• Tipik sərt disklərin əsas komponentləri aşağıdakılardır
  • Sərt disklərin inkişafındakı naliyyətlər




    Download 0.8 Mb.
    bet2/4
    Sana01.04.2022
    Hajmi0.8 Mb.
    #19211
    1   2   3   4
    Bog'liq
    Xarici yaddaş qurğulafı (Sərbəst iş)

    Sərt disklərin inkişafındakı naliyyətlər
    1983-cü ildə original IBM XT kompüterində işlədilən sərt diskdə verilənlərin ötürülmə sürəti 100 Kbayt/s olub. Bu gün isə sərt disklərin əksəriyyəti Serial ATA interfeysi ilə işləyir. Bu interfeysdə verilənlərin ötürülmə sürəti xeyli artıb. Sərt maqnit disklərdə onların tutumu kimi, interfeysin sürəti də, həmçinin daim artır, hər şey isə MFM və RLL interfeyslərindən başlanıb. Onlar 1980-cı illərdə geniş yayılmışdılar. Hal-hazırda Parallel ATA (133 Mbayt/s-a qədər), Serial ATA (150 və ya 300 Mbayt/s), SAS (600 Mbayt/s-a qədər) və SCSI (320 Mbayt/s-a qədər) interfeysləri geniş yayılıb. İnterfeyslərin hamısı onları dəstəkləyən daşıyıcılardan daha sürətlidirlər. Bu, o deməkdir ki, verilənlərin ötürülmə sürəti interfeys tərəfindən deyil, həmişə daşıyıcı tərəfindən məhdudlaşdırılır.
    Sərt disklərdə verilənlər oxuma/yazma başlıqları vasitəsilə oxunur və yazılır. Verilənlər lövhələrdə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Hər bir cığır isə öz növbəsində sektordan ibarət olur.
    Sərt diskdə adətən bir neçə lövhə (platters) olur və verilənlər onların hər 2 tərəfinə yazılır. Bir çox daşıyıcılarda 2 və ya 3 lövhə var, lakin 12 lövhəyə malik PC daşıyıcıları (Seagate Barracuda 180) da olur.
    Tipik sərt disklərin əsas komponentləri aşağıdakılardır:
    I Disk lövhələri;
    I Oxuma/yazma başlıqları;
    I Başlıqların mövqeyini dəyişən mexanizm; I Şpindel mühərriki;
    I Elektron lövhə;
    I Kabel və konnektorlar;
    I Konfiqurasiya elementləri (məsələn, çeviricilər – jumpers).
    Sərt disklər üzərində məlumatlar sektor (sector) və cığır (track) adı verilən bölmələrdə saxlanılır. Məlumatlar bu sahələrə görə təşkil olunur. Sərt disk üzərində cığır və sektorların yerləşməsi aşağıdakı şəkildəb verilmişdir.
    Sektorlar disk üzərində ünvanlaşdırıla bilən ən kiçik hissələrdir. 256 və ya 512 bayt kimi sabit genişliklərdə informasiya saxlayırlar. Əsasən 512 bayt olaraq istifadə edilir.
    Aşağı səviyyəli formatlaşdırma (Low-Level formatting) ilə cığır və sektorlar təşkil olunur. Hər sektorun başlama və bitmə nöqtəsi diskdəki səthlər üzərinə yazılır. Yüksək səviyyəli formatlaşdırma (High-Level formatting) ilə sektorlarda Fayl Yerləşdirmə Cədvəli (File Allocation Table – FAT) yaradılır.
    Format bölmələrin faylları və məlumatları saxlamaq üçün onları,əməliyyat sisteminin anlayacağı və istifadə edə biləcəyi şəkilə(formaya) salmasıdır.Çoxları format etməyi silmək kimi anlayır,amma bu əslində tam da belə deyil.Format fayl sistemini yaradıb,onun oturacağı kataloqu əmələ gətirir.Format məntiqi olaraq fayl depolama cərgəsini əmələ gətirir.Bu fayl sistemi adlanır.Bir çox fayl sistemləri vardır və bu sistemlərin məqsədi
    disk üzərindəki faylların orqanizə etməkdir.Yəni Əməliyyat sisteminin disk üzərində faylların izlərini tapmaq üçün istifadə etdiyi bir üsuldur.Windowsa aid olan fayl sistemləri bunlardır. NTFS, FAT12, FAT16, FAT32, CDFS, UDF və s. -dir.

    FAT (File Allocation Table – Fayl Yerləşdirmə Cədvəli) – əsas fayl sistemlərindəndir. İllərdir MS-DOS əməliyyat sistemi ilə bərabər istifadə edilir. Hazırda da geniş olaraq Windows və digər əməliyyat sistemlərinin bazasında istifadə olunmaqdadır. Bu fayl sistemində fayl məlumatlarının əldə edilməsi üçün fayl yerləşdirmə cədvəlləri tutulur.
    FAT fayl sistemi üç müxtəlif şəkildə təşkil olunur:
    FAT12 – 12 bit fayl sistemidir. Əsasən elastik disk və çox kiçik həcmli sərt disklərdə istifadə edilir;
    FAT16 – 16 bit fayl sistemidir. Əski DOS ilə uyğunluq təşkil edən əməliyyat sistemlərində istifadə edilir;
    FAT32 – hazırda da geniş olaraq istifadə edilən 32 bit fayl sistemidir.
    HPFS (High Performance File System – Yüksək Məhsuldarlıqlı Fayl Sistemi) – OS/2 əməliyyat sistemi tərəfindən dəstəklənən və istifadə edilən bir fayl sistemidir. İlk çıxan NT əməliyyat sistemi də HPFS fayl sistemini istifadə edirdi. Əsas olaraq FAT ilə NT fayl sistemlərinin müəyyən xüsusiyyətlərini özündə birləşdirir. Bu fayl sistemində 256 simvola qədər fayl adı verilə bilər. Ayrıca 8 Gb-yə qədər sərt disk bölməsi təyin edilə bilər.
    NTFS (New Technology File System – Yeni Fayl Sistemi Texnologiyası) – ilk olaraq Windows NT əməliyyat sistemi ilə istifadə edilən yeni və güclü bir fayl sistemidir. Etibarlılıq, sağlamlıq, daha geniş sahə istifadəsi, sıxışdırma, Macintosh dəstəyi, Netware dəstəyi kimi üstünlükləri səbəbilə çox yüksək səviyyəli bir fayl sistemidir. Hazırda Microsoft tərəfindən təkmilləşdirilən Windows əməliyyat sistemində əsas fayl sistemi olaraq istifadə edilir, eyni zamanda FAT16 və FAT32-ni də dəstəkləyir.
    NTFS fayl sistemi fayl məlumatlarını təqib etmək üçün FAT fayl sistemində olduğu kimi bir fayl yerləşdirmə cədvəli tutmaz. Onun yerinə fayl məlumatlarını mənimsəyən və fayl bazasında icazələrin tutulduğu Master File Table adında cədvəl tutulur. Bundan başqa NTFS fayl pozulmalarında özü-özünü təmir edə bilən (repair) bir fayl sistemidir. Bu fayl sistemində də faylın adı 255 simvol uzunluğunda ola bilər, eyni zamanda nöqtə işarəsindən istifadə etməklə çox sayda fayl genişlənməsi verilə bilər.
    FAT 32-nin əsas üstünlüyü sürətli olması və daha az yaddaş tələb etməsidir. Əgər sistem yalnız FAT 32-də çalışırsa, bu zaman NTFS üçün tələb olunan drayverlər və servislər yaddaşı yükləməyəcək. FAT 32-də çalışan diskin həcmi 8 TB qədər ola bilər. Bir faylın maksimum həcmi isə 4 Gb. FAT 32 fraqmentasiyaya daha meyllidir (xüsusilə disk 80% dolduqdan sonra). Bu da diskin işini əməlli çətinləşdirə bilər.
    Üstünlükləri:
    1. Operativ yaddaşa olan tələbatın azlığı.
    2. Orta və kiçik həcmli fayllarla işin effektli olması.
    3. Defraqmentasiyası üçün yaxşı utilitlərin olması.
    Mənfikləri:
    1. Sistem səhvlərindən müdafiənin zəifliyi.
    2. Böyük həcmli disklərlə işin ləng olması.
    3. Fraqmentasiya zamanı diskin işinin ləngiməsi.
    4. Çoxlu fayl olan kataloqlarla zəif işləməsi.
    5. Kiçik həcmli klasterləri dəstəkləməməsi.
    NTFS-in üstünlüyü isə onun təhlükəsizliyidir. NTFS sistemi FAT 32-yə nisbətən daha gec dağılır. Məsələn, sistemdə bir neçə prosses fəaliyyətdə olarkən kompüterin sönməsi zamanı və s. bu kimi hallarda NTFS daha dözümlüdür və demək olar ki hər dəfə sistem səhvsiz bərpa oluna bilir. Həmçinin NTFS-in öz şifrələnmə sistemi var ki, bu da məlumatın saxlanmasında arxayınlıq yaradır.
    Üstünlükləri:
    1. Kiçik həcmli fayllarla işin sürətli olması.
    2. Səhvlər zamanı sistemin rahatlıqla bərpa olunması.
    3. Məlumatın effektli qorunması.
    4. Böyük informasiya massivləri və kataloqlarla işin sürətli olması.
    5. Klasterin həcmi çox kiçik təyin edilə bilər. Mənfilikləri:
    1. Operativ yaddaşa tələbatın çox olması.
    2. Sistem kiçik və sadə bölmələr üçün effektli deyil. (1 Gb- a qədər)
    3. Klasterlərin doldurulması alqoritmi ideal deyil və fraqmentlənməklə nəticələnir.
    4. Adi üsullarla (Windows-daxili imkanlarla) defraqmen- tasiyanın mümkünsüz olması.
    Nəticədə görünür ki, hər iki sistemin mənfilikləri və müsbət cəhətləri var. Lakin, müasir kompüterə sahib olanlar üçün NTFS-in bir neçə mənfiliyini silmək olar. Demək, günümüzün kompüterinə sahib olan hər kəs, sisteminin təhlükəsizliyini təmin etmək üçün NTFS-dən istifadə edə bilər.
    Əgər NTFS quraşdırmaq istəsəniz, onu təmiz diskə quraşdırın və ya vinçesteri birbaşa bu sistemdə formatlayın. FAT-da olan diski NTFS-ə çevirməyin. Bu faylların güclü fraqmentlənməsi ilə nəticələnir.

    Download 0.8 Mb.
    1   2   3   4




    Download 0.8 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Sərt disklərin inkişafındakı naliyyətlər

    Download 0.8 Mb.