İxrac sövdələşmələrinin hazırlanması qaydaları




Download 244 Kb.
bet8/18
Sana04.04.2017
Hajmi244 Kb.
#2910
TuriQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
İxrac sövdələşmələrinin hazırlanması qaydaları. Kontragentlərlə birbaşa əlaqələrə əsaslanan ixrac sövdələşmələrinin hazırlanması prosesində satıcı-ixracçı potensial alıcı-idxalçı ilə əlaqə yaratmaq üçün aşağıdakı üsullardan istifadə edə bilər;

  • bir və ya bir neçə xarici potensial alıcıya təklif (oferta) göndərmək;

  • alıcının sifarişini qəbul edib təsdiq etmək;

  • alıcının tələbatına cavab olaraq gələcək müqavilənin şərtlərini ona göndər-mək;

  • tenderlərdə iştirak etmək;

  • milli və beynəlxalq sənaye-ticarət sərgilərində və yarmarkalarda iştirak etmək;

  • mümkün alıcıya müqavilə bağlamaq niyyəti olması barədə məktubla müraciət etmək;

  • kütləvi informasiya vasitələrində reklam elanları yerləşdirmək.

  • potensial alıcılara təklif edə biləcəyi əmtəələrin kataloqlarını, prospektlərini, preyskurantları göndərmək və idxalçı ölkədə reklam kampaniyaları təşkil edib keçirmək.

Beynəlxalq marketinq fəaliyyətində və ümumiyyətlə kommersiya əməliyyat-larında oferta deyəndə satıcının öz şərtləri əsasında, müəyyən əmtəə partiyasının satışı barədə potensial alıcıya göndərdiyi təklif nəzərdə tutulur. Potensial və ya mövcud alıcıya belə təklif göndərən fiziki və ya hüquqi şəxslər oferent adlanırlar.

Ofertada əks etdirilən əsas şərtlər bunlardır:

- əmtəənin adı, miqdarı, texniki-iqtisadi göstəriciləri, qiyməti, göndərilmə şərtləri və vaxtı, əmtəənin dəyərinin satıcı tərəfindən ödənilməsi şərtləri, qablaş-dırmanın və qabın (örtüyün) xarakteri, təhvil-təslim qaydası, göndərmənin ümumi qaydası, nəqliyyat növü və s.

Ofertada mütləq göstərilməlidir ki, alıcının ofertanın şərtləri ilə razı olduğu təqdirdə, firma ofertanın şərtlərindən kənara çıxmayacaqdır.

Beynəlxalq marketinq praktikasında qeyri-müəyyən şəxslər dairəsinə göndərilən təkliflər oferta deyil, oferta etməyə dəvət kimi qəbul olunur, ofertanın məzmunu dəqiq qısa və aydın olmalı, qeyri-müəyyənliyə yol verilməməli və onun müxtəlif növ təfsirinə imkan yaradılmamalıdır.

Əvvəllər bir-biri ilə ticarət əlaqəsi olan firmalar arasında oferta mübadilə-sində bütün əsas şərtlərin göstərilməsi vacib deyil. Bu halda əvvəlki ofertaya istinad etməklə əmtəənin adı, miqdarı, qiyməti və göndərilmə vaxtının göstərilməsi kifayətdir.

Xarici kontragentlərlə əlaqə yaradarkən iki növ ofertadan istifadə olunur: qəti oferta, azad oferta.



Download 244 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Download 244 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İxrac sövdələşmələrinin hazırlanması qaydaları

Download 244 Kb.