|
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|
bet | 39/57 | Sana | 12.12.2023 | Hajmi | 0,6 Mb. | | #117387 | Turi | Dərslik |
Bog'liq Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az E<
ƏBOB(E, ^A))=l,
D mod (ptN).
Beləliklə, (E,N) ədədlər cütü məlumat göndərənin (imza sahibinin) açıq açan olur. O, bu açarlan özünün elektron imzasını yoxlamaq üçün tərəfdaşlarına göndərir. D ədədi isə gizli açar kimi müəllif tərəfindən məxfi saxlanılır və elektron imzanın yaradılması zamanı istifadə olunur.
Elektron imzanın yaradılması və yoxlanması üçün RSA alqoritminin ümumi sxemi 6.3 saylı şəkildə verilmişdir.
Qeyd olunduğu kimi, elektron imza prosesi iki hissədən ibarətdir. Birinci hissə elektron imzanın yaradılması prosedurasından ibarət olub göndərən şəxs tərəfindən icra olunur. Elektron imzanın yaradılması prosedurasımn mahiyyəti aşağıdakı kimidir. Əvvəlcə, imzalanan T məlumatı heş funksiyanın köməyi ilə sıxılır, yəni onu xarakterizə edən heş qiyməti hesablanır: t=h(T).
Sonra heş qiymət imza funksiyası vasitəsilə məxfi açardan (D,N) istifadə edilməklə şifrlənir:
S=tD mod N.
Nəticədə, alınmış informasiya elektron imza qismində göndərilən məlumata əlavə edilərək (T.S) cütlüyü S elektron imzası ilə imzalanmış T sənədi qismində alan tərəfə göndərilir. Beləliklə, məlumat imzalanmış olur.
Elektron imza prosesinin ikinci hissəsində elektron imzanın yoxlanılması həyata keçirilir. Belə ki, alan tərəf rabitə kanalı vasitəsilə aldığı (T,S) cütlüyünə əsasən elektron imzanın həqiqiliyini yoxlayır.
Bunun üçün, o, əvvəlcə, T məlumatını sıxır, yəni göndərənin heş funksiyasına analoji olaraq, t=h(T) heş qiymətini hesablayır. Sonra göndərənin açıq açarının (E,N) köməyi ilə S elektron imzasından heş funksiyanın qiymətini bərpa edir:
t '=S£mod N.
Nəhayət, alınmış t və t' qiymətləri müqayisə olunur.
Əgər bu qiymətlər bərabər olarsa, onda məlumatın və imzanın həqiqiliyi təsdiq edilir, əks halda isə imza və ya məlumat təhrif edilmiş hesab olunur.
Açarların idarə olunması və açıq açar infrastrukturu
Elektron imza texnologiyasının reallaşdırılması üçün həlli zəruri olan əsas məsələlərdən biri də açarların idarə olunmasıdır.
Açarların idarə olunması - aşağıdakı funksiyaları həyata keçirən informasiya prosesidir:
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|