Azərbaycanda qara metallurgiya sənayesinin təşəkkülü və müasir inkişaf istiqamətləri




Download 0.53 Mb.
bet5/13
Sana25.03.2017
Hajmi0.53 Mb.
#2252
TuriXülasə
1   2   3   4   5   6   7   8   9   ...   13
4.Azərbaycanda qara metallurgiya sənayesinin təşəkkülü və müasir inkişaf istiqamətləri

Azərbaycanda qara metallurgiya sənayesi əsasən II dünya müharibəsindən sonra yaranmağa başlamışdır. 1952-ci ildə Sumqayıt Boruyayma Zavodu (indiki“Azərboru”ASC), 1954-cü ildə isə Daşkəsən dəmir filizi mədəni və Filizsaflaşdırma zavodu işə düşdü. Mingəçevir Su-Elektrik Stansiyasının işə salınması ucuz enerji təminatı yaratdı, köməkçi istehsal sahələrinin yaranması isə qara metallurgiya sənaye kompleksini formalaşdırdı.

Hazırda respublikada müəyyən potensiala malik olan qara metallurgiya sənayesi mövcuddur. Sovet dövründə bu sahədə neft çeşidli və ümumi təyinatlı tikişsiz polad borular istehsal edən Azərboru, müxtəlif polad məmulatlar istehsal edən Bakı Poladtökmə, fasonlu tökmələr üzrə Elektrosentrolit kimi müəssisələr fəaliyyət göstərmişlər. Eyni zamanda, maşınqayırma zavodlarının tərkibində onları müxtəlif tökmələrlə təmin edən poladtökmə istehsalat sahələri də mövcud olmuşdur .

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu müəssisələrdə keçmiş ittifaq müəssisələri ilə kooperasiya əlaqələrinin pozulması və texnologiyanın köhnə olması səbəblərindən istehsal fəaliyyəti aşağı düşmüşdür və hazırda layihə gücündən xeyli aşağı səviyyədə fəaliyyət göstərirlər.

Hazırda “Azərboru” ASC-də istehsalatın səmərəliliyini təmin etmək üçün poladəritmə prosesi ümumi tsikldən çıxarılmış, Rusiyadan və Ukraynadan idxal edilən boru pəstahlarından istifadə etməyə üstünlük verilmişdir. Yenidənqurma işlərinin (250-1 boruyayma aqreqatının, MSC-25 tipli 2 ədəd dəzgahın, köməkçi sexlərin, infrastrukturun və s. təmiri və bərpası) aparılması nəticəsində 2005-2011-ci illərdə müəssisədə 80 min ton ümumi təyinatlı, 127 min ton qoruyucu və 1,7 min ton nasos-kompressor boruları istehsal edilmişdir. İstehsal olunan boruların əsasını yeni neft çeşidli borular təşkil edir. Müəssisə İSO 9001-2008 keyfiyyəti idarəetmə sistemi əsasında fəaliyyət göstərir. Həmçinin Rusiya Federasiyasının Dövlət Standartları tərəfindən müəssisənin məhsullarına uyğunluq sertifikatı, məhsulun Rusiyada tətbiqinə “Ekoloji, Texnoloji və Atomanəzarət Rusiya Federal” təşkilatı tərəfindən icazə verilmişdir. İstehsal olunan məhsul əsasən Rusiya, Qazaxıstan, Türkmənistan, Ukrayna, İran kimi ölkələrə ixrac edilir [9, 11, 20].

Müəssisənin əsas prioritet istiqamətləri məhsul çeşidinin genişləndirilməsi yolu ilə istehsal və satış həcminin artırılmasından, məhsulun keyfiyyətinin beynəlxalq standartlara cavab verməsinin təmin edilməsindən və xərclərin minimuma endirilməsindən, bununla da müəssisənin rentabelliyinin artırılmasından və investor baxımından cəlbediciliyinin yüksəldilməsinin təmin edilməsinə nail olmaqdan ibarətdir.

“Bakı Poladtökmə” müəssisəsində poladəritmə prosesi aparılır və müxtəlif çeşidli polad tökmələr (külçələr, pəstahlar) istehsal edilir, onların əsasında isə müxtəlif ölçülü bucaqlıqlar, profillər, ikitavrlar, şvellerlər, armaturlar, dəyirmi pəstahlar, katankalar, neft sənayesində istifadə olunan 300-700 atmosfer təzyiqə davamlı siyirtmə gövdələri və s. istehsal edilir. Müəssisədə istehsal olunan məhsullar yüksək keyfiyyət tələb olunan yerlərdə istifadə olunur və bu məhsullar AZS və SGS - sertifikatlarına layiq görülmüşdür. Hazırda müəssisənin Azərbaycanda və xaricdə xeyli partnyoru vardır. Əsas məqsəd yerli və xarici istehlakçıların tələblərinin ödənilməsi məqsədi ilə müasir tələblərə cavab verən yüksək keyfiyyətli və geniş çeşidli istehsal imkanlarına malik olmaqdan ibarətdir. İstehsalatın müasirləşdirilməsi və yeni iş yerlərinin açılması üçün müəssisədə investisiya qoyuluşu hər il artmaqdadır [22].

Ölkədə aparılan uğurlu inkişaf strategiyası və neft amili qara metallurgiya sənayesinin inkişaf etdirilməsinə, müasir texnologiyalar əsasında qurulan yeni müəssisələrin yaranmasına səbəb olmuşdur [11, 18].


“Baku Steel Company” şirkəti qısa zamanda metal qırıntıları əsasında istehsal gücü ildə 350,0 min ton olan müasir poladəritmə kompleksi yaratmışdır. Müəssisə müstəqillik dövründə inşa edilmiş ilk müasir və yüksək istehsal gücünə malik poladəritmə kompleksidir. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə işə başlayan müəssisə bu illər ərzində iki milyon tondan artıq inşaat armaturu istehsal etmişdir. Şirkətin istehsal etdiyi polad məhsullar (inşaat armaturu və polad pəstahlar) daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər regionlarda satılmış və inşaatçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

Qeyd olunmalıdır ki, ötən əsrin sonlarından başlayaraq, Avropada yayma prosesində termomexaniki üsulla möhkəmləndirilmiş azkarbonlu polad armaturların geniş tətbiqi ilə əlaqədar Almaniyanın, Moldovanın, Türkiyənin, Rusiyanın və yerli mütəxəssislərin səyi ilə şirkətdə müasir istehsalat sahəsi yaradılmış və burada termomexaniki üsulla azkarbonlu poladdan yüksəkkeyfiyyətli inşaat armaturları istehsal edilir.

Respublikanın paytaxtı Bakıda və regionlarında çoxmərtəbəli binaların, mədəniyyət və idman mərkəzlərinin, körpülərin, yolların və s. infrastruktur obyektlərinin tikintisi layihələrinin böyük sürətlə həyata keçirilməsi inşaat materialları və inşaatyönlü polad məhsullar istehsal edən müəssisələrin qarşısında qabaqcıl beynəlxalq texnologiyaları tətbiq etmək, məhsulun keyfiyyətini daha da yüksək standartlara çatdırmaq kimi vacib vəzifələr qoymuşdur. Bununla bağlı “Baku Steel Company” şirkətində əsaslı yenidənqurma işləri aparılaraq müəssisənin  istehsal gücü ildə 770 min tona çatdırılmışdır. Polad məhsullarına daxili və xarici bazarın tələbatını nəzərə alaraq, müəssisədə məhsulun çeşidi genişləndirmiş, inşaat armaturları ilə yanaşı künclük, şveller, ikitavr, katanka, məftil istehsalı nəzərdə tutulur [4, 20].

Şirkət tərəfindən Bakı və Gəncə şəhərində oksigen zavodu inşa edilmiş, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhər və rayonlarda qara metal qırıntıları toplayan və emal edən məntəqələr yaradılmışdır. Bu məntəqələr həm də ölkənin quru ərazisini illərlə yığılıb qalmış pas atmış qara metal qırıntı və tullantılarından, Xəzər dənizinin akvatoriyasını istismar müddətini başa vurmuş gəmilərin və neft hasilatı qurğularının qırıntı və tullantılarından təmizləyərək, bununla da ətraf mühitin ekoloji sağlamlaşdırılmasına müsbət təsir göstərilməsi tədbirlərini həyata keçirirlər.

Respublikada qara metallurgiya sahəsində digər müəssisələr (“Xəzər Boru” MMC və s.) də mövcuddur ki, onlar da real sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayırlar [13, 18].

Aşağıda Azərbaycan Respublikasında son 10 ul ərzində polad boru və inşaat armaturu istehsalını dinamik əks etdirən qrafik verilmişdir.





Download 0.53 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13




Download 0.53 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycanda qara metallurgiya sənayesinin təşəkkülü və müasir inkişaf istiqamətləri

Download 0.53 Mb.