Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil daşımaları haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu




Download 47.7 Kb.
bet2/11
Sana03.04.2021
Hajmi47.7 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11
Ümumi müddəalar

Maddə 1. Təriflər

Hazırki Sazişin məqsədləri üçün:

1. «Daşıyıcı» termini Azərbaycan Respublikası ərazisində və ya İran İslam Respublikası ərazisində qeydə alınmış və müvafiq qanun və qaydalara əsasən beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirmək hüququna malik olan hər hansı fiziki və ya hüquqi şəxs deməkdir.

2. «Nəqliyyat vasitəsi» termini:

a) sürücü də daxil olmaqla, doqquzdan artıq sərnişinlərin daşınması (sərnişin nəqliyyat vasitəsi) və ya yüklərin daşınması (yük nəqliyyat vasitəsi) üçün quraşdırılmış,

b) Razılığa gələn Tərəflərin birinin ərazisində qeydə alınmış (nəqliyyat vasitələrinin birləşdirilmiş kombinasiyası olduğu halda dartıcının qeydiyyata alınması tələb olunur)

mühərrikli nəqliyyat vasitəsi deməkdir.

«Nəqliyyat vasitəsi» termini hər hansı bir tək nəqliyyat vasitəsi və ya nəqliyyat vasitəsinin qoşqu və ya yarımqoşqu ilə birgə kombinasiyasına aiddir.

3. «İcazə» termini – Razılığa Tərəflərdən birinin səlahiyyətli orqanının digər Razılığa gələn Tərəfin nəqliyyat vasitəsinə iki ölkə arasında və ya digər Razılığa gələn Tərəfin ərazisindən tranzitlə, yaxud üçüncü ölkələrə/ölkələrdən daşımaları həyata keçirməyə, eləcə də digər Razılığa gələn Tərəfin ərazisində yüklənməyə hüquq verən sənəd deməkdir.

4. «Xüsusi icazə» termini – ərazisində daşımanın həyata keçirildiyi Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, nəqliyyat vasitələri ilə böyük ölçülü, ağır çəkili yüklərin, həmçinin təhlükəli yüklərin daşınmasına hüquq verən sənəd deməkdir.

5. «Müntəzəm sərnişin daşımaları» termini — qabaqcadan müəyyən edilmiş marşrut, hərəkət cədvəli və təyin edilmiş tariflər üzrə sərnişinlərin daşınması deməkdir. Sərnişinlər əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda minib-düşə bilərlər.

6. «Qeyri-müntəzəm sərnişin daşımaları» termini 5-ci bənddə göstərilmiş daşımalar istisna olmaqla, digər bütün növ sərnişin daşımaları deməkdir.

7. «Karbotaj» termini Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən yükləmə və boşaltma məntəqələri arasında digər Razılığa gələn Tərəfin daşıyıcısı tərəfindən həyata keçirilən daşımalar deməkdir.



Download 47.7 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11




Download 47.7 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil daşımaları haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Download 47.7 Kb.