|
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|
bet | 50/57 | Sana | 12.12.2023 | Hajmi | 0,6 Mb. | | #117387 | Turi | Dərslik |
Bog'liq Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az Subyektlər resursların əldə olunması üçün sorğu göndərə və onlan hər hansı məqsədlərinin yerinə yetirilməsi üçün istifadə edə bilər.
Praktikada çox vaxt subyekt eyni zamanda obyekt rolunda da çıxış edə bilər. Məsələn, əməliyyat sistemi həm subyekt, həm də obyekt kimi təsnif olunur. Belə ki, əməliyyat sistemində yerinə yetirilən proseslər subyektlər, bu sistem mühitində yaradılan və istifadə olunan fayllar, qovluqlar və s. isə obyektlər kimi qəbul olunur. Ona görə də S C O qəbul olunur.
İş prosesində subyektlər müxtəlif əməliyyatlar yerinə yetirirlər, başqa sözlə, subyektlərlə obyektlər arasında qarşılıqlı əlaqə baş verir. Belə qarşılıqlı əlaqə subyektlərin obyektlərə daxil olması adlanır. Daxil olma nəticəsində
informasiyanın subyektlər və obyektlər arasında daşınması (hərəkəti) baş verir.
Sistemdə olan obyektlərin hər birinin subyektlərin mülkiyyəti olmasım (başqa sözlə, subyektlərin müvafiq obyektlərin sahibi olması) faktı aşağıdakı inikas şəklində göstərilir: own:O-^>U.
Bu, eyni zamanda onu göstərir ki, subyektlər öz mülkiyyətində olan obyektlərlə bağlı bütün hüquqlara malikdirlər və bəzən onlann bir hissəsini və ya hamısını başqa subyektlərə verə bilərlər.
Bundan əlavə, obyektin sahibi olan subyekt digər subyektlərin bu obyektə daxilolma hüquqlarını, yəni bu obyektə münasibətdə təhlükəsizlik siyasətini müəyyən edir. Subyektlərin obyektlərə qeyd olunan daxilolma hüquqları m X n öslçülü R matrisi şəklində müəyyən edilir. Onun elementi Si subyektinin <>j obyektinə, eləcə də digər subyektlərə giriş hüquqlarını müəyyən edir.
R=
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə
|