• Qrup
  • AZƏrbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakültə




    Download 19.43 Kb.
    Sana31.07.2021
    Hajmi19.43 Kb.
    #16265
      Bu sahifa navigatsiya:
    • Qrup

    AZƏRBAYCAN HAVA YOLLARI”

    QAPALI SƏHMDAR CƏMİYYƏTİ

    MİLLİ AVİASİYA AKADEMİYASI

    Fakültə: Nəqliyyat texnologiyaları

    Kafedra: Avianəqliyyat istehsalatı

    İxtisas: Avianəqliyyat istehsalatının təşkili

    Fənn: Elektrotexnika və hava limanının elektrik avadanlığları

    Qrup: 1213a

    Sərbəst iş No:1

    Mövzu: Elektrotexnikanın əsas anlayışları və qanunları

    Tələbə: Daşdəmirova Gülnar

    Müəllim: Hüseynov Vüqar

    Bakı 2015

    Elektrik və maqnit hadisələri adı altında toplanan fiziki hadisələr çoxdandır ki, insanları məşğul etməkdədir. Bu hadisələrin kəmiyyət və keyfiyyət tərəfləri uzun illərdən bəri tədqiq olunaraq, onların mahiyyəti gündən-günə aydınlaşdırılmaqdadır. Elektrotexnikanın nəzəri kursu elektromaqnit hadisələrinin və müxtəlif elektrotexniki qurğulardakı prosesləri keyfiyyət və kəmiyyət nöqteyi nəzərindən öyrənən fənndir. Elektrotexnika kursunun nəzəriyyəsi fizika və riyaziyyat kursunda biliklərə əsaslanır. Dövrələr əsasında müxtəlif xətti və qeyri-xətti elektrik və maqnit dövrələrində baş verən hadisə və proseslərin tədqiqi metodları, bu dövrələrin analiz və sintez məsələləri öyrənilir. Elektrotexnika geniş mənada elektrik və maqnit hadisələrinin tətbiqi haqqında elmdir. Elektrik enerjisinin tətbiqi insane fəaliyyətinin bütün sahələrində əmək məhsuldarlığının artmağa sənayedə nəqliyyatda və məişətdə bir sıra qurğular və texnoloji prosesləri avtomatlaşdırmağa geniş imkanlar yaratmışdır. Elektrik və maqnit hadisələri hələ qədimdən insanlara məlum idi. Ilk dəfə 1600-cü ildə ingilis alimi Uilliyam Hilbert elektrik və maqnit hadisələrinin tədqiqinin nəticələrini dərk etmişdir. Lakin o elə bir nəticəyə gəlmişdir ki, elektrik və maqnit hadisələri arasında heç bir əlaqə yoxdur. Müasir elektrotexnika elmi öz başlanğıcını ingiis alimi Maykıl Faradeyn 1931-ci ildə Elektromaqnit induksiya qanunundan götürür. XIX əsrin I yarısında həmçinin kimyəvi cərəyan mənbələri yaradılmış cərəyanın kimyəvi işıq, maqnit və istilik təsiri öyrənilmişdir. 1832-ci ildə Rusiyada Şilling tərəfindən dunyada I elektromaqnit teleqrafı yaradıldı. 1845-ci ildə Alman fiziki Kirxov budaqlanmış cərəyan dövrələrinin qanunlarını təklif etdiki, bud a elektrotexnikanın nəzəriyyəsi və onun inkişafı üçün misilsiz əhəmiyyətə səbəb oldu. 1876-cı ildə Yablovçov tərəfindən ixtira edilmiş elektrik işığlanmasının əsasını qoydu. O həmçinin elektrik enerjisinin ötürən və paylaşdıran transformatorda ixtira etdi. 1889-cu ildə Dalivo- Dabrovoliski ilk dəfə 3 fazalı mühərrik ixtira etdi və 3 fazalı sistemin qalan bəndlərinidə işləyib hazırladı və 1891- ci ildə 175 km məsafəyə 3 fazalı cərəyan vasitəsilə elektrik enerjisini nümayiş etdirdi. 1873-cü ildə ingilis alimi Maksvel elektrik və maqnetizm “Traktat” adlı əsərində elektromaqnit sahəsinin nəzəriyyəsinin əsaslarını riyazi şəkildə vermişdir.

    Elektrik enerjisinin mənbələrdən keçiricilər vasitəsilə işlədicilərə ötürülməsinə imkan verən quruluşa elektrik dövrəsi deyilir. Elektrik dövrəsi hər bir şəraitdə mənbədən işlədiciyə enerji ötürən bir vasitədir. Elektrik dövrəsinin əsas elementləri onun tərkibində iştirak edən elektrik enerjisi mənbəyi və elektrik işlədicilərdir. Həmin elementlərin işinə yəni elektrik enerjisi mənbəyinə aktiv element II –yə yəni təlabatçılara ( işlədicilərə ) passiv element kimi baxılır. Elektrik enerjisinin mənbəyinə vəzifəsi ona verilən enerjini bir şəkildən elektrik enerjisinə çevirməkdir.

    Elektrik dövrələrində enerjinin mənbədən işlədiciyə verilməsinə göstərən və bu enerjini qiymətcə xarakterizə edən fiziki kəmiyyət elektrik cərəyanıdır. Əgər dövrədə yaradılan elektrik cərəyanı zamandan asılı olmayaraq dəyişməz qalarsa həmin dövrəyə sabit cərəyan dövrəsi deyilir. Əksinə əgər elektrik cərəyanı zamandan asılı olaraq bu və ya digər qanunla dəyişərsə belə dövrəyə dəyişən cərəyan dövrəsi deyilir.

    Dövrədə elektirik enerjisi mənbələrinin kəmiyyət göstəricisi elektrik hərəkət qüvvəsi və ya onun dövrəsinin əsas qütbləri arasında yaratdığı gərginlikdir. Dövrənin passiv elementlərinin işlədicilərinin göstəriciləri onların müqaviməti induktivliyi və tutumudur. Bu kəmiyyətlərə çox vaxt elektirik dövrəsinin bu və ya digər başqa parametrlərə malik olması həmin dövrəyə qoşulmuş işlədicilərin növündən və parametrindən asılıdır. Məsələn dövrəyə ancaq lampa və qızdırıcı cihazlar qoşularsa onun parametric yalnız müqavimətdən ibarət olacaq.



    Elektrik dövrələri parametrlərinin hansı şəkildə paylanılmasından asılı olaraq 2 cür ola bilər.

    1. Əgər başqa-başqa parametrlər dövrənin ayrı-ayrı hissələrində yerləşmişsə bu cür dövrəyə toplanmış parametrli dövrə deyilir.

    2. Əgər parametrlər eyni yerdə dövrə boyu müntəzəm paylanmışsa bu cür dövrəyə paylanmış dövrə deyilir.

    Elektrik dövrələrinin parametrləri demək olar ki, iş zamanı az və ya çox miqdarda dəyişir. Əgər bu cür dəyişmə azdırsa hesabatlarda onu nəzərdən atıb parametrləri sabit qəbul etmək olar. Bu cür dövrələrdə gərginlik və cərəyan xətti tənliklərlə əlaqələndiyi üçün bu cür dövrələrə xətti dövrələr deyilir. Parametrləri dövrənin rejimindən asılı olaraq dəyişən cərəyana dəyişən dövrələrə qeyri-xətti dövrələr deyirlər. Elektrik dövrəsinə və həmin dövrədə yaranan prosesləri öyrənmək üçün əmələ gələn 3 əsas fiziki kəmiyyətdən istifadə etmədən prosesləri xarakterizə etmək olur. Bu kəmiyyətlər bir tərəfdən mənbədən hasil edilən enerjini II tərəfdən işlədicilərdən elektrik şəklindən hər hansı başqa bir şəkilə çevirilən enerjini III tərəfdəndə mənbədən işlədicilərə köçürülən enerjiləri xarakterizə edir. Buna görədə dövrələrin tədqiqində və istismarında bu fiziki kəmiyyətlər EHQ və ya gərginlik, cərəyan şiddəti və müqavimətdən ( və ya keçiricilikdən ) ibarətdir. Keçirici mühitdən keçən elektrik cərəyanı müəyyən bir iş görmüş olur. Bu görülən iş çox vaxt istilik şəklində ortaya çıxır və keçiricinin temperaturuna artıran təsir göstərir. Görülən işin özü isə həmin cərəyanı yaradan mənbənin enerjisi tərəfindən ödənilir. əgər mənbənin yaratdığı cərəyanın dt zamanı ərzində gördüyü işi ödəmək üçün verdiyi enerji dw olarsa o zaman bu enerjinin verilməsi intensivliyi P= olacağ.

    Bu kəmiyyətə yəni vahid zamanda görülən işə və ya vahid zamanda mənbə tərəfindən verilən enerjiyə güc deyilir. Elektrik mənbəyinin enerji vermə qabiliyyətinə cərəyan şiddətinə nəzərən xarakterizə etmək üçün onu vahid cərəyana düşən gücünü tapmaq lazımdır. e= bu kəmiyyətə mənbənin EHQ deyilir. EHQ anlayışı ancaq mənbələr üçün işlədilir və mənbəni xarakterizə edən bir kəmiyyət kimi qebul edilir. Mənbənin verdiyi enerji hesabına xarici dövrənin 2 nöqtəsi arasında vahid şiddətli cərəyan tərəfindən görülən işə bərabər bir kəmiyyətdir. Bu kəmiyyətə gərginlik deyilir və U ilə işarə olunur. Uab= φab həmin nöqtənin potensiallarının fərqinə bərabərdir. İ =

    Download 19.43 Kb.




    Download 19.43 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakültə

    Download 19.43 Kb.