Mövzu 24. Polad istehsalı




Download 0.63 Mb.
Pdf ko'rish
bet17/18
Sana12.05.2023
Hajmi0.63 Mb.
#59101
TuriMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   18
Bog'liq
konstruksiya-materiallarının-texnologiyası
referat 6436 (1), referat 6436
 
Mövzu 24. Polad istehsalı. 
Poladı əsasən çuqunun təkrar emalında istehsal edirlər. Polad çuqunla 
müqayisədə daha yüksək fiziki-kimyəvi xassələrə malik olur.Onu döymək,yaymaq olar, 
yüksək möhkəmliyə, eyni zamanda yüksək plastikliyə malikdir,kəsmə ilə yaxşı emal 
edilir. Ərimiş halda yüksək maye axıcılığına malikdir və müxtəlif tökmələr almaq olar. 
T
ərkibində 0,15%-dən az karbon olan yumşaq poladlar yüksək plastikliyə malik 
olur, yaxşı qaynaq edilir, asanlıqla əyilir, isti və soyuq halda yayılır. 
Po
lad istehsalı üçün çuqunun təkrar emalı zamanı əsas məqsəd çuqunun 
t
ərkibində olan artıq karbonu, silisiumu, manqanı və digər qarışıqları azaltmaqdır.Bu 
halda 
ən vacibi zərərli qarışıqlar olan fosfor və kükürdü kənarlaşdırmaqdır. Çuqunun 
karbonu oksigenl
ə birləşərək uçan qaz yaradır, digər qarışıqlar isə oksid halına keçir, 
onlar ya h
əll olunmur, ya da çox pis həll olunur və flüslə birlikdə posa(şlan) halında 
metalın səthinə çıxır. Manqan və silisiumun yanması zamanı onların oksidləri-MnO,SiO

yaranır.Fosforun yanması zamanı onun P
2
O
5
oksidi yaranır. Fosforun miqdarını 
minimuma endirm
ək üçün metala daha çox əhəng (CaO) vermək lazımdır ki, 
(CaO)
4
P
2
O

möhkəm birləşməsi yaransın. Bu birləşmə P
2
O

–dən fərqli olaraq metalla 
h
əll olmur və pasa ilə birlikdə kənar edilir. 
Kükürd çuqunda FeS birləşməsi halında olur. Onu metaldan kənarlaşdırmaq 
üçün manqan və əhəngdən istifadə edilir.Nəticədə ya çox pis həll olan MnS-i, ya da həll 
olmayan CaS alınır. 
Polad istehsalı üçün konverter (bes-sement, tomas),marten və elektrik əritmə 
üsullarından istifadə edilir. Bütün bu üsullarla polad maye halında alınır. Marten üsulu ilə 


polad istehsalı çox vacib əhəmiyyət kəsb edir, çünki dünyada istehsal edilən poladın 
85%-
ə qədəri bu üsulla istehsal edilir. Elektrik əritmə üsulu daha yüksək keyfiyyətli 
polad istehsalı üçündür. 

Download 0.63 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18




Download 0.63 Mb.
Pdf ko'rish