Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar




Download 75,34 Kb.
bet5/25
Sana03.04.2021
Hajmi75,34 Kb.
#13996
1   2   3   4   5   6   7   8   9   ...   25
Mövzu 5. Lak boya materiallarının əsas fiziki – mexaniki xassələri.

Konkret tətbiq sahələrindən asılı olaraq lak-boya materiallarına müxtəlif yüksək tələblər qoyulur. Lak-boya materiallarının əsas xassələri: adqeziya, bərklik, yeyilməyə davamlılıq, atmosfer çöküntülərinə qarşı davamlılıq, elastiklik, yüksək və aşağı t-r dəyişikliklərinə davamlılıq. Örtüklərin qoruyucu səthə qarşı adqeziyası səthi qoruyucu örtüklərin və onların işləmə qabiliyyətinin əsas xarakteristikasıdır.

Adqeziya – iki eyni cinsli olmayan materiallar arasında yaranan birləşməyə deyilir. Hal-hazırda örtüyün alt qatı və qoruyucu səthin arasında birləşmə nəzərdə tutulur.

Bərklik – yerli deformasiyalara materialın xarici qatlarının müqavimətidir. Bərklik materialın bütövlüyünü mexaniki təsirlərdən (zərbə,cızıq,təzyiq) qoruyur

Yeyilməyə davamlılıq – təbəqə örtüyünün yeyilməsinə müqavimət göstərməkdir. Təbəqə örtüyünün yeyilməsi onun ayrı-ayrı hissəciklərinin səthin altından qopması ilə əlaqədardır.

Atmosfer çöküntülərinə qarşı davamlılıq – örtüyün atmosfer təsirinə (nəm, t-r, havanın oksigeni, qünəş şualanması) davamlılıq xüsusiyyətidir.

Yüksək və aşağı t-r dəyişikliklərinə davamlılıq – yüksək və aşağı t-ların təsiri altında örtüklərin öz xarici görkəmini saxlamaq və dağılmamaq xüsusiyyətidir.

Elastiklik - örtüklərin deformasiyanı saxlamaq bu deformasiyanı yaradan təzyiqin təsirini aradan qaldırandan sonra xüsusiyyətidir.

Lak-boya örtüklərinin istifadəsi zamanı onların dağılması köhnəlməsi baş verir. Bu hal lak-boya qatlarında xarici və daxili faktorlar təsiri altında fiziki və kimya proseslərinin qedişatı ilə bağlıdır. Lak-boya örtüklərinin köhnəlməsi üsulları: termiki köhnəlmə, yanmadan köhnəlmə, örtüklərin bioloji təsirlərdən dağılma, atmosfer təsirlərindən köhnəlmə. Lak-boya örtüklərinin dağılma növləri: köpüklənmə , korroziya, aşınma, çatlama, pullanma, səpgi.

Lak – boya materiallarının kimyəvi tərkib baxımından əsas və köməkçi materiallara bölünür. Əsas materiallara boya astarları, zamazka məmulatları, boyalar və laklar daxildir. Köməkçi materiallara isə boya çəkiləcək səthlərin hazırlanması və lak-boya səthlərinin təmizlənməsi üçün istifadə edilən mayelər aiddir.

Lak-boya örtüklərinin xarici görünüşünə görə səthlər 4 sinfə bölünür:

1-ci sinif səthlər eyni cinsli boyaya malik güsursuz səthlər olub tətbiq edilir. Bu səthlər pardaxlama əməliyyatına uğradılır.

2-ci sinfə həddindən çox kiçik güsurları olan səthlər aiddir.

3-cü sinif səthlər nahamarlıqları ilə xarakterizə edilir.

4-cü sinif isə boya qatının xüsusiyyətinə təsir göstərməyən açıq görünən defektlərlə qiymətləndirilir. Axırıncı iki sinif üzrə çərçivələr, oxlar, təkərlər, yük platformaları və s. hissələr boyalanır.

Lak – boya materiallarının tərkibini təşkil edən əsas komponentlər aşağıdakılardır: - bütöv və möhkəm boya qatı əmələ gətirmə qabiliyyətinə malik olan,lakin boyanın,onun astarının və zamaskanın əsasını təşkil edən nazik təbəgə yaradıcıları, təbəgə yaradıcıları kimi əsasən qətranlar və bitgi yağları tətbiq edilir; - piqmentlər, bu funksiyanı toz şəklinə çevrilmiş metal oksidləri, bəzi təbii qeyri-üzvi maddələr yerinə yetirir. Piqmentlərin əsas vəzifəsi boyalara lazım olan əlvanlığı verməkdir; - həlledicilər, maye şəkilli üzvi birləşmələrdən ibarət olan,lakları əmələ gətirən əridicilərdir; - müəyyən miqdarda həllediciləri əvəz edən,lak-boya mayeriallarının özlülüyünü azaldan durulducular; - lak-boya təbəqəsinin yaranma prosesini sürətləndirən maddələr – sikkativlər. Bu maddələr bərk və maye halında tətbiq edilir; - doldurucular, bunlar qarışıq kimi işlədilir, həddindən çox doymuş boyaların seyrəkləşdirilməsi funksiyasını yerinə yetirir. Boyaların və lakların istismar keyfiyyətlərini aşağıdakı göstəricilər xarakterizə edir: özlülük, quruma müddəti, yaxşı yapışma və səthə hopma qabiliyyəti, yaranan təbəqənin əyilmədə və dartılmada möhkəmliyi, boya qatının bərkliyi, yanacaq və yağların təsirinə davamlılığı, zəhərliliyi və yanğın təhlükəsizliyi. Lak-boya materiallarının optimal özlülüyü boyanın növündən asılı olaraq aşağıdakı sərhədlərdə dəyişir: batırma üsulunda 15-20 san., tozlandırıcı variantda 20-30 san., və fırça ilə işlədikdə 30-60 san. Özlülük yüksəldikcə boya qatının qalınlığı artır.




Download 75,34 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   25




Download 75,34 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar

Download 75,34 Kb.