" vor/dme" Tələbə: Müəllim: Mehdiyeva Günayya baki- 2021 vor




Download 0.67 Mb.
Sana30.05.2023
Hajmi0.67 Mb.
#67195
Bog'liq
lab-4
Həbib-1

Azərbaycan Hava Yolları QSC
Milli Aviasiya Akademiyası

Laboratoriya iş № 4
Fakültə: “ Hava nəqliyyatı "
Qrup: "1138a"
İxtisas: “ Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ”
Fənn: " Hava gəmilərinin rabitə naviqasiya və radiolokasiya sistemləri "
Mövzu: " VOR/DME"
Tələbə:
Müəllim: Mehdiyeva Günayya

BAKI- 2021


VOR
Çox yüksək tezlikli hər tərəfə istiqamətlənmiş azimut radiomayakı (VOR) hava gəmilərini yaxın və orta məsafədə idarə etmək üçün beynəlxalq naviqasiya sistemi kimi istifadə olunan naviqasiya avadanlığıdır. Dopler effektindən və böyük bazalı antennadan istifadə etməklə VOR radiomayakının təkmilləşdirilməsindən alınan çox yüksək tezlikli hər tərəfə istiqamətlənmiş azimut radiomayakı DVOR, azimutun daha dəqiq təyin olunmasını təmin edir. DVOR radiomayakları adətən mürəkkəb coğrafi şəraiti olan rayonlarda istifadə olunur. VOR radiomayakının şüalandırdığı siqnal tezlikləri 30Hz olan iki sinusoidal gərginliklə modulyasiya olunur. 30 Hz tezlikli siqnallar siqnalın qəbul olunduğu istiqamətdən asılı olaraq təyin olunmuş faza sürüşməsinə malik olur. Faza sürüşməsi Şimal ilə yerüstü mayakdan HG-nə tərəf istiqamət arasındakı coğrafi bucağa (azimuta) bərabərdir. 30 Hz tezlikli rəqslərdən biri (dayaq siqnalı) azimutdan asılı deyil, hansı ki 30 Hz tezlikli ikinci rəqslərin (dəyişən faza siqnalı) fazası, azimutun dəyişməsinə uyğun olaraq birincinin fazasına nəzərən dəyişilir. Dayaq siqnalı və dəyişən faza siqnalı müxtəlif üsullarla modulyasiya olunur.

Şəkil 1.1. Dayaq və fazası dəyişən siqnal
VOR və ya DVOR radiomayakı bort radioqəbuledicisinin köməyi ilə pilotu aşağıdakı məlumatlarla təmin edir:
1. Maqnit şimalı istiqaməti ilə “yerüstü radiomayak-HG” istiqaməti arasındakı bucağı - Azimutu
2. HG-nin verilən kursdan (vəziyyət xəttindən) sağda və ya solda, və ya dəqiq kursda olmasını ğöstərən kursu.
3. HG-nin radiomayaka tərəf vəya ondan diğər istiqamətə tərəf uçmasını göstərən “ona tərəf/ondan kənara” indikasiyası.
VOR avadanlığını DME ilə birlikdə istifadə etmək olar ki, bu zaman VOR/DME stansiyası əmələ gəlir. Bu halda HG-nin yerinin təyin olunması tək bir VOR/DME stansiyası vasitısi ilə hayata keçirilə bilər. VOR avadanlığı 108...118 MHz tezlik diapozonunda işləyir. VOR-un tezliyini RMP(radio management panel)-dən daxil etmirlər.DME-nin tezliyini daxil edirlər və VOR avtomatik olaraq DME tezliyinə uyğunlaşır.Hər bir DME tezliyinə VOR tezliyi sinxronlaşdırılıb.VOR-un idarəetmə paneli uçuşun idarə pultudur(CDU). VOR-un informasiyaları RMİ(Radio Magnetic İndicattor),HSI(Horizontal Situation Indicator) və EFİS-də əks olunur.


DME
Məsafə ölçmə kanalıdır, HG-də yerüstü əvvəlcədən məlum olan radionaviqasiya nöqtəsinə qədər məsafəni HG-nin kabinasında əks etdirir. DME vasitəsilə əgər uçuş qeyd olunan nöqtə istiqamətində yerinə yetirilirsə, yer sürəti haqqında məlumat əldə oluna bilər. Hər HG-də DME qurğusu ancaq o qurğuya aid olan və təkrar olunmayan (digər təyyarələrdə) impuls ardıcıllığını yerüstü DME stansiyası istiqamətində şüalandırır və cavab siqnalının gecikməsi əsasında məsafəni təyin edir. Yerüstü DME stansiyası 50 mk san gecikməni əlavə etməklə cavab olaraq eyni təsadüfi impuls ardıcıllığını fəzaya göndərir. Məhz bu səbəbdən HG-nin DME qəbuledicisi digər təyyarələrə aid olan təsadüfi impuls ardıcıllıqlarını nəzərə almır. 50 mk san gecikmə kiçik məsafələrdə hesablamaları təmin etmək üçün tətbiq olunur. DME stansiyası eyni vaxtda 100 ədəd HG-nin DME qurğusuna xidmət apara bilər. Əgər təyyarələrin sayı 100-dən çoxdursa, bu halda yerüstü DME stansiyası öz həssaslıq səviyyəsini azaltmaqla daha yaxın olan təyyarələrə xidmət aparır.

Şəkil 1.2. HG-nin DME qurğusu
Download 0.67 Mb.




Download 0.67 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



" vor/dme" Tələbə: Müəllim: Mehdiyeva Günayya baki- 2021 vor

Download 0.67 Mb.