13. Poliqrafiya müəissələrində hansı nəqledici vasitələrdən istifadə olunur?




Download 82.93 Kb.
bet1/3
Sana10.05.2022
Hajmi82.93 Kb.
#20760
  1   2   3
Bog'liq
13 26 39 52 65


13.Poliqrafiya müəissələrində hansı nəqledici vasitələrdən istifadə olunur?
Poliqrafiya müəssisələri, yəni mətbəələr, nəşriyyatlar tərəfindən hazırlanmış nəşrlərin poliqrafik üsullarla çoxaldılmasını həyata keçirir. Onlar əlyazmaların qəbulu, onların korrektə və redaktə olunmasını, səhifələnmə və dizaynerlənməsini yerinə yetirir. Poliqrafiya müəssisələrində çap formalarının hazırlanması, nəşrlərin cap prosesi vasitəsilə tirajının coxaldıması, kitabların və bu tip nəşrlərin bloklarının sap və ya yapışqanla bərkidilməsi, artıq hissələrinin kəsilməsi, cildləmə və broşürləmə əməliyyatlarının hazır məhsulunun qablaşdırılması və sifarişçilərə təhvil verilməsi işləri yerinə yetirilır. Poliqrafiya məhsullarının istehsal olunması əsasən aşagıdakı əməliyyatlar və proseslərdən ibarətdir: 1) Mətn və təsviri informasiya orijinallarının emalı 2) Fotoformaların hazırlanması və onlardan çap formalarının alınması 3) Tirajın çap olunması 4) Broşürləmə və cildləmə əməliyyatlarının yerinə yetirilməsi Birinci iki kompleks əməliyyatlara çapaqədərki proseslər də deyilir. Bütün bu prosesləri yerinə yetirmək üçün poliqrafiya istehsalında sürətin və məhsuldarlıgın artırılması başlıca faktorlardan hesab olunur. Bu problemləri həll etmək üçün poliqrafiya müəssisələrində avadanlıgın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılmasından istifadə edilir. Müasir poliqrafiya istehsalının əsas amillərindən biri kompleks mexanikləşdirmə və avtomatlaşdırma, müasir avtomatik və elektron avadanlıqdan geniş istifadə etmə, avtomatik axın xətlərinin tətbiqidir. Mexanikləşdirilmiş avadanlıq əsas əməliyyatı mexanikləşdirilmiş şəkildə yerinə yetirməsinə baxmayaraq bu xətlərdə olan maşınlar əl ilə yüklənib boşaldılır. Yəni, kagız mexanikləşmiş maşından əl ilə emal zonasına verilir və hazır məhsul əşya stolundan əl ilə götürülür. İkinci avtomatlaşdırılmış axın xətlərində texnoloji əməliyyat avadanlıgı nəqledici vasitələrlə əlaqələndirilir. Nəqledici vasitələr kimi transpartyorlar, rolqonlar və s. bu kimi nəqletmə vasitələrindən istifadə edilir. Bu tip axın xətlərində emal olunan poliqrafiya məhsulları və həmçinin yarımfabrikatlar samonakladlar qurgusunun maqazinlərində yıgılır.

Download 82.93 Kb.
  1   2   3




Download 82.93 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



13. Poliqrafiya müəissələrində hansı nəqledici vasitələrdən istifadə olunur?

Download 82.93 Kb.