Maddə 6. İcazə tələb edilməyən daşımalar




Download 47.7 Kb.
bet6/11
Sana03.04.2021
Hajmi47.7 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11
Maddə 6. İcazə tələb edilməyən daşımalar

1. 5-ci maddə istisna olmaqla, aşağıdakı kateqoriyalı daşımalar icazə tələblərindən, eləcə də vergi və rüsumlardan azad olunurlar.

a) qoşqunun çəkisi daxil olmaqla icazə verilən yüklü çəkisi 6 tondan artıq olmayan və ya qoşqu daxil olmaqla icazə verilən yük tutumu 3,5 tondan artıq olmayan nəqliyyat vasitələri ilə daşımalar;

b) uçuş olmaması təsadüf edildiyi hallar ilə əlaqədar hava limanına/limanından daşımalar;

c) zədələnmiş və ya sıradan çıxmış nəqliyyat vasitələrinin daşınması, eləcə də texniki xidmət göstərən nəqliyyat vasitəsinin gedişi;

ç) sıradan çıxan nəqliyyat vasitəsini digər ölkədə əvəz etmək üçün yüksüz gedən nəqliyyat vasitəsinin, eləcə də sıradan çıxan nəqliyyat vasitəsinin təmirdən sonra geriyə qaytarılması;

d) fövqəladə hallarda, xüsusən, təbii fəlakət hallarında zəruri olan, eləcə də humanitar yardım yüklərinin daşınması;

e) sərgilər və ya kommersiya məqsədləri daşımayan niyyətlər üçün nəzərdə tutulan incəsənət işlərinin və eksponatların daşınması;

ə) kommersiya məqsədləri daşımayan teatr, musiqi, kino, idman və ya sirk tamaşaları üçün lazım olan akssesuarlar, ləvazimatlar və ya heyvanların, eləcə də radio və televiziya verilişləri və ya filmlərin çəkilişi üçün istifadə olunan avadanlıqların daşınması;

f) səlahiyyətli orqanlar tərəfindən verilmiş ixrac qeydiyyat nişanı olan, təzə və ya işlənmiş olmasına baxmayaraq, təzəcə alınan nəqliyyat vasitələrinin qəti olaraq qeydiyyat ölkəsinə ilk gedişi;

g) cənazələrin daşınması;

h) poçtun daşınması;

2. 13-cü maddədə nəzərdə tutulan Birgə Komissiya bu maddənin əvvəlki bəndində göstərilən daşımaların siyahısına əlavələr və dəyişikliklər edə bilər.



Download 47.7 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11




Download 47.7 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Maddə 6. İcazə tələb edilməyən daşımalar

Download 47.7 Kb.