Şəkil 1. YS-in yerləbirləşmə konturunun müqavimətinin ölçülməsinin prinsipial sxemi




Download 2.21 Mb.
bet8/10
Sana02.01.2022
Hajmi2.21 Mb.
#2054
1   2   3   4   5   6   7   8   9   10
Şəkil 1. YS-in yerləbirləşmə konturunun müqavimətinin ölçülməsinin prinsipial sxemi

Yerləbirləşmə konturunun müqavimətinin həqiqi qiymətini ölçmək üçün 1-ci YS-da aşağıda göstərilən əməliyyatlar yerinə yetirilməlidir:

1. Elektrik verilişi xətlərinin təmirə çıxarılma qaydasına müvafiq olaraq HEVX dövrədən açılır.

2. Yarımstansiyadan ≥5D məsafədə HEVX-nin iki fazasında (məsələn, A və B fazalarında) səyyar (gəzdirilən) yerləbirləşdirijilər quraşdırılaraq yerlə birləşdirilirlər. burada, D- yarımstansiyanın konturunun kənarlarını birləşdirən dairəvi əyrinin ən böyük diametridir.

3. 1 saylı YS tərəfində xəttin A və B fazalarına MJ-08 meqoometri qoşulur. Jihazın (MJ-08-in) İ2 çıxışı xəttin A1 fazasına,E2 çıxışı isə B1 fazasına, İ1 və E1 çıxışları isə öz aralarında birləşdirilərək konturun U1, U2, U3, yerləbirləşdiriji endirmələrindən birinə birləşdirilir.

4. 1 saylı YS-da yerləbirləşdirijilər fazalardan çıxarılırlar.

5. Jihazı yoxlayıb yerləbirləşmə müqavimətini ölçürlər.

6. Yerləbirləşmə konturuna jihazın (MJ-08-in) birləşdirilmə yeri dəyişdirilərək 4 və 5 bəndləri ardıjıl olaraq təkrarlanır.

7. Yerləbirləşmə müqavimətinin qiyməti ölçülmüş qiymətlərin orta qiyməti kimi məyin olunur. Ayrı–ayrı qiymətlər bir-birindən kəskin fərqləndikdə müvafiq yerləbirləşdiriji endirimin üstünü qruntdan təmizləməklə fərqlənmənin səbəbi müəyyənləşdirilir.

8. 1 saylı YS-ın hava elektrik veriliş xətti yerlə birləşdirilir.

Dayaqların yerləbirləşdirilməsinin təklif olunan birləşdirilmə qaydası, ölçməni 2 saylı YS-da da yerinə yetirməyə imkan verir. Bu zaman 2-6 bəndlərini, sonra isə 8-ci bəndi yerinə yetirmək lazımdır.

Bu ölçmələri yerinə yetirən zaman elektrik verilişi xəttinə aşağıda göstərilən tələblər irəli sürülür:

a) elektrik verilişi xətti hər hansı başqa EVX ilə kəsişməməlidir;

b) seçilmiş xəttin trassasının yaxınlığında ona paralel hava elektrik veriliş xətti keçməməlidir, o jümlədən ikidövrəli xətdən birinin istsfadə olunması yol verilməzdir.

Göstərilən tələblərin yerinə yetirilməməsi nəinki xətdə ölçmənin nətijələrini təhrif edəjək, həm də işçi heyətin həyatı üçün təhlükə yarada biləjək gərginliyin induksiya oluna bilməsi ilə izah olunur.

Təklif olunan metodun dəqiqliyi 35 kV-luq xəttin son dayağında yerləbirləşmə müqavimətinin MJ-08 jihazı ilə və təklif olunan metodla ölçülmüş qiymətlərinin müqayisə olunması ilə yoxlanmışdır. Əgər yarımstansiyanın yerləbirləşmə konturu korroziya nətijəsində dağılmaya məruz qalmışdırsa və yerləbirləşmə endirimi ilə konturun əlaqəsinin etibarlılığını və oksidləşmənin Ry-nin qiymətinə təsirini qiymətləndirmək tələb olunursa, şəkil 2-də göstərilən sxem üzrə, ampermetr-voltmetr metodundan istifadə tövsiyyə olunur.






Download 2.21 Mb.
1   2   3   4   5   6   7   8   9   10




Download 2.21 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəkil 1. YS-in yerləbirləşmə konturunun müqavimətinin ölçülməsinin prinsipial sxemi

Download 2.21 Mb.