Məhəlli dəniz (sular)- dənzin, ölkənin daxili sularına qovuşan və onun müstəqil hüquqlarının gözlənildiyi sahil zolağıdır. Hər ölkə özünün məhəlli sularının enini 12 dəniz milindən (1 dəniz mili=1852m) artıq olmamaq şərti ilə müəyyən edir. Bu məsafəməhəlli suların başlanğıc xəttindən götürülür.
Məhəlli sulara bitişik zona – bu zonada sahil ölkəsi öz ərazisində və ya məhəlli sularında qüvvədə olan kömrük, miqrasiya və digər qanun və qaydaların pozulmasının qarşısını almaq üçün nəzarət təşkil edə bilər. Bitişik zonanın eni məhəlli suların başlanğıc xəttindən 24 dəniz mili qədər götürülür.
Məhəlli sulara bitişik zonadan sonra aşıq dəniz zonası başlayır. Aşıq dəniz zonası Konvensiyanın və dəniz hüququnun digər normalarına görə həm sahilyanı ölkələr, həm də dənizə çıxışı olmayan ölkələr üçün açıqdır. Açıq dəniz zonası bütün ölkələr, o cümlədən sahilyanı olmayan ölkələr üçün müxtəlif təsərrüfat fəaliyyəti (balıqçılıq, gəmiçilik, sualtı kabellərin çəkilişi, sün adaların yaradılması) göstərməyə azaddır.
Sahilyanı ölkələrin kontinental şelfi – məhəlli suların başlanğıc xəttindən 200 mil məsafəyədək dənizin dibi və sualtı zonada yerin təkini əhatə edir. Kontinental şelf kontinentin sualtı davamı olan massivlərini əhatə edir. Və böyük dərinliklərdə okean dibi və yerin təki buraya aid edilmir. Dünyanın heç bir ölkəsi qonşu sahilyanı ölkələrin razılığı olmadan kontinental şelfdə kəşfiyyat aparmaq və onun resurslarından istifadə etmək hüququna malik deyildir. Kontinental şelfin hüdudlarından kənara dəniz dibi və onun ərazisində yerin təki sülh məqsədləri ilə bütün dünya ölkələri, o cümlədən dənizə çıxışı olmayan ölkələr tərəfində istifadə üçün açıqdır. Kontinental şelfin hüdudlarından kənara dəniz dibinin heç bir hissəsi ayrı-ayrı fiziki və hüquqi şəxslərə, ölkələrə məxsus ola bilməz.
|