|
Qeyd: V. Tələbələrin fərdi tapşırıqları, yerinə yetirilmə müddəti və məsləhət saatları başlığında hər bir müəllimin yanaşmasından asılı olaraq müxtəlif ola bilər
|
bet | 8/8 | Sana | 13.05.2024 | Hajmi | 61,18 Kb. | | #228258 | Turi | Mühazirə |
Bog'liq 2024 SİLLABUS -İÖS qr. M673a1,a2Qeyd: V. Tələbələrin fərdi tapşırıqları, yerinə yetirilmə müddəti və məsləhət saatları başlığında hər bir müəllimin yanaşmasından asılı olaraq müxtəlif ola bilər. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Bu baxımdan burada müxtəlif variantlar təklif etmək olar. Nümunə üçün bir variantda belə təklif etmək olar:
Sеmеstr ərzində tələbələrə 1 (10 ballıq), 2 (hər biri 5 ballıq) yaxud 5 (hər biri 2 ballıq) sərbəst iş tapşırığı vеrilir. Sərbəst işlər tələbələr tərəfindən təkbaşına və ya qrup işi formasında işlənə bilər. Sərbəst iş çap və ya еlеktrоn fоrmada, yaxud əlyazma şəklində təhvil verilir.
Sərbəst işlərin qiymətləndirilməsi onların sayından asılı olaraq həyata keçirilir:
2 ballıq sərbəst işlər hər bir tələbə tərəfindən fərdi qaydada yerinə yetirilir. Bu işlər bir qayda olaraq fənndə tədris olunan mövzulara aid olur. Tələbələr müvafiq mövzunu öyrənməli və həmin mövzu ilə bağlı özlərinin fikirlərini sərbəst şəkildə (esse kimi) yazmalıdırlar. Belə sərbəst işlərin hər biri yazılı fоrmada - word faylı fоrmatında (şrift 12), həcmi ən azı 1,5-2 səhifə həcmində оlmaqla (amma 4 səhifədən çox olmamaqla) - tələbənin fərdi kabinetinə yüklənir. Məzmunundan asılı olaraq belə işlər «0» və ya «1» balla qiymətləndirilir. İş «0» balla qiymətləndirildikdə müəllim bunun səbəbini izah etməlidir;
2 və 5 ballıq sərbəst işlər tələbələrə fərdi və ya qrup işi kimi tapşırıla bilər. Belə işlərdə konkret mövzular üzrə araşdırmanın aparılması, yaxud referatın işlənilməsi tələb oluna bilər. Belə araşdırmalar zamanı tələbələr fənnin mövzularından öyrəndikləri bilikləri və əldə etdikləri bacarıqları həmin tədqiqatlarda istifadə (tətbiq) etməyə çalışmalıdırlar. Araşdırmalar zamanı tələbələr ortaya çıxan çətinlikləri müəllimlə müzakirə edə və ondan məsləhət ala bilərlər. Belə işlər yazılı şəkildə word faylı fоrmatında, yaxud Power Point formatında təqdimat formasında, qrupun bütün üzvlərinin adı qeyd edilməklə, qrupun hər bir üzvünün fərdi kabinetinə yüklənir. Bu cür işlər, müvafiq olaraq, 0-dan 2-dək yaxud 0-dan 5-dək balla qiymətləndirilir. Sərbəst işin (araşdırmanın) hazırlanmasında qrup üzvlərinin fərdi töhfələri fərqli olarsa, qiymətləndirmədə bu nəzərə alınır. Aşağı balla qiymətləndirmələr zamanı müəllim bunun səbəbini tələbənin fərdi kabinetində izah edir.
Sərbəst işlərin yerinə yetirilməsi Universitetdə müəyyən edilmiş qaydalar çərçivəsində fənni tədris edən müəllimlə tələbələr arasında əldə olunan razılığa uyğun olaraq həyata keçirilir. Sərbəst işlərin qiymətləndirilməsində şəffaflığı təmin etmək müəllimin vəzifə borcudur.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Qeyd: V. Tələbələrin fərdi tapşırıqları, yerinə yetirilmə müddəti və məsləhət saatları başlığında hər bir müəllimin yanaşmasından asılı olaraq müxtəlif ola bilər
|