• Reixrac əməliyyatları
  • Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti




    Download 244 Kb.
    bet4/18
    Sana04.04.2017
    Hajmi244 Kb.
    #2910
    TuriQaydalar
    1   2   3   4   5   6   7   8   9   ...   18
    Əmtəənin ixrac olunması onun bir ölkənin sərhədlərindən buraxılaraq, bazarına çıxarılacaq ölkənin sərhədlərindən həmin ölkənin ərazisinə buraxılmasını nəzərdə tutur. İxrac əməliyyatları o vaxt bitmiş hesab edilir ki, həm əmtəənin ixrac olunduğu, həm də onun idxal olunduğu ölkənin gömrük orqanları tərəfindən müəyyən gömrük prosedurları həyata keçirilmiş olsun və əmtəə kontragentin dövlət sərhədindən buraxılmış olsun. Həm də müvafiq dövlət orqanlarına ixrac barədə statistik hesabat üçün məlumatlar verilmiş olsun.

    İxrac deyəndə, statistik nöqteyi - nəzərindən aşağıdakılar başa düşülür:



    • ölkədə istehsal və ya hasil olunan, eləcə də əvvəllər emal olunmaq, qablaşdırılmaq məqsədilə xarici ölkədən gətirilmiş əmtəələrin ölkədən çıxarılması;

    • əvvəlcədən xarici ölkədən gətirilərək emal olunması gömrük orqanlarının nəzarəti altında həyata keçirilən əmtəələrin ölkədən çıxarılması;

    • əvvəlcədən xaricdən gətirilmiş, lakin ölkədə heç bir emala məruz qalmamış əmtəələrin ölkədən çıxarılması.

    Axırıncı halda əmtəələrin ölkədən çıxarılması reixrac adlanır. Reixrac əsasən beynəlxalq hərrac və əmtəə birjalarında satılan əmtəələrin ixracında istifadə olunur. Reixrac əməliyyatlarına həm də əmtəənin öz ölkəsinə gətirmədən həyata keçirilən əməliyyatlar daxildir. Reixrac əməliyyatları bir əmtəənin ayrı-ayrı ölkə bazarlarında müxtəlif qiymətlərə malik olmasından istifadə edən firmalar tərəfindən əlavə mənfəət əldə edilməsi üçün istifadə olunur.

    Firma öz əmtəələrini müntəzəm və qeyri-müntəzəm şəkildə ixrac edə bilər. O bunların həyata keçirilməsi üçün öz ölkəsinin xarici bazara əmtəə çıxarılması ilə məşğul olan ixracatçı tacirlərinin, ixrac üzrə agentlərin, beynəlxalq marketinq vasitəçilərinin və sairənin xidmətlərindən istifadə etməklə, yaxud da özü sərbəst şəkildə heç kəsin xidmətlərindən istifadə etmədən xarici bazara əmtəə ixrac etməklə məşğul ola bilər.





    Download 244 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   18




    Download 244 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti

    Download 244 Kb.