3. Tsiklik -
bu halda yük bir neçə dəfə əhəmiyyətinə görə dəyişir – yorulmaya
sınama.
Metal v
ə ərintilərin ən geniş yayılmış sınama üsulu bərkliyə sınamadır. Bərklik
sınanan metalın ona metal və ya almaz ucluğun sıxılmasına göstərdiyi müqavimətdir.
Metalların bərkliyə sınanma üsullarından ən geniş yayılanı Brinell üsuludur. Bu üsula
görə sınanmaya uğradılan metalın səthinə diametri 1;2; 2,5; 5 və 10
mm olan polad
kürə müəyyən qüvvə ilə sıxılır. Nəticədə metalın səthində iz alınır. Brinell üzrə bərklik
ədədi sıxılan yükün polad kürənin səthdə açdığı izin diametrinə olan nisbətidir.
F F
HB= --------- = --------------------------
9,8 S 9,8
( D -
D
2
-d
2
Burada F-
kürəyə düşən yükdür; H
S- izin s
əthinin sahəsidir; mm
2
D-
sıxılan polad kürənin diametridir, mm
d- izin diametridir, mm
Kürənin
diametri D, tətbiq edilən yük F və sıxılma müddəti metalın bərkliyi və
qalınlığından asılıdır. Alınan izin diametri d 0,2
d
0,6 D h
əddində olmalıdır.
Mövzu 3. Ərintilər haqqında əsas məlumatlar.
T
əmiz metallar əsasən tələb edilən mexaniki və texnoloji xassələrə malik
olmadıqları üçün məmulat hazırlanmasında nadir hallarda istifadə edilir. Odur ki,
əksər hallarda metod ərintilərindən istifadə edilir.İki və daha çox metal və qeyri-
metalın birləşməsindən əmələ gələn və metallik xassələrə malik olan maddələrə
ərinti deyilir. Ərinti hazırlanmasının ən geniş yayılmış üsulu əritmədir. Ərintiyə
daxil
olan komponentl
ər əksər hallarda bir-birində həll olunur, daha doğrusu bu
özlüyündə maye məhlul əmələ gətirir ki, başqa-başqa elementlərin atomları
b
ərabər paylanır. Bərk halda ərintilərdə bərk məhlul, kimyəvi birləşmə və
mexaniki qarışıq yaranır.