• Məhsullar Ölçü vahidi 2003
  • Qara metaldan məftil və katanlar
  • Qeyri-cins poladdan soyuq əyilmiş profillər
  • Paslanmayan poladdan soyuq formalı profillər
  • Cədvəl 1 2003-2013-cü illərdə Azərbaycan Respublikasında




    Download 0.53 Mb.
    bet7/13
    Sana25.03.2017
    Hajmi0.53 Mb.
    #2252
    TuriXülasə
    1   2   3   4   5   6   7   8   9   10   ...   13
    Cədvəl 1
    2003-2013-cü illərdə Azərbaycan Respublikasında

    digər qara metallurgiya məhsullarının istehsalı dinamikası


    Məhsullar

    Ölçü vahidi

    2003

    2005

    2010

    2011

    2012

    2013

    Polad tökmə

    min ton

    56,4

    286,1

    306,5

    379,1

    444,2

    252,4

    Qara metaldan məftil və katanlar

    ton

    874,6

    449,8

    401,7

    498,8

    323,2

    483,9

    Qeyri-cins poladdan soyuq əyilmiş profillər

    ton

    8891,7

    10380,3

    1875

    1982

    83,9

    1801,6

    Paslanmayan poladdan soyuq formalı profillər

    ton

    0,0

    0,0

    2053,3

    7732,1

    7824,8

    9034,3

    Tökmə çuqun

    ton

    954,2

    1630,6

    1012,0

    597,0

    1293,0

    1915,6


    Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəlliflər tərəfindən hazırlanmışdır.
    Cədvəl məlumatlarından göründüyü kimi, ölkənin qara metalurgiya sənayəsi yalnız polad boru və inşaat armaturu deyil, həm də geniş çeşiddə məftil və katanlar, qeyri-cins poladdan soyuq əyilmiş profillər, paslanmayan poladdan soyuq formalı profillər, tökmə çuqun və s. istehsalı sahələrindən də ibarətdir. Bu sahələrin əksəriyyətində isə inkişaf meylləri mövcuddur.

    Azərbaycanda neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar yaradır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azərtexnolayn” MMC-nin Polad Boru Zavodu qara metallurgiya sənayesinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Müəssisədə müxtəlif diametrli polad borular istehsal ediləcəkdir. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyaları əsasında ildə 75 min ton polad boru istehsalı nəzərdə tutulur. Burada hazırlanacaq polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaq. İstehsal prosesində xammal kimi 30 tonluq rulonlar (polad lövhə) tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır. Qaynaq prosesi bitdikdən sonra boru xüsusi müayinədən keçir. Sonrakı mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır və boyama sahəsinə ötürülür. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün mühüm vasitə olan rentgen müayinəsi aparatı da quraşdırılmışdır. Zavodda istehsal olunacaq boruların diametri 400-2000 millimetr, qalınlığı 6-25 millimetr, uzunluğu isə tələbata uyğun olaraq 6-16 metr arasında dəyişəcək. Burada istehsal edilən polad boruların əvvəlcə daxili bazarda olan tələbatın ödənilməsinə yönəldilməsi nəzərdə tutulur. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır [14, 15, 21].

    Hazırda respublikanın indiki metallurgiya müəssisələrində tətbiq olunan texnologiyaya görə xammal kimi əsasən metal qırıntı və tullantılarından istifadə etməklə məhsul istehsal edilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar müasir dövrün tələblərinə cavab verən yeni istehsal müəssisələrinin tikilməsi texnoloji və iqtisadi cəhətdən öz əhəmiyyətini itirmiş köhnə zavodların sökülməsini labüd edir. Bunun nəticəsində respublikada milyonlarla ton qara metal qırıntısı ehtiyatları yaranır ki, bu da qara metallurgiya müəssisələrinin xammalla təminatına hələ uzun müddət imkan verəcəkdir. Qara metal qırıntısından xammal kimi istifadə etməklə istehsal olunan məhsullar keyfiyyət baxımından müəyyən standartlara cavab verir və bu məhsulların bir çox tətbiq sahələri vardır. Bununla yanaşı, müasir dünya standartlarının tələblərinə tam cavab verməsi və son məhsulun rəqabət qabiliyyətinin artırılması, ixracyönlü olması baxımından respublikada poladəritmə sənayesinin inkişaf etdirilməsi labüddür.

    Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamı ilə səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması respublikada qara metallurgiyanın inkişafında yeni mərhələnin başlanmasına yol açmışdır. Tərkibinə “Daşkəsən Filizsaflaşdirma” ASC-nin də daxil olduğu bu kompleksin fəaliyyəti Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsi, tikintisi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin həyata keçirilməsindən ibarətdir. Bu strateji layihənin mahiyyəti qara metallurgiyanın inkişafının əsası sayılan istehsalata müasir texnologiyanın cəlb edilməsi, stabil xammal bazasının yaradılması və ölkəmizdə böyük ehtiyatlara malik olan (230,0 milyon tondan artıq) dəmir filizindən yüksək keyfiyyətli polad istehsalını təşkil edərək daxili və xarici bazara rəqabətqabiliyyətli polad məmulatları təklif etməkdir [5, 14, 16, 18].

    Yeni kompleksin xammal bazası olan “Daşkəsən Filizsaflaşdırma” müəssisəsinin işinin yenidən qurulması vacib məsələlərdəndir. Hazırda müəssisədə istehsal bərpa edilərək 300 nəfərdən artıq işçi istehsalata cəlb edilmiş, ayda 18-20 min ton 61,0%-li dəmir konsentratı istehsal edilir. Tikintisi 1948-ci ildə başlamış Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatı (indiki “Daşkəsən Filizsaflaşdırma”ASC) 1954-cü ildən dəmir filizi konsentratı istehsal etməyə başlamışdır. Müəssisədə 1954-1970-ci illərdə elektromaqnit üsulu ilə, quru halda dəmir filizi konsentratı istehsal edilmişdir. Sonradan texnoloji yenilik tətbiq edilərək, 1970-1974-cü illərdə həm quru, həm də nəm halda elektromaqnit üsulu ilə, 1974-cü ildən isə nəm halda elektromaqnit üsulu ilə dəmir filizi konsentratının (tərkibində dəmirin miqdarı 60,3%) istehsalına keçilmişdir. İstehsal olunan dəmir konsentratı asma hava-kanat yolu ilə müəssisədən 7 kilometr məsafədə yerləşən Quşçu dəmir yolu stansiyasına daşınaraq, oradan dəmir yolu vasitəsilə istehlakçıya göndərilmişdir. 2001-ci ildə kombinatın bazası əsasında “Daşkəsən Filizsaflaşdırma”ASC yaradılmış sonrakı illərdə müəssisədə əsaslı təmir bərpa işləri aparılmışdır. Müəssisənin əsas istehsal məhsulu, qeyd edildiyi kimi, dəmir filizi konsentratı və xırdalanmış dəmir filizidir. Bundan başqa istehsal zamanı çınqıl və but daş da (iri daş) əldə edilir. Hazırda müəssisənin illik istehsal gücü - 900 min ton dəmir konsentratı, 300 min ton çınqıldır. Böyük həcmli dəmir filizi ehtiyatlarının olması, eyni zamanda, dəmir filizi mədənlərinin bilavasitə yaxınlığında dəmir filizi konsentratı istehsal edən müasir tələblərə cavab verən müəssisənin mövcudluğu və məhsulun birbaşa dəmir yolu ilə daşınması şəraitinin olması respublikanın qara metallurgiya sənayesinin iqtisadi səmərəli və rəqabət qabiliyyətli olması üçün əsas amillərdən biridir [6, 18].

    Polad istehsalının iqtisadi və ekoloji cəhətdən daha səmərəli həyata keçirilməsi üçün istehsal edilən dəmir konsentratının tərkibində dəmirin miqdarının 68,0 %-ə və daha yüksək səviyyəyə yüksəldilməsi məqsədəuyğundur. Bu isə domna sobasına ehtiyac olmadan polad istehsalının təşkilinə şərait yaradacaqdır. Yeni yaradılan kompleksin əsas texnoloji yeniliyi məhz bundan ibarətdir. Digər əsas məsələ isə Gəncə şəhəri yaxınlığında filizdən birbaşa qeyd edilən texnologiya əsasında keyfiyyətli polad istehsal edə bilən poladəritmə zavodunun yaradılmasından ibarətdir ki, bu iş də artıq başlanılmışdır. Burada həmçinin müxtəlif polad məmulatlarının istehsalı da nəzərdə tutulur.


    Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycanda qara metallurgiya sənayesinin perspektiv inkişaf sxemi şəkildə göstərildiyi kim təsvir olunur.








    Download 0.53 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   13




    Download 0.53 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Cədvəl 1 2003-2013-cü illərdə Azərbaycan Respublikasında

    Download 0.53 Mb.