Son hesabat dövründə bəyannamənin (hesabatın) vaxtında təqdim edilməməsi barədə




Download 35 Kb.
Sana20.08.2022
Hajmi35 Kb.
#25303
Bog'liq
2214020242118600-Son hesabat dovrunde beyannamenin (hesabatin) vaxtinda teqdim edilmemesi barede (Vahid beyanname)




Son hesabat dövründə bəyannamənin (hesabatın) vaxtında təqdim edilməməsi barədə (Vahid bəyannamə)
Hörmətli vergi ödəyicisi!
Bildiririk ki, tərəfinizdən 2022-ci ilin 2-ci rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” 2022-ci il iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Araşdırma zamanı məlum olmuşdur ki, tərəfinizdən 2022-ci ilin 1-ci rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” vergi orqanına qanunla müəyyən edilmiş müddətdən gec təqdim edilmişdir.
Məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta haqları hər ay üçün sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməli və hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” vergi orqanına təqdim edilməlidir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı, 150.1-ci, 150.3-cü maddələri (https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi internet ünvanı vasitəsi ilə tanış ola bilərsiniz), “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 14.6-cı maddələri ( http://www.e-qanun.az/framework/3813 internet ünvanı vasitəsi ilə tanış ola bilərsiz), “Tibbi sığorta haqqında” Qanunun 15-2-ci, 15-11.4-cü və 15-24-cü maddələri ilə ( http://www.e-qanun.az/framework/80 internet ünvanı vasitəsi ilə tanış ola bilərsiz) ilə tənzimlənir.
Hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz.
Onu da nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə vergi və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” vergi orqanına təqdim edilmədikdə vergi ödəyicisinə 40 manat manat maliyyə sanksiyası tətbiq edilir. Eyni zamanda Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi, icbari tibbi sığorta, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödəmələri müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi, icbari tibbi sığorta, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. (bir ildən çox olmamaq şərti ilə).
Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci və 83-cü maddələrinin tələblərinə əsasən vaxtında təqdim edilməmiş hesabatlara görə Sizdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə, kameral qaydada əlaqəli məlumatlar əsas götürülərək əlavə hesablamalar aparıla bilər.
Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195), Tovuz rayon vergi ödəyicilərinə xidmət mərkəzinə (Tovuz rayonu Abulbəyli kəndi Nizami klubunun yanı) və ya bütün vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Eyni zamanda 14 saylı ƏVİ tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə keçiriləcək növbəti görüşlərdə iştirak etməkdə maraqlı olduğunuz halda, keçiriləcək görüşlərin qrafikini 14 saylı ƏVİ-nin əhatə dairəsində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə və yaxud https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler linkinə daxil olmaqla əldə edə bilərsiniz.
14 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini,
baş vergi xidməti müşaviri Cəbrayıl Məmmədov
Download 35 Kb.




Download 35 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Son hesabat dövründə bəyannamənin (hesabatın) vaxtında təqdim edilməməsi barədə

Download 35 Kb.