4. Fənnin təsviri və məqsədi:
Ağac məmulatlarının hazırlanma texnologiyası inşaat-xarrat məmulatlarının, mebelin istehsal texnologiyasını öyrədir. İstehsal texnologiyası elm və texnikanın yeni nailiyyətlərinə əsaslanır. Fənn məmulatların hazırlanma texnologiyasından, material sərfinin hesablanma qaydalarından və tələb olunan texniki sənədlərin tərtib olunma qaydalarını öyrədir.
Ağac məmulatlarının hazırlanması zamanı əsas etibarı ilə oduncaq və oduncaq materialları istifadə olunur. İstifadə olunan materialların xassələri məmulatların formasına, onların möhkəmliyinə, uzunömürlülüyünə, emal keyfiyyətinə və s. təsir göstərir. Bu səbəbdən Fizika, Kimya, Oduncaqşünaslıq, Oduncağın hidrotermiki emalı, Ağackəsmə, Yapışdırılmış ağac məmulatlarının texnologiyası, Dəzgah və alətlər fənlərinin bilikləri fənnin öyrənilməsi uçun baza bilikləri hesab olunur.
Məmulatların hazırlanması üçün qədim konstruksiya materialı olan oduncaqla yanaşı AYT-ları, MDF, laminat və s. geniş istifadə olunur. Bu materialların hər birinin özünə məxsus istehsal texnologiyası mövcuddur. Bu da mütəxəssisdən hər bir materiala onun xassələrinə və texnoloji imkanlarına uyğun olaraq fərdi yanaşmanı tələb edir.
Ağac məmulatlarının istehsalının inkişafı üçün əsas faktor geniş profilli, yüksək ixtisaslı, müasir istehsalın mürəkkəb sistemlərini idarə edə bilən mühəndislərdir. Mühəndis hazırlığı insan təfəkkürünün inkişafının yeni formasıdıdır. Bunun üçün tələbələrdən tədris olunan fənni mükəmməl öyrənmək və ona verilən informasiyanı yaxşı mənimsəmək tələb olunur.
|