Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti




Download 244 Kb.
bet6/18
Sana04.04.2017
Hajmi244 Kb.
#2910
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   18
Bilvasitə (dolayısı ilə) ixrac- firmanın ölkənin ixracatçı tacir və agentləri, eləcə də müstəqil beynəlxalq marketinq vasitəçilərinin xidmətlərindən istifadə etməklə öz əmtəəsini ixrac etməsidir. Bunun üstünlüyü ondan ibarətdir ki, firma əmtəənin ölkədən çıxarılmasına, nəqliyyata, əmtəənin xarici ölkədə anbarlaşdırıl-masına, stimullaşdırılmasına, alıcı axtarılmasına xərc çəkmir. Lakin o əmtəənin ixracından əldə edilən mənfəəti vasitəçilərə güzəştə gedir. Bu strategiyadan adətən kiçik və orta, eləcə də öz ixrac fəaliyyətinə yenicə başlayan firmalar geniş istifadə edirlər.

Bu halda, göründüyü kimi firmaya xaricdə öz ticarət aparatını yaratmaq, bölgü kanalları və əlaqələr şəbəkəsini qurmaq üçün əlavə kapital qoymaq tələb olunmur. Bundan əlavə, xarici bazara çıxan firma orada beynəlxalq marketinqlə məşğul olmaqda o qədər şəriştəsi olmadığından yol verə biləcəyi səhvlərdən sığorta olunmuş olur.

Bilvasitə ixrac (indirect exporting) prosesində aşağıdakı variantlardan istifadə etmək mümkündür:


  1. öz ölkəsinin vasitəçisi-ixracçısı istehsalçıdan əmtəəni alır və sonra onu xaricə satır;

  2. öz ölkəsinin agenti-ixracçısı komisyon haqqı almaq ümidi ilə xaricdə əmtəəyə alıcı axtarır və onunla əmtəə göndərilməsi barədə razılığa gəlir. Ticarət firmalarıda bu qrupa daxil olur.

  3. təşkilat bir neçə istehsalçı adından, qisməndə onların inzibati nəzarəti altında ixrac əməliyyatı həyata keçirir;

  4. idarəedici ixracçı firma razılaşdırılmış haqq əvəzində kompaniyanın ixrac fəaliyyətinə rəhbərlik edir.



Download 244 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18




Download 244 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Xarici bazarlara çıxış metodları İxrac və ixrac sövdələşmələrinin hazırlanması qaydaları. Müştərək sahibkarlıq fəaliyyəti

Download 244 Kb.