhərlərdə nəqliyyat sistemi




Download 23.46 Kb.
bet3/4
Sana21.10.2022
Hajmi23.46 Kb.
#27676
1   2   3   4
Bog'liq
Şəhərlərdə nəqliyyat sistemi

Metrobuslar – avtobusların 3-cü sisteminin nəticəsində yaranan ictimai nəqliyyat vasitəsidir. İlk olaraq 1937-ci il tarixində Çikaqoda fəaliyyətə başlasa da, müasir mənada metrobus nəqliyyat sistemi 1974-cü ildə Brazliyanın Curitiba şəhərində yaranmışdır.
Metrobus sistemini avtobus və metro sistemindən üstünlükləri mövcuddur. Belə ki, avtobuslardan fərqli olaraq, daha çox sərnişin daşıma tutumuna sahibdir, daha dəqiq, tez və davamlı səyahət mövcuddur, metrodan fərqi isə metro sisteminin təşkilinin xərcinən 4-10 dəfə ucuz başa gəlməsidir.


Tramvaylar – dünyadakı ilk tramvaylar XIX əsrin ilk yarısında at gücü ilə rels üzərində hərəkət edən ictimai nəqliyyat vasitələri kimi işə düşmüşdür. Nyu York, Yeni Orleans, London və Kopenhagen bunlara misal göstərilə bilər. İlk elektrikli tramvaylar isə 1881-ci ildə Almanyada istifadə olunmağa başlamışdır. Zamanla ABŞ, İngiltərə Fransa kimi sənaye ölkələrində istifadəsi azalsa da, xüsusilə Almanya və Şərqi Avropa ölkələrində istifadəsi davam etmişdir.


Metro sistemi – 19-cu əsrin ikinci yarısında şəhərlər sənayeləşmənin təsiri ilə birlikdə böyümüş və səyahətin səmərəli bir şəkildə həyata keçirilməsi ən böyük problemlərdən biri halına gəlmişdir. Belə ki, hərəkətliliyin daimi və çox olması, həmçinin məsafənin artması yeni nəqliyyat vasitəsindən istifadəni zəruri hala gətirmişdir. Bunun nəticəsində 1863-cü ildə dünyanın ilk metro sistemi London Metropoliten Xətti istifadə edilməyə başlamışdır. Metropoliten sözü bu gün istifadə edilən metro sözünün mənbəyidir.
Metro sistemtlə xarici təsirlərə məruz qalmayan özünə məxsus olan yollarda səyahət edən relsli sistemdir. Bunun nəticəsində sürətli və çox saylı sərnişin daşınmasının həyata keçirilməsi mümkün olmuşdur. Həmçinin təhlükəsizlik və ətraf mühit cəhətdən də metrolardan istifadəni digər nəqliyyat vasitələrini istifadədən üstün etmişdir.
Metro sistemlərinin üstünlüklərini aşağıdakı şəkildə sıralamaq mümkündür:

  • Çox daha yüksək sərnişin daşınmasının həyata keçirilməsi

  • Yer altında və ya özünə məxsus bir xətdə hərəkət etdiyi üçün tıxac yaranmaması və ya yaratmaması

  • Nəqliyyat vasitələrinin hərəkəti üçün lazım olan enerjinin və hər bir sərnişin üçün istifadə edilən enerji miqdarının aşağı olması

  • Elektrik enerjisi istifadə etdiyi üçün ətraf mühitə ziyan vurmaması

  • Sürətli, təhlükəsiz, keyfiyyətli və dəqiq səyahətin təmin edilməsi



Gəmi və bərə sistemi – dəniz sahilində yerləşən və ya geniş su hövzəsi ətrafında qurulmuş şəhərlərdə gəmi və bərələrdən ictimai nəqliyyat vasitəsi kimi istifadə olunmaqdadır. Gəmi sistemləri digər nəqliyyat sistemlərindən bir sıra cəhətlərinə görə üstündür. Bunlara tıxacların olmaması, sistemlərin qurulmasındakı xərcin az olması (relsi sistemlərdən 3.5 dəfə, yolüstü nəqliyyat sistemlərindən 7 dəfə az), daşına bilən yükün digər nəqliyyat sistemlərinə görə daha çox olması, təhlükəsizliyi ən çox olan nəqliyyat vasitəsi olması və s. daxildir. Həmçinin bəzi şəhərlərdə gəmi daşımacılığı yolüstü nəqliyyat vasitələrinin davamı və ya birləşdirici rolundadır. Məsələn, Seatle şəhərində istifadə edilən gəmilər və bərələr əsas yolların üzərində olub, digər nəqliyyat sistemləri ilə vasitələndiricilik rolunu üstlənir.


Mühərriksiz nəqliyyat vasitələri – velosipedlər mahiyyət etibarilə mühərrikli şəxsi nəqliyyat vasitələrinə bənzəyirlər. Xərci ən az olan nəqliyyat vasitəsi olmaqla birlikdə, enerji istifadəsini ən optimal səviyyədə istifadə edən nəqliyyat vasitəsi də hesab edilməkdədir. Velosipedlərin istifadəsi ətraf mühit üçün də xeyli uyğundur. Velosipedlər şəhər daxilində, gündəlik həyatda, qısa məsafələrdə istifadə olunan ən sərfəli nəqliyyat vasitəsi hesab olunmaqdadır. Lakin şəhər daxilində velosiped istifadəsi üçün bir sıra problemlər mövcuddur. Bu problemlər ətraf mühit qaynaqlı və şəhərdən qaynaqlanan problemlərdir. Ətraf mühitdən qaynaqlanan problemlər aşağıdakılardır:

  • Hava şəraitinin pis olması. Küləkli, yağıntılı hava şəraitində velosipeddən istifadə olduqca çətin bir hala gəlir. Küləkli və yağıntının bol olduğu şəhərlərdə şəhər infrastrukturu bol olsa belə, təbii şərait velosipeddən istifadəni məhdudlaşdırır.

  • Şəhərlərdə yoxuşların və enişlərin bol olması. Velosipedlər mühərriksiz nəqliyyat vasitələri olduğundan və bədən enerjisini istifadə etdiyindən yoxuş və eniş kimi coğrafi şəraitdən qaynaqlanan problemlərlə üzləşə bilirlər. Bəzi şəhərlər coğrafi olaraq dağlıq ərazilərdə qurulduğu üçün, spesifik olaraq velosiped yolları təşkil olunsa belə, bol yoxuşlu yollar velosiped istifadəsini çətinləşdirir.

Şəhərdən qaynaqlanan problemlər aşağıdakılardır:



  • Şəhərlərdə velosiped yollarının təşkil olunmaması. Bunun nəticəsində velosiped üçün ya səkilər, ya da yerüstü nəqliyyat vasitələrinə aid olan yollar istifadə olunur ki, bu da təhlükəsizlik, və ictimai digər problemlərin yaranmasına gətirib çıxardır.

  • Məsafələrin uzun olması. Şəhərlər böyük olduqda, iki nöqtə arasındakı məsafə xeyli artır. Bu da velosipedlə səyahətin səmərəliliyini və keyfiyyətini azaldır.

Şəhərdən qaynaqlanan problemin həll olunması üçün şəhərdə görülməsi lazım olan tədbirlər bunlardır:



  • Şəhərlərdə velosiped yollarının təşkil olunması

  • Velosipedlər üçün nişangahlar, alt və üst keçidlər quraşdırılması

  • Velosipedlər üçün qısa və uzun müddətli parkinq nöqtələrinin qoyulması

  • Yerüstü nəqliyyat vasitələri üçün təşkil olunmuş körpü, alt və üst keçidlərdə velosiped hərəkət zolağının qoyulması.




Download 23.46 Kb.
1   2   3   4




Download 23.46 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəhərlərdə nəqliyyat sistemi

Download 23.46 Kb.