Әlavә mәlumat nişanları (lövhәciklәr)




Download 0,58 Mb.
bet43/50
Sana22.10.2020
Hajmi0,58 Mb.
#12179
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

Әlavә mәlumat nişanları (lövhәciklәr)


7.1.1, 7.1.2, 7.1.3, 7.1.4. Obyektә qәdәr mәsafә. 7.1.1 - hәrәkәt istiqamәti üzrә nişandan qabaqda olan tәhlükәli sahәyә kimi, tәtbiq edilәn mәhdudiyyәtlәrin başlanğıcına kimi ya obyektә (yerә) kimi qalan mәsafәnigöstәrir. 7.1.2 - 2.4 nişanından yolayrıcına kimi (әgәr qarşıdakı yolayrıcının önündә 2.5 nişanı quraşdırılmışdırsa) olan mәsafәni göstәrir. 7.1.3, 7.1.4 - yoldan kәnarda olan obyektә kimi mәsafәni göstәrir.
7.2.1, 7.2.2, 7.2.3, 7.2.4, 7.2.5, 7.2.6, 7.2.7. Qüvvәdә olma zonası. 7.2.1-

xәbәrdarlıq nişanları ilә göstәrilmiş tәhlükәli sahәnin ya qadağan mәlumatverici-göstәrici nişanların qüvvәdә

olduğu sahәnin mövcud uzunluğunu göstәrir. 7.2.2 3.27-3.30 qadağan nişanlarının qüvvәdә olduğu sahәni göstәrir. 7.2.3 - 3.27-3.30 qadağan nişanlarının qüvvәdә olduğu sahәnin qurtaracağını göstәrir, yәni nişanların qüvvәdә olduğu sahә ancaq ona kimidir. 7.2.4 sürücülәri mәlumatlandırır ki, onlar 3.27-3.30 qadağan nişanlarının qüvvәdә olduğu sahәdә yerlәşirlәr, yәni nişanların qüvvәdә olduğu sahә hәm nişana kimi, hәm nişandan sonra mövcuddur. 7.2.5, 7.2.6 meydanın hәr hansı bir tәrәfindә, binanın fasad hissәsi qarşısında bunlara oxşar yerlәrdә 3.27-3.30 qadağan nişanlannın qüvvәdә olduğu sahәni vә istiqamәti göstәrir.
7.3.1, 7.3.2, 7.3.3. Qüvvәdә olma istiqamәti. Yolayrıcları qarşısında quraşdınlmış nişanların tәsir istiqamәtlәrini vә ya nişanlarla göstәrilәn vә bilavasitә yola yaxın olan obyeklәrә hәrәkәtin istiqamәtini göstәrir.
7.4.1, 7.4.2, 7.4.3, 7.4.4, 7.4.5, 7.4.6, 7.4.7. Nәqliyyat

vasitәsinin növü. Bu lövhәlәr birgә quraşdırıldıqları nişanların qüvvәsinin hansı növ NV-nә şamil edilmәsini göstәrir.

7.4.1 lövhәsi quraşdırıldığı nişanın qüvvәsini icazә verilmiş maksimum kütlәsi 3,5 t-dan artıq olan yük avtomobillәrinә (vә hәmçinin onlar qoşqu aparan zaman), 7.4.2. nişanı qoşqu aparan minik avtomobilinә şamil edilmir, 7.4.3 lövhәsi isә minik avtomobillәrinә hәm icazә verilmiş maksimum kütlәsi 3,5 t-dan artıq olmayan yük avtomobillәrinә şamil edir.


7.5.1. Şәnbә, bazar vә bayram günlәri. 7.5.2. İş günlәri.

7.5.3. Hәftәnin günlәri.

7.5.4, 7.5.5, 7.5.6, 7.5.7. Qüvvәdә olma vaxtı.

Bu lövhәlәr birgә quraşdırıldıqları nişanların qüvvәsinin hәftәnın hansı günündә, hәftәnın hansı gününün ya sutkanın hansı zaman әrzindә qüvvәdә olduqlarını dәqiqlәşdirir.
7.6.1, 7.6.2, 7.6.3, 7.6.4, 7.6.5, 7.6.6, 7.6.7, 7.6.8,

7.6.9. Nәqliyyat vasitәlәrinin duracağa qoyulma üsulu. 7.6.1 lövhәsi göstәrir ki, bütün NV hәrәkәt hissәsindә bordürә (sәkiyә) paralel onun yanında duracağa qoyulmalıdır. 7.6.2-7.6.9 lövhәlәri isә ancaq minik avtomobillәrinin (icazә verilmiş maksimum kütlәsi 3,5 t-dan az olan yük avtomobillәri nәzәrә alınmır) motosikletlәrin sәkidә vә sәkikәnarı duracaqda parklanma üsulunu göstәrir.
7.7. İşlәmәyәn mühәrriklә durma. 5.15 nişanı ilә işarәlәnmiş duracaqda ancaq mühәrrik söndürülmüş vәziyyәtdә durmağa icazә verilir.
7.8. Pullu xidmәtlәr. Bu lövhә göstәrir ki, tәqdim edilәn xidmәt pulludur.

    1. Durma müddәtinin mәhdudlaşdırılması. Bu lövhә 5.15 nişanı ilә işarәlәnmiş duracaqda maksimum durma vaxtını göstәrir.

    2. Avtomobillәrә baxış üçün yer. Bu lövhә 5.15 ya 6.11 nişanı ilә işarәlәnmiş sahәdә avtomobillәrә baxiş üçün estakadanın (qazmanın) olmasını göstәrir.


7.11. İcazә verilәn kütlәnin mәhdudlaşdırılması. Bu lövhә birgә quraşdırıldığı nişanın qüvvәsinin icazә verilmiş maksimum kütlәsi lövhәdә göstәrilәn hәddәn artıq olan NV-ә şamil olunduğunu bildirir.

7.12. Tәhlükәli yol qırağı. Bu lövhә 1.23 nişanı ilә birgә quraşdırılır xәbәrdar edir ki, yolda tәmir işlәrinin aparılması ilә әlaqәdar olaraq yol çiyninә (hәrәkәt hissәsindәn sağ tәrәfә) çıxmaq tәhlükәlidir.


7.13. Baş yolun istiqamәti. Yolayrıcında baş yolun istiqamәtini göstәrir.

7.14. Hәrәkәt zolağı. Nişanın vә ya svetoforun hansı hәrәkәt zolağına şamil edildiyini göstәrir.

7.15. Kor piyadalar. Piyada keçidindәn korların istifadә etmәlәrini bildirir. Bu lövhә 1.20,

5.16.1 5.16.2 nişanları ilә tәtbiq edilir.



7.16. Yaş örtük. Bu lövhә bildirir ki, hәrәkәt hissәsinin sәthi yaş olan müddәt әrzindә onunla birgә quraşdırılmış nişan qüvvәdә olur.
7.17. Әlillәr. Bu lövhә bildirir ki, 5.15 nişanının qüvvәsi ancaq "Әlillәr" tanınma nişanı ilә tәchiz olunmuş motokolyaska vә avtomobillәrә şamil edilir.
7.18. Әlillәrdәn başqa. Bu lövhә bildirir ki, onunla birgә quraşdırılan nişanların qüvvәsi "Әlillәr" tanınma nişanı ilә tәchiz olunmuş motokolyaskaavtomobillәrә şamil edilmir.
7.19. Faranın yaxın işığı ilә hәrәkәt.

Download 0,58 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Download 0,58 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Әlavә mәlumat nişanları (lövhәciklәr)

Download 0,58 Mb.