• Pul axınlarının diskontlaşdırılması metodu
  • Bərabər səmərəli funksional analoq metodu
  • 2009 –cu ildə Respublikada qeydə alınmış yol-nəqliyyat hadisələri.
  • Yol - nəqliyyat hadisələri
  • AvtonəQLİyyat vasiTƏLƏRİNİn qiYMƏTLƏNDİRİLMƏSİNİn nəZƏRİ Əsaslari




    Download 0.53 Mb.
    bet3/4
    Sana24.03.2017
    Hajmi0.53 Mb.
    1   2   3   4

    EXW ( Franko zavod Ex – Works ) şərti. Bu şərtə görə satıcı öz müessisesində əmtəəni alıcıya təhvil verərək öz öhtəliyini yerinə yetirmiş olur.

  • FCA ( Franko – yük daşıyan ) şərti. Bu şərtə görə satıcı əmtəəni daşıma üçün gömrük rüsumlarını ödədikdən sonra razılaşdırılan məntəqədə yük daşıyana təhvil verir və öz öhtəliyini yerinə yetirmış olur.

  • FAS ( free alongside ship ) şərti. Bu şərtə görə satıcı əmtəəni limanda gəmi boyunca yerləşdirməlidir. Bu andan sonra satıcı öz öhtəliyini yerinə yetirmiş olur.

  • FOB ( free on board ) şərti. Bu şərtə görə satıcı limanda əmtəə daşıyan gəmini boşaltmağa təhvil verdiyi andan öz öhtəliyini yerinə yetirmiş hesab edir.

  • CFR ( cost and freight ) şərtinə görə sarıcı göstərilən təyinat limanına əmtəənin təchizatı üçün lazım olan məsrəfləri və fraxtı ödəməlidir.

  • CİF ( insurance , freight ) şərti CFR şərtində verilən öhtəlikləri və daşınma zamanı əmtəənin zədələnmələrdən və ya zay olmadan risklərin dəniz sığortalanmasını təmin edir.

  • CPT ( carriage paid to ) şərtinə görə satıcı göstərilən təyinat terinə qədər əmtəəni daşəmağa görə fraxt ödəyir. Əmtəənin yük daşıyana təhvil verildikdən sənra xərclərin istənilən artımı ilə bağlı risklərə görə öhtəlik satıcıdan alıcıya keçir.

  • DEQ ( delivered ex quality ) şərtinə görə liman körpüsündə təchizat şərtinə görə satıcı razılaşdırılmış təyinat limanının körpüsündə daşınması zamanı gömrük rüsumlarından təmizlənmiş əmtəələrin alıcıya təhvil verdiyi andan təchizat üzrə özünün öhtəliyini yerinə yetirilmiş hesab edir.

    Qiymətləndirmə fəaliyyətində 3 yanaşma mövcuddur.



    1. xərc ( məsrəf ) yanaşması

    2. müqayisə yanaşması

    3. gəlir yanaşması

    Qiymətləndiricilərin əksər hissəsinin fikrincə NV-nin qiymətləndirilməsi zamanı elə bu 3 klassik yanaşma metodundan istifadə edilir.

    Qiymətləndirmə yanaşmaları sırasında xərc (məsrəf) yanaş­ması mühüm əhəmiyyətə malikdir. Bu yanaşmadan obyektlərin sığorta, vergitutma məqsədləri üçün qiymətləndirilməsi, habelə ixtisaslaşdırılmış obyektlərin, yeni və uzun müddət aparılan tikililərin qiymətləndirilməsi, torpaqdan istifadənin ən yaxşı və ən səmərəli variantlarının müəyyənləşdirilməsi, bina və qurğuların dəyərinin torpağın dəyərindən ayrı hesablanması tələb olunan hallarda, eləcə də passiv əmlak bazarı zamanı istifadə olunur. Xərc yanaşmasının çatışmazlığı ondan ibarətdir ki, heç də bütün xərclər cari vaxt anlarında qiymətdə ifadə edilmir. Keçmiş sovetlər ittifaqında o , cümlədən Azərbaycan Respublikasında bazar islahatlarına qədər bütün qiymətlər ancaq xərc yanaşması metodu ilə müəyyənləşdirilirdi. Dəyərin xərc yanaşması metodu ilə qiymətləndirilməsi zamanı , bazar dəyəri ilk növbədə onun istehsalına və reallaşdırılmasına çekilən xərclərlə müəyyən edilir. Başqa sözlə , qiymətləndirilən NV-nin dəyəri kimi onun istehsalına və satışına çekilən xərclər qəbul edilir. ANV seriyalarla istehsal olunduğundan əksər hallarda xərc yanaşması əlverişsizdir. Dəyərə həmçinin ANV-nin keyfiyyeti , yararlılığı və rəqabət qabiliyyətliliyi də təsir edir. Elə hallar olur ki , xərc yanaşması metodunun tətbiqi nəinki özünü doğruldur , hətta yeganə metod sayılır. ANV –nə YNH və digər səbələr nəticəsində dəyən zərərin qiymətləndirilməsi , onların təmirinin dəyərinin və ya istismar prosesində nəqliyyat vasitəsinin konstruksiyasında edilən dəyişikliklərin dəyərinin qiymətləndirilməsində xərc yanaşması metodundan istifadə daha məqsədəuyğundur



    Qiymətləndirmə fəaliyyətində müqayisə yanaşmasının özü­nə­məxsus rolu və yeri vardır. Bəzən bu yanaşmaya «bazar satışlarının müqayisəsi» və yaxud da, «müqayisəli yanaşma» da deyirlər. Müqayisə yanaşması normal bazar şəraitində oxşar ob­yekt­lər haqqındakı sövdələşmələrə və satışa aid məlumatlara isti­nad edərək, qiymətləndirmə obyektinin dəyərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsinə müqayisə mövqeyindən yanaşmaya qiymətləndirilən obyektin analoqları ilə aparılmış alqı-satqı əməliyyatları barədə kifayət qədər bazar məlumatları olduğu hallarda istinad olunur. Yəni satışların müqayisə olunması yolu ilə qiymətləndirmə zamanı qiymətləndirilən obyektlə müqayisə oluna bilən analoji obyektlərin satışları barədə məlumatlardan istifadə edilir. Qiymətləndirmə obyektinin satışları barədə bazar məlumatları qiymətləndirilən obyektin analoji obyektlərdən fərqli xüsusiyyətlərini dəqiq müəyyən etməyə və nəzərdən keçirilən obyektin bazar dəyərini qiymətləndirməyə imkan verir. Müqayisə yanaşması hər bir qiymətləndirmə obyektinin dəyərinin onun qiymətləndirilməsi tarixinə qədər dövriyyədə olan (bu zaman yalnız bazar dövriyyəsi nəzərdə tutulur) müvafiq analoji obyektlərin kəmiyyət və keyfiyyətlərini, onların mühüm fiziki və iqtisadi xassələrini, aparıcı dəyər amillərini özündə əks etdirən göstəricilərə əsasən müəyyən edilməsi deməkdir. Müqayisə yanaşması metodu inkişaf etmiş təkrar bazarı olan nəqliyyat vasitələri , maşın və avadanlıqların dəyərinin qiymətləndirilməsi zamanı daha çox istifadə edilir. Bu metod NV-nin cari vəziyyətdə qiymətini adekvat əks etdirən bazar qiymətinə əsaslanır. Onun əsas prinsipi aşağıdakı ardıcıllıqla müqyisə etməkdir :

    • təkrar bazarda satılan analoqu ilə ;

    • eyni analoqu olmadığına görə təshihedici düzəlişlər aparmaqla təkrar bazarda satılan təxmini analoqu ilə ;

    • təkrar bazarı olmadıqda aşınmaya görə düzəlişlər aparmaqla təzə analoji NV ilə

    Müqayisə metodu qiymətləndirilən NV-ni oxşar və ya analoji NV ilə müqayisə etməklə dəyərinin kəmiyyətini müəyyənləşdirir. ANV –nə müqayisə yanaşmasının tətbiqi zamanı əsas məsələ müqayisə obyektinin düzgün seçilməsidir. Qiymətləndirmənin aparilması üçün seçilən ANV-nin qiyməti və həmçinin texniki istismar xarakteristikaları haqqında informasiya tələb olunur. Hal – hazırda ANV –nin qiyməti haqqında daha çox informasiya mənbələrini avtomobil zavodlarından , qəzet və jurnallarda çap olunan qiymət cədvəllərindən və internet saytlarından əldə etmək olar. Xüsusi olaraq nəzərə çatdırmaq lazım gəlir ki, həm dünya miqyaslı qloballaşma və həm də bazar münasibətlərinin genişlənməsi, habelə ölkəmizdə iqtisadi demok­ra­tiyaya, müstəqil intellektual sahibkarlıq fəaliyyətinə geniş mey­dan verilməsi əmlak bazarında da sistemli yanaşmaların istifa­dəsinə üstün şərait yaradır. Qiymətləndirmənin gəlir yanaşması isə bu tələblərin tam təmin edilməsi baxımından daha önəmlidir. Çünki müasir qiymətləndirmə təcrübəsində qiymətləndirmə obyektinin dəyəri onun sahibkarına fayda gətirmək xassəsi ilə müəyyənləşdirilir. Deməli, gəlirlilik mövqeyindən yanaşma, bir qayda olaraq, gəlir gətirən əmlakın qiymətləndirilməsi prosesində tətbiq olunur. Bu zaman aparılan iqtisadi təhlilin və ya gəlirin təhlilinin əsas məqsədi qiymətləndirmə obyektindən gözlənilən faktiki mənfəətin müəyyənləşdirilməsindən ibarətdir. Gəlir yanaşması həmin obyektdən gəlirlərin proqnozlaşdırılması və kapitallaşdırılmasının nəzərə alınması ilə şərtlənir. Gəlir yanaşması qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanmaqla, obeyktin qiymətlən­diril­məsi üzrə mövcud olan metodların məcmusunu özündə əks etdirir. Bəzi hallarda ANV –nin qiymətləndirilməsi zamanı glir yanaşmasından istifadə edilir. Ancaq nadir , xüsusi təyinatlı nəqlyyat vasitələrinin qiymətləndirilməsi zamanı , qiymətləndirilən ANV sahibinə gəlir gətirdiyi halda xərc və gəlir yanaşması metodları ilə birlikdə gəlir yanaşma metodundan istifadə etmək mümkündür. Anv-nə dəyən zərərin qiymətləndirilməsində gəlir yanaşmasını tətbiq etdikdə NV –yə əmtəə kimi dəyən zərərdən başqa onun sahibinin təmir və ya bərpa dövründə itirdiyi gəlirinəzərə almaq lazımdır. Gəlir yanaşması özündə aşağıdakı metodları birləşdirir :

    1. Pul axınlarının diskontlaşdırılması metodu - NV – nin cari dəyəri proqnozlaşdırılan dövrdə ondan istifadı etməklə gələcək gəlir və proqnozlaşdırılan dövrdən sonra onun satılmasından əldə edilən mədaxillər kimi hesablanır.

    2. Gəlirin birbaşa kapitallaşdırılması metodu - bu metod ANV – nin gıtirdiyi gəlirin qiymətləndirilməsi vı qiymətləndirmə anında onun dəyərinin kapitallaşdırılmasını nəzərdə tutur.

    3. Bərabər səmərəli funksional analoq metodu - bu metod xalis gəliri hesablamadan , qiymətləndirmə obyektinin köməyilə qiyməti məlum olmayan aralıq işləri yerinə yetirməklə dəyərin qiymətləndirilməsinə imkan verir.


    ZƏDƏLƏNMİŞ AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.

    ANV – nə o , cümlədən yol qurğularına , ətraf mühitə və digər hərəkət iştirakçılarına dəyən zərər yol – nəqliyyat hadisələri nəticəsindəbaş verir. Yol – nəqliyyat hadisələri müxtəlif əlamətlərə görə qruplaşdırılır :



    • başvermə mexanizminə görə

    • nəticənin ağırlığına görə

    • başvermə yerinə görə və s.

    Başvermə mexanizminə görə yol – nəqliyyat hadisələri aşağıdakı qruplara ayrılır :

    • sərnişinlərin yıxılması

    • mal-qaranın vurulması

    • dayanmış NV-nin vurulması

    • piyadaların vurulması

    • NV-nin toqquşması

    • NV-nin aşması və s.

    Nəticənin ağırlıgına görə YNH-i aşağıdakı qruplara ayrılır :

    • maddı zərərlə nəticələnən

    • insanların yaralanması ilə nəticələnən

    • ölümlə nəticələnən

    Başvermə yerinə görə YNH – i aşağıdakı qruplara ayrılır :

    • ümumdövlət əhəmiyyətli yollarda

    • ölkə və vilayət mərkəzlərində

    • digər şəhərlərdə

    • rayon , qəsəbə , kənd əhəmiyyətli yollarda və s.

    YNH – si baş verdikdən sonra dıyın zərərin qiymətləndirilməsi məqsədilə aşağıdakı amillərə xüsusi diqqet yetirilməlidir :

    • deformasiyaların ölçüləri

    • NV – nin zədələnən yerləri

    • NV – nin kostruktiv və istismar xüsusiyyətlərində baş verən dəyişikliklər

    Qəzaların , zədələrin və xəsarətlərin sayı aşağıdakı əsas amillərlə düz mütənasibdir :

    • şəhərdəki NV – nin sayı

    • şəhər əhalisinin sayı

    • yolların , yol avadanlıqlarının vəziyyəti

    • NV – dən istifadə əmsalı

    • NV – nin texniki vəziyyəti

    YNH –nin səbəbi 2 qrupa bölünür :

    • Subyektiv - sürücü , piyada , sərnişinlər

    • Obyektiv - yolun vəziyyəti , NV-nin texniki vəziyyəti , atmosfer şəraiti və s.

    2009 –cu ildə Respublikada qeydə alınmış yol-nəqliyyat hadisələri.

    Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş  profilaktik  tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır.

    Hesabat dövrü ərzində Respublika ərazisində 2792 YNH-si qeydə alınmış, nəticədə 930 nəfər həlak olmuş, 3044 nəfər yaralanmışır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 178 (5,9%), 122 (11,6%) və 188 (5,8%) azalmışdır.

    DİN BDYPİ Yol Patrul Xidməti Alayının  xidmət ərazisində hesabat dövründə 488 YNH-i qeydə alınmış, nəticədə 240 nəfər həlak olmuş, 544 nəfər  yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 122 (20%), 101 (19,6%) və 172 (24%) azalmışdır.


    Bakı şəhəri ərazisində 1159 YNH-si qeydə alınmış və bunların nəticəsində 325 nəfər həlak olmuş, 1241 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin həlak olanların və yaralananların sayı uyğun olaraq  233 (16,7%), 27(7,7%) və 293 (19,1%) azalmışdır.

    Respublika üzrə qeydə alınmış YNH-nin 43,5%-i (1214) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (680) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,7%-i (186) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,1%-i (87) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 39,6%-ni (1106), Bakıda isə 51,9 %-ni (602) piyadaların vurulması təşkil etmiş, nəticədə 349 piyada həlak olmuş, 837-i yaralanmışdır. Ötən illə müqayisədə bu kimi YNH-nin sayı respublika üzrə 2,3 % (28), Bakı şəhəri üzrə 7,6 % (56) azalmışdır.  151 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 54 nəfər uşaq və yeniyetmə həlak olmuş, 221 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş  930 nəfərdən 728-i kişilər, 202-i qadınlar, xəsarət almış 3044 nəfərdən isə 2300-ni kişilər, 744-nü qadınlar təşkil etmişlər.



    2009-cu il ərzində respublika ərazisində 20 nəfərin həlak olması və 74 nəfərin yaranlanması ilə nəticələnmiş 90 YNH-si bağlı qalmışdır

    Yol - nəqliyyat hadisələri

     

    2000

    2001

    2002

    2003

    2004

    2005

    2006

    2007

    2008

    Yol-nəqliyyatı hadisələrinin sayı

    1 987

    1 985

    2 196

    2 311

    2 388

    3 179

    3 197

    3 104

    2 970

    Ərazi üzrə

     

     

     

     

     

     

     

     

     

    Avtomagistral yollarda

    582

    975

    741

    837

    868

    1 035

    712

    645

    644

    Yaşayış məntəqələrində

    1 405

    1 010

    1 455

    1 474

    1 520

    2 144

    2 485

    2459

    2 326

    Yaşayış məntəqələrinin hüdudlarından kənarda

    -

    -

    -

    -

    -

    -

    -

    -

    1

    Aylar üzrə

     

     

     

     

     

     

     

     

     

    Yanvar

    128

    141

    141

    146

    135

    194

    208

    192

    146

    Fevral

    130

    124

    116

    138

    130

    141

    139

    158

    142

    Mart

    124

    122

    128

    133

    136

    159

    164

    201

    205

    Aprel

    128

    119

    135

    114

    156

    200

    232

    219

    207

    May

    163

    153

    153

    137

    159

    231

    207

    219

    234

    İyun

    169

    178

    161

    191

    183

    256

    305

    273

    272

    İyul

    185

    179

    221

    216

    226

    267

    295

    281

    298

    Avqust

    201

    194

    217

    223

    256

    284

    364

    306

    297

    Sentyabr

    184

    189

    194

    263

    250

    325

    266

    266

    191

    Oktyabr

    205

    207

    227

    253

    241

    326

    330

    349

    333

    Noyabr

    189

    199

    236

    237

    265

    373

    328

    293

    332

    Dekabr

    181

    180

    267

    260

    251

    423

    359

    347

    313

    Həftənin günlərinə görə

     

     

     

     

     

     

     

     

     

    Bazar ertəsi - Cümə axşamı

    1 087

    1 113

    1 249

    1 287

    1 322

    1 765

    1 738

    1 751

    1 613

    Cümə

    274

    287

    322

    300

    359

    473

    440

    431

    440

    Şənbə

    323

    268

    308

    347

    349

    465

    513

    432

    468

    Bazar

    303

    317

    317

    383

    358

    476

    506

    490

    449

    İşıq şəraitinə görə

     

     

     

     

     

     

     

     

     

    Gündüz vaxtı

    882

    881

    942

    1 006

    1 025

    1 365

    1 315

    1 242

    1 267

    Toran vaxtı

    402

    339

    388

    375

    434

    522

    575

    560

    529

    Gecə vaxtı

    703

    765

    866

    930

    929

    1 292

    1 307

    1 302

    1 174

    Yol örtüyünün vəziyyətinə görə

     

     

     

     

     

     

     

     

     

    Quru yol örtüyü

    1 758

    1 804

    1 928

    2 020

    2 157

    2 852

    2 729

    2 750

    2 663

    Digər (yaş,buz və s)

    229

    181

    268

    291

    231

    327

    468

    354

    307

    Tiplər üzrə yol-nəqliyyat hadisələri - cəmi

    1 987

    1 985

    2 196

    2 311

    2 388

    3 179

    3 197

    3 104

    2970

    Nəqliyyat vasitələri və piyadaların

     

     

     

     

     

     

     

     

     

    iştirakı ilə

    1 038

    1 014

    1 098

    1 145

    1 097

    1 467

    1 403

    1 344

    1242

    Bir nəqliyyat vasitəsinin iştrakı ilə

    356

    363

    401

    401

    428

    618

    624

    622

    614

    Bir neçə nəqliyyat vasitələrinin

     

     

     

     

     

     

     

     

     

    iştrakı ilə

    593

    608

    697

    765

    863

    1 094

    1 170

    1 138

    1114

    arxadan vurulma və toqquşmalar

    87

    86

    96

    85

    106

    151

    146

    161

    159

    yolların kəsişdiyi yerdə

    143

    128

    121

    131

    133

    201

    186

    185

    191

    qarşıdan toqquşmalar

    316

    350

    433

    513

    563

    684

    772

    725

    694

    Yol- nəqliyyat hadisələrində həlak

     

     

     

     

     

     

     

     

     

    olanların sayı

    596

    559

    642

    724

    811

    1 065

    1 027

    1 107

    1052

    o cümlədən yaş qrupları üzrə:

     

     

     

     

     

     

     

     

     

    9 yaşdan kiçik

    41

    48

    58

    58

    53

    55

    32

    32

    49

    10-14 yaşında

    31

    28

    31

    31

    35

    49

    36

    26

    36

    15-17 yaşında

    10

    16

    22

    22

    18

    24

    19

    34

    30

    18-20 yaşında

    19

    23

    17

    18

    21

    45

    44

    28

    42

    21-24 yaşında

    34

    29

    40

    64

    56

    88

    98

    110

    93

    25-64 yaşında

    424

    340

    409

    451

    540

    668

    662

    738

    693

    65 və çox

    37

    75

    65

    80

    88

    136

    112

    109

    109

    Yaralananların sayı

    2 199

    2 228

    2 486

    2 691

    2 766

    3 668

    3 606

    3 432

    3232

    o cümlədən yaş qrupları üzrə:

     

     

     

     

     

     

     

     

     

    9 yaşdan kiçik

    152

    139

    148

    125

    106

    140

    77

    86

    143

    10-14 yaşında

    107

    130

    104

    127

    125

    157

    154

    139

    124

    15-17 yaşında

    76

    73

    87

    110

    97

    139

    146

    137

    105

    18-20 yaşında

    81

    100

    155

    138

    147

    214

    221

    185

    196

    21-24 yaşında

    159

    221

    277

    249

    321

    453

    440

    387

    378

    25-64 yaşında

    1 510

    1 467

    1 595

    1 826

    1 836

    2 388

    2 349

    2 295

    2144

    65 və çox

    114

    98

    120

    116

    134

    177

    183

    148

    142






    © Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi


    Download 0.53 Mb.
  • 1   2   3   4




    Download 0.53 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AvtonəQLİyyat vasiTƏLƏRİNİn qiYMƏTLƏNDİRİLMƏSİNİn nəZƏRİ Əsaslari

    Download 0.53 Mb.