• İlkin qida mənbələri və onların əsas xarakteristikaları
  • Rabitə müəssisələrinin elektrik qida sistemləri
  • 1.Üçfazalı sistemlər haqqında ümumi məlumat




    Download 1.76 Mb.
    bet14/15
    Sana06.11.2020
    Hajmi1.76 Mb.
    #12322
    1   ...   7   8   9   10   11   12   13   14   15




    İlkin qida mənbələri və onların əsas xarakteristikaları

    Qalvanik elementlər ilkin qida mənbələridir. Bunlarda elektrik enerjisi elementin daxilində gedən elektrik enerjisinin hesabına əmələ gəlir. Onların işi metalın müsbət ionlarının elektrolit adlana məhlula (turüu, qələvi) keçməsinə əsaslanır. Pasta şəkilli elektrolitlər daha geniş yayılmışdır.

    Əgər elektrolit məhlula iki metal - sink və mis lövhələri salınmışsa, burada sink mənfi, mis müsbət yüklənər və onlar arasında potensiallar fərqi (e.h.q) yaranar. Yaranan e.h.q-sinin qiyməti elektrodların materialından, və elektrolidin konsentrasiya -sından asılıdır, elektodların ölçülərindən və konustruksiyasından asılı deyil.

    Çox vaxt ilkin qida mənbələri quru elementlər şəkilində hazırlanır. Məsələn kömür- sink elementində sink qutusuna kömür çubuğu salınır. Burada sink qutu elementin mənfi qütbü, kömür qütbü müsbət qütbüdür. Kömür çubuğun ətrafına döyülmüş manqan -peroksid dənəciklərindən ,qrafitdən və s ibarət naşatır məhlulunda isladılmış depolyarizatoru qoyulur. Sink və kömür çubuğu arasında yaranan potensiallar fərqi elementin e.h.q-si olur. Sənayedə aşağıdakı qalvanik elementlər istifadə edilir: manqans-sink kiçik ölçülü, onis- civə, mis-onis, civə- sink, gümüş-onis, gümüş -sink

    Qalvanik elementlər və onlardan hazırlanan batareyalar aşağıdakı xarakteristikalarla xarakterizə olunur.

    1. Mənbəyin tutumu -Boşalma şəraitimdə elementin verə biləcəyi elektrikin miqdarına elektrik tutumu deyilir. Elementin tutumu amper saatla( A ) ölçülür və Q=It düsturu vasitəsilə təyin edilir.

    2. Elementin daxili müqaviməti- elementin quruluşu və tipindən, istismar şəraitindən və s. asılıdır.

    3. Elementin öz-özünə boşalması- elementin tutumunun həm yüklənmə zamanı, həm də yüklənmə olmadıqda azalmasıdır. Bu boşalma elektrodlar arasında kifayət qədər olmaması, qarışığın olmasından və başqa kimyəvi reyaksiyaları nəticəsində əmələ gəlir.

    Göstərilən xarakteristikalardan başqa ilkin kimyəvi mənbələrin mexaniki və hava təsirlərinə dayanıqlığı da böyük əhəmiyyət kəsb edir . Qalvanik elementin şərti işarəsi aşağıdakı kimidir.

    + -


    63.Rabitə müəssisələrinin elektrik qida sistemləri

    Rabitə müəssisələrində normal elektrik təchizatını təmin etmək üçün kommutasiya cihazları bufer qida rejimində stabilizasiyaedici düzləndirici qurğularla qidalandırılır. Bu qurğular həm də yükə paralel qoşulmuş akkumlyator batareyalarını yükdən ayırmadan fasiləsiz doldurur.

    Bufer qida rejimi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş ola bilir. Mərkəzləşdirilməmiş sistemdən cihazlar ayrıca elektrik qida qurğusundan (EQQ) qidalanma tələb etdikdə istifadə edilir.

    Bufer rejimində qidalanmanın üstünlükləri aşağıdakılardır: cihazlar fasiləsiz elektrik enerjisi ilə təmin edilir; düzləndirici və çevirici qurğuların paralel qoşulması nəticəsində sonradan genişləndirmə imkanı olur; akkumlyator batareyasının yükə paralel qoşulması hesabına dinamik xarakteristikalar və sistemin dayanıqlığı yaxşılaşır. Bufer qida rejiminin əsas nöqsanı paylayıcı sistemin bahalığı və sistemdə baş verən itkilərdir.



    EQQ – nun bufer elektrik qidalandırma rejimindəki struktur sxemi göstərilmişdir 9şəkil1). Bu EQQ-in ən sadə sxemidir, lakin burada cıxış gərginliyi geniş diapozonda tənzimlənir. Sxemdə yükdəki gərginliyin də tənzimlənməsi nəzərdə tutulur. Yükdəki gərginlik VD1 – VD2 ventil qruplarının gərginliyə nəzarət qurğusu ilə idarə olunan A1,A2 kontaktorları vasitəsilə qısa qapanma yolu tənzimlənir.Normal halda A1,A2 kontaktorlarının kontaktları bağlıdır.



    Akkumlyator batareyasında gərginlik azalanda A1,A2 kontaktorları mərhələ - mərhələ ventil qruplarının qısa qapanmasını həyata keçirir. Bu sxem kifayət qədər sadə olsa da, f.i.ə - lı kiçikdir və kiçik güclər üçün nəzərdə tutulur. Sxem ±48V, ±60V,70A yüklü EQQ – da və ya ¬24V,100A yüklü EQQ – da tətbiq edilir.

    Əlavə ehtiyyat akkumlyator batareyasına malik elektrik qidalandırma sistemlərində normal elektrik təchizatı rejimində cihazların qidalandırılması BD (bufer düzləndirici) stabilləşdirici düzləndirici ilə aparılır. Bu halda akkumlyator batareyası VS tristoru vasitəsilə yükdən ayrılır və fasiləsiz doldurulma rejimində qalır. Dəyişən cərəyan mənbəyindən (şək. 1) qidalanma dayandırıldıq da və ya bufer doldurucuda (BD) qısa qapanma baş verdikdə VS tristoru akkumlyator batareyasını yükə qoşur. Akkumlyator batareyası işləyərək boşaldıqda onu doldurmaq üçün yükdən ayırmaq lazımdır. Belə qoşulma EQQ – nun tərkibindən gərginliyi tənzimləyən qurğuları çıxarmağa və sxemi sadələşdirməyə imkan verir. Bu sistem gərginliyi kifayət qədər geniş diapazonda tənzimlənənqida qurğularında,məsələn kiçik tutumlu birinci və ikinci nəsil ATS – da tətbiq olunur.



    İri həcmli AŞATS (avtomatik şəhərlərarası telefon stansiyası) müəssisələrdə böyük enerji tələb olunduqda və ya istehlakçılar geniş ərazi üzrə paylandıqda nadir hallarda ikişüalı qidalandırma sistemləri (şək.3 b) tətbiq edilir. Bir gərginlikdən qidalanan müxtəlif istehlakçı qrupların elektrik təchizatı birbaşa 2 və daha çoxstabilləşdirilmiş düzləndirici qurğularla həyata keçrilir. Bu düzləndirici qurğuların yarısının (sistemin bir şüasının) elektrik təchizatı daxili, müstəqil dəyişən cərəyan enerji mənbəyi ilə təmin edilir. Bu saman hər bir düzləndirici qurğu öz nominal gücünün 50% - dən az yüklənir. Enerji mənbələrindən biri sıradan çıxdıqda və onu ehtiyat qurğu ilə əvəz etmək lazım gəldikdə cihazlar digər şüadan qidalanmağa başlayır. Onda süanın düzləndirici qurğularının sayı iki dəfə artır və hər biri BУЛ tipli iki ədəd düzləndirici və ümumi süzgəclər şkafından ibarət ВУЛС – 2 (ВУЛС – 3) avtomat enerji çevrici qurğularından istifadə edilir. Bu qurğular rabitə müəssisələrinin cihazları arasında yerləşdirilir.

    Sistemin üstünlükləri: 24 və 21,2 V qida gərginliklərində cərəyanpaylayıcı şəbəkənin qiymətinin ucuz olması; Turşulu akkumlyatorlar olmadığına görə istismar şərtlərinin sadə olması.

    Sistemin çatışmayan cəhətləri: keçid rejimlərində EEQ – da istehsal olunan enerjinin pis keyfiyyətli olması və müəssisənin daha etibarlı enerji təchizatına ehtiyac duyması.

    İkişüalı akkumlyatorsuz qidalanma sistemi yalnız aşağıdakı şərtlərdə tətbiq edilə bilər: üç ədəd müstəqil enerji təchizat sisteminə malik olduqda; iki ədəd müstəqil xarici elektrik təchizatı mənbəyi və daxili avtomatlaşdırılmış dizel elektrostansiyası olduqda.



    Download 1.76 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   15




    Download 1.76 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1.Üçfazalı sistemlər haqqında ümumi məlumat

    Download 1.76 Mb.