• 13.3. Zona ərazisində yerinə yetirilməli sanitariya tədbirləri 13.3.1. Yerüstü su təchizatı mənbələri 13.3.1.1.
  • 13.3.1.3.
  • 13.3.1.8.
  • 13.3.2. Yeraltı su təchizatı mənbələri 13.3.2.1.
  • 13.3.3. Su kəməri qurğularının meydançaları 13.3.3.1.
  • 13.3.4. Sudaşıyıcı borular 13.3.4.1.
  • 14. Soyuducu dövri su təchizatı sistemləri 14.1. Ümumi göstərişlər 14.1.1.
  • 14.2. Sistemlərin su balansı 14.2.1.
  • 14.3. Mexaniki qarışıqların çökməsinin qarşısının alınması 14.3.1.
  • 14.4. Suyun çiçəklənməsi (yosunlarla örtülməsi) və bioloji örtüyün yaranması ilə mübarizə 14.4.1.
  • 14.5. Karbonat birləşmələrinin çökməsinin qarşısının alınması 14.5.1.
  • 14.6. Sulfat birləşmələrinin çökməsinin qarşısının alınması 14.6.1.
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet16/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   ...   12   13   14   15   16   17   18   19   ...   53

    13.2.4. Sudaşıyıcı borular

    13.2.4.1. Yaşayış olmayan ərazilərdən keçən sudaşıyıcı boruların sanitariya-mühafizə zolağının eni kənar sudaşıyıcı borudan:

    quru qruntlarda döşəndikdə - diametr 1000 mm-ə qədər olduqda - ≥ 10 m, 1000 mm-dən böyük olduqda - 20 m; nəm qruntlarda - diametrdən asılı olmayaraq - ≥ 50 m qəbul edilməlidir.

    Yaşayış olan ərazilərdən keçən sudaşıyıcı boruların sanitariya-mühafizə zolağının eni sanitariya-epidemioloji xidməti orqanları ilə razılaşdırılaraq azaldıla bilər.

    13.3. Zona ərazisində yerinə yetirilməli sanitariya tədbirləri

    13.3.1. Yerüstü su təchizatı mənbələri

    13.3.1.1. Yerüstü su təchizatı mənbəyi zonasının birinci qurşağının ərazisi planlaşdırılmalı, hasara alınmalı və yaşıllaşdırılmalıdır. Hasara alınma maddə 17.1.4-ün göstərişlərinə uyğun yerinə yetirilməlidir.

    13.3.1.2. Zonanın birinci qurşağının su səthinin sərhədləri xəbərdaredici yerüstü işarələr və siqnal üzgəcləri (buylar) ilə işarələndirilməlidir. Suaxarın, yaxud sututarın gəmiçilik olmayan hissəsində yerləşən batırılmış suqəbuledicilərin üstündə işıqlandırılan üzgəclər qoyulmalıdır; onlar gəmiçilik sahəsində olduqda üzgəclər gəmi yolundan kənara çıxarılmalıdır.

    13.3.1.3. Zonanın birinci qurşağının ərazisi üçün gözətçi (həyəcan) siqnalizasiyası nəzərdə tutulmalıdır.

    13.3.1.4. Zonanın birinci qurşağının ərazisində:

    a) qadağan edilir:

    su kəmərinin əsas qurğularının (suyun verilməsi və emalı ilə əlaqəsi olmayan köməkçi binalar zonanın birinci qurşağının ərazisindən kənarda yerləşdirilməlidir) yenidən qurulması, yaxud genişləndirilməsi istisna olmaqla inşaatın bütün növləri;

    yaşayış və ictimai binaların yerləşdirilməsi, su kəmərində işləyənlər də daxil olmaqla insanların yaşaması;

    su kəməri qurğularına xidmət edən boru kəmərləri istisna olmaqla müxtəlif təyinatlı boru kəmərlərinin çəkilməsi;

    yerüstü mənbələrə tullantı sularının axıdılması, çimmək, mal-qaranı sulamaq və otarmaq, paltar yuyulması, balıq tutmaq, bitkilərə gübrə və zəhərli kimyəvi maddələr vermək;

    b) binalar tullantı sularını yaxınlıqdakı məişət, yaxud istehsalat kanalizasiya sisteminə, yaxud ikinci qurşağın sanitariya rejimi nəzərə alınmaqla zonanın birinci qurşağından kənarda yerləşən yerli təmizləyici qurğular kompleksinə axıdan şəbəkə ilə təmin edilməlidir. Kanalizasiya olmayan yerlərdə natəmizliyi daşıyan zaman birinci qurşağın ərazisinin çirklənməsinə şərait yaratmayan yerlərdə sukeçirməyən çirkab quyusu tikilməlidir.

    c) yerüstü axım sularının birinci qurşaq sərhədlərindən kənara axıdılması təmin edilməlidir;

    ç) meşə zolağında yalnız ağaclara xidmət və sanitariya qırılması ilə bağlı ağac kəsilmələrinə yol verilir.

    13.3.1.5. Yerüstü su təchizatı mənbəyinin zonasının ikinci qurşağının ərazisində aşağıdakı işlər görülməlidir:

    a)yaşayış məntəqələri, müalicə-profilaktika və sağlamlıq müəssisələri, sənaye və kənd təsərrüfatı obyektləri üçün ərazi ayrılmasını, həmçinin sənaye müəssisələrinin texnologiyasında su təchizatı mənbələrinin tullantı suları ilə çiklənmə təhlükəsini artıra bilən mümkün dəyişiklikləri tənzimləmək;

    b) sənaye, kəndtəsərrüfatı və digər təyinatlı müəssisələri, yaşayış məntəqələri və ayrı-ayrı binaları abadlaşdırmaq, mütəşəkkil su təchizatı, kanalizasiya, su keçirməyən çirkab quyuları nəzərdə tutmaq, çirklənmiş yerüstü axım sularının mütəşəkkil kənarlaşdırılmasını təmin etmək;

    c) məişət, istehsalat və yağış tullantı sularının təmizlənmə dərəcəsini ölkənin su qanunvericiliyi və “Yerüstü suların tullantı suları ilə çirklənmədən mühafizə qaydaları”-nın tələblərinə uyğun olaraq qəbul etmək;

    ç) meşə zolağında ağacların yalnız onlara xidmət və sanitariya qırılması ilə bağlı kəsilmələrini həyata keçirmək.

    13.3.1.6. Yerüstü su təchizatı mənbəyinin zonasının ikinci qurşağının ərazisində aşağıdakılar qadağan edilir:

    a) ərazinin natəmizliklərlə, zibillə, peyinlə, sənaye tullantıları ilə və b.s. çirkləndirilməsi;

    b) yanacaq-sürtgü materialları, zəhərli kimyəvi maddələr və mineral gübrələr anbarlarının, tullantı toplayıcılar, şlamtoplayıcılar və su təchizatı mənbəyini kimyəvi çirkləndirə bilən digər obyektlərin yerləşdirilməsi;

    c) qəbristanlıqlar, mal-qara qəbristanlığı, assenizasiya sahələri, filtrasiya sahələri, suvarılan torpaq sahələri, peyin saxlanan yerlər, silos xəndəkləri, heyvandarlıq və quşçuluq müəssisələri və su təchizatı mənbələrini mikrobla çirkləndirə bilən digər obyektlərin yerləşdirilməsi;

    ç) gübrə və zəhərli kimyəvi maddələrdən istifadə olunması.

    13.3.1.7. Yerüstü su təchizatı mənbəyinin zonasının ikinci qurşağının ərazisində 13.3.1.5 və 13.3.1.6 maddələrinin tələblərinə əlavə olaraq:

    sanitariya-epidemioloji xidmət orqanlarının razılığı ilə təyin olunmuş yerlərdə, xüsusi rejim təmin olunan hallarda quşçuluq, paltar yuyulması, çimmək, turizm, su idmanı, çimərliklərin təşkili, və balıq ovuna yol verilir;

    bərələrin, körpülərin və limanların yerləri təyin olunmalıdır;

    gəmiçilik olan yerlərdə gəmilər məişət, çən suları və bərk tullantıları toplamaq üçün xüsusi həcmlərlə təmin olunmalı, limanlarda maye və bərk tullantıları qəbul etmək üçün tədbirlər görülməli, sərnişin platformaları və keşikçi gəmiləri natəmizliyi toplamaq üçün avadanlıqla təmin edilməlidir;

    suaxardan, yaxud sututardan qum və çınqıl çıxarılması, eləcə də dibin dərinləşdirilməsi qadağan edilir;

    eni ən azı 300 m olan sahil zolağında otlaq sahələrin olması qadağan edilir.



    13.3.1.8. Yerüstü su təchizatı mənbəyinin zonasının üçüncü qurşağının ərazisində 13.3.1.5 maddəsində göstərilən sanitariya tədbirləri həyata keçirilməlidir.

    13.3.1.9. Zonanın üçüncü qurşağında yerləşən meşələrdə ağacların əsas və aralıq istifadə üçün kəsilməsinə və müəyyən sahənin ağac tədarükü müəssisəsinə, həmçinin uzun müddətli istifadə üçün qırılacaq meşə sahəsi fonduna təhkim olunmasına yol verilir.

    13.3.1.10. Kanallardan və su anbarlarından su təchizatı mənbəyi kimi istifadə olunduqda onların diblərinin çöküntüdən və sahil və səthlərinin su bitkilərindən vaxtaşırı təmizlənməsi nəzərdə tutulmalıdır. Kanal və su anbarlarının su bitkiləri ilə dolmasının qarşısını kimyəvi üsullarla almaq üçün sanitariya-epidemioloji xidmət orqanlarının icazə verdiyi kimyəvi reagentlərdən istifadə etməyə yol verilir.

    13.3.2. Yeraltı su təchizatı mənbələri

    13.3.2.1. Yeraltı su təchizatı mənbəyinin birinci qurşağının ərazisində 13.3.1.1., 13.3.1.3 və 13.3.1.4 maddələrində göstərilən sanitariya tədbirləri nəzərdə tutulmalıdır.

    Q e y d. Kənd təsərrüfatı obyektlərinin yeraltı suqəbuledicilərində keşikçi (həyəcan) siqnalizasiyanın nəzərə alınmamasına yol verilir.

    13.3.2.2. Yeraltı su təchizatı mənbəyinin ikinci qurşağının ərazisində 13.3.1.5 maddəsinin “a”, “b”, “c” bəndlərində və maddə 13.3.1.6-da göstərilən sanitariya tədbirləri nəzərdə tutulmalıdır.

    13.3.2.3. Zonanın ikinci qurşağında həyata keçirilən sanitariya tədbirlərinə maddə 13.3.2.2-də göstərilənlərdən əlavə aşağıdakılar da daxil edilməlidir:

    sudaşıyıcı layın çirklənməsinə şərait yaradan bütün köhnə, fəaliyyətdə olmayan, zədəli, yaxud düzgün istismar edilməyən borulu və şaxtalı quyuların aşkar edilməsi, tamponajı, yaxud bərpa edilməsi;

    yeni borulu quyuların qazılmasının tənzimlənməsi;

    işlənmiş suların yeraltı laylara vurulması, bərk tullantıların yer altında basdırılması və yer təkinin işlənməsinin qadağan edilməsi və sudaşıyıcı layları çirkləndirə bilən uducu borulu və şaxtalı quyular ləğv edilməsi.



    13.3.2.4. Yeraltı su təchizatı mənbəyinin zonasının üçüncü qurşağının ərazisində maddə 13.3.1.5 “a”, 13.3.1.6 “b” və 13.3.2.3-də göstərilən sanitariya tədbirləri nəzərdə tutulmalıdır.

    Q e y d. Müdafiə olunan yeraltı sulardan istifadə edildikdə və sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırmaqla zonanın üçüncü qurşağında maddə 13.3.1.6-nın “b” bəndində göstərilən obyektlərin yerləşdirilməsinə yol verilir.

    13.3.2.5. Məcraaltı suqəbuledicilərin və yerüstü mənbələrin infiltrasiyalı suqəbulediciləri qidalandıran, yaxud yeraltı su ehtiyatlarını süni surətdə artırmaq üçün istifadə edilən sahələrinin zonasının bütün qurşaqlarında sanitariya tədbirləri yerüstü su təchizatı mənbələrində olduğu kimi qəbul edilməlidir.

    13.3.3. Su kəməri qurğularının meydançaları   

    13.3.3.1. Su kəməri qurğuları meydançalarının zonasının birinci qurşağının ərazisində 13.3.1.1 və 13.3.1.4 maddələrində göstərilən keşik mühafizəsi və 17.1.5 maddəsində göstərilən texniki mühafizə vasitələri nəzərdə tutulmalıdır.

    13.3.3.2. Su kəməri qurğuları meydançalarının sanitariya-mühafizə qurşağı daxilində 13.3.2.2 maddəsində göstərilən sanitariya tədbirləri nəzərdə tutulmalıdır.

    13.3.4. Sudaşıyıcı borular

    13.3.4.1. Sudaşıyıcı boruların sanitariya-mühafizə qurşağı daxilində torpağın və qrunt sularının çirklənməsinə səbəb ola biləcək mənbələr (ayaqyolular, çirkli su çökəklikləri, peyin anbarları, zibil qəbuledicilər və s.) olmamalıdır.

    Qurşağın göstərilən çirkləndirici mənbələrlə sərhəd sahələrində plastmas, yaxud polad borular çəkilməlidir.



    13.3.4.2. Sudaşıyıcı boruların zibil toplanan və assenizasiya sahələrində, filtrasiya sahələrində, suvarılan torpaq sahələrində, qəbristanlıqda, mal-qara qəbristanlığında, həmçinin sənaye və kənd təsərrüfatı müəssisələrinin ərazisində çəkilməsinə yol verilmir.

    14. Soyuducu dövri su təchizatı sistemləri

    14.1. Ümumi göstərişlər

    14.1.1. Su təchizatı sxemi bütün sənaye müəssisəsi üçün ümumi, yaxud ayrı-ayrı istehsalat, sex, yaxud texnoloji qurğu üçün qapalı dövrə şəklində qəbul edilməlidir.

    Müəssisədəki soyuducu dövri su təchizatı sistemlərinin sayı istehsalat texnologiyasına, suyun keyfiyyətinə, temperaturuna, təzyiqinə irəli sürülən tələblər, su tələbatçılarının baş planda yerləşməsi və inşaatın növbəliliyi nəzərə alınmaqla təyin edilməlidir.

    Su kəməri şəbəkəsinin borularının diametrini və uzunluğunu azaltmaq üçün sənaye müəssisə-sində ayrı-ayrı istehsalat, sex, yaxud texnoloji qurğu üçün tələbatçılara mümkün qədər yaxınlaş-dırılan ayrılmış dövri su təchizatı sistemləri qəbul edilməlidir.

    14.1.2. Soyuducu dövri su təchizatı sistemləri layihələndirilən zaman qızmış suyun aşağı potensiallı istiliyindən istifadə etməyin mümkünlüyü nəzərə alınmalıdır.

    14.1.3. Dövri su təchizatı sistemini suyun texnoloji qurğulardan şırnaq kəsilməməsi şərtilə kənarlaşdırılıb soyuduculara, şırnağın kəsilməsi qurğunun konstruksiyası ilə bağlı hallar istisna olmaqla, kifayət qədər basqı altında verilməsinə layihələndirmək lazımdır.

    14.1.4. Dövri su təchizatı sistemlərində təmizlənmiş və emal edilmiş təbiət və tullantı sularından istifadə etmək lazımdır. Təmizlənmiş tullantı sularından istifadə olunması sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırılmalıdır.

    14.1.5. Dövri su təchizatı qurğuları layihələndirilərkən 10, 15 və 16-cı bölmələrin tələbləri nəzərə alınmalıdır.

    14.1.6. Dövri sistemdə istifadə edilən su boruları, avadanlığı və istilik-mübadilə aparatlarını korroziyaya uğratmamalı, bioloji örtük yaratmamalı, istilik-mübadilə səthlərində asılı maddə və duz birləşmələrindən ibarət çöküntü yaratmamalıdır.

    Göstərilən tələbləri təmin etmək üçün dövri və qidalandırıcı suyun müvafiq təmizlənməsi və emalı nəzərdə tutulmalıdır.



    14.1.7. Suyun təmizlənməsi, emalı və soyudulması üçün qurğu və avadanlığın tərkibi və ölçüləri bu qurğulara düşən maksimal hidravliki yük şəraitinə görə təyin edilməlidir.

    14.2. Sistemlərin su balansı

    14.2.1. Dövri su təchizatı sistemləri üçün itkilər, sistemdən lazımi atılmalar və bütün bu itkilərin yerini doldurmaq üçün qidalandırıcı su miqdarını nəzərə alan su balansı tərtib edilməlidir.

    14.2.2. Balans tərtib edilərkən sistemdən ümumi su itkisinə daxil edilməlidir:

    a) geri qaytarılmayan tələbat (sistemdən texnoloji ehtiyacların ödənilməsinə götürülən su);

    b) soyutma zamanı buxarlanma ilə itən və (45) düsturu ilə təyin edilən su miqdarı

    burada -soyuducu qurğuya (nohur,səpələyicili hovuz, yaxud qradirniya) daxil olan suyun temperaturu tilə qurğudan çıxmış suyun temperaturu tarasındakı fərq;



    q- sistemin su sərfi, m3/st;

    Kb - ümumi istilikötürmədə buxarlanma ilə ötürülən istiliyin miqdarını nəzərə alan əmsal olub səpələyicili hovuzlar və qradirniyalar üçün quru termometrə görə havanın temperaturundan asılı olaraq cədvəl 37-ə, su anbarları-soyuducular (nohurlar) üçün suaxarda suyun təbii tem-peraturundan asılı olaraq cədvəl 38-ə əsasən qəbul edilir.

    Cədvəl 37.



    Havanın temperaturu, 0C

    0

    10

    20

    30

    40

    Qradirniya və səpələyicili hovuzlar üçün Kb-nin qiymətləri

    0,001

    0,0012

    0,0014

    0,0015

    0,0016

    İstehsal məhsulu suvarılan istilik-mübadilə aparatında soyudulduqda buxarlanma ilə itən su miqdarı (45) düsturu ilə hesablanan miqdardan iki dəfə çox qəbul edilməlidir.

    Cədvəl 38.



    Su anbarına tökülən çay, yaxud kanalda suyun temperaturu0C

    0

    10

    20

    30

    40

    Su anbarları-soyuducular üçünKb-nin qiymətləri

    0,0007

    0,0009

    0,0011

    0,0013

    0,0015

    Q e y d:

    1. Temperaturların aralıq qiymətləri üçün Kb interpolyasiya ilə təyin edilir.

    2. Su anbarları-soyuducularda suyun təbii buxarlanması ilə itən su miqdarı su anbarlarını hesablamaq üçün mövcud normalarla təyin edilməlidir.

     





    c) səpələyicili hovuzlarda, qradirniyalarda və suvarılan istilik-mübadilə aparatlarında küləklə aparılan su miqdarı P2 (cədvəl 39-a əsasən qəbul edilir);

     

    Cədvəl 39.



    Soyuducu

    Hava axını ilə aparılan su itkisiP2 (soyudulan su sərfindən faizlə)

    Sututucu qurğularla təchiz edilmiş ventilyatorlu qradirniyalar:

     

    dövri suda toksik maddələr olmadıqda

    0,1 – 0,2

    toksik maddələr olduqda

    0,05

    Sututucu qurğusu olmayan qülləli qradirniyalar və suvarılan istilik-mübadilə aparatları

    0,5 – 1

    Sututucu qurğusu olan qülləli qradirniyalar

    0,01 – 0,05

    Açıq və səpələyicili qradirniyalar

    1 – 1,5

    Aşağıdakı məhsuldarlığa malik səpələyicili hovuzlar:

     

    500 m3/st-a qədər

    2 – 3

    500 m3/st-dan çox 5000 m3/st-a qədər

    1,5 – 2

    5000 m3/st-dan çox

    0,75 – 1

    Q e y d. İtkilərin kiçik qiymətləri böyük məhsuldarlığa malik soyuducular üçün, həmçinin karbonat çöküntülərinin yaranmasının qarşısını almaq üçün soyuducu suyun emalı hesablanarkən qəbul edilməlidir.

     





    ç) su təmizləyici qurğularda itən və 9-cu bölmənin göstərişlərinə əsasən hesablanan su miqdarı;

    d) sukeçirən əsaslarda su anbarları-soyuducularda və dambaların su keçirən hasarlamalarında filtrasiya ilə itən və hidrogeoloji axtarışların nəticələri əsasında hesablanan su miqdarı. Səpələyicili hovuzlardan və qradirniyaların su toplayan rezervuarlarından filtrasiya ilə itən su miqdarı hesab-lamalarda nəzərə alınmır;

    e) dövri və qidalandırıcı suyun keyfiyyətindən, həmçinin onların emalından asılı olaraq sistemdən suyun atılması (sistemin üflənməsi).

    14.3. Mexaniki qarışıqların çökməsinin qarşısının alınması

    14.3.1. Qradirniyaların rezervuarlarında və istilik-mübadilə aparatlarında mexaniki qarışıqların çökməsinin mümkünlüyü və intensivliyi bu rayonda yerləşmiş və eyni mənbənin suyu ilə qidalanan dövri su təchizatı sistemlərinin istismar təcrübəsi, yaxud su və havadakı mexaniki çirkləndiricilərin miqdarı, qranulometrik tərkibi (hidravlik iriliyi) haqqında məlumatlar əsasında təyin edilməlidir.

    İstilik-mübadilə aparatlarında mexaniki qarışıqların çökməsinin qarşısının alınması və çökmüş qarışıqların onlardan kənar edilməsi üçün bu aparatların iş prosesində vaxtaşırı hidroimpuls, yaxud hidropnevmatik üsulla yuyulması, həmçinin dövri suyun qismən şəffaflandırılması nəzərdə tutulmalıdır.



    14.3.2. Dövri su təchizatı sistemlərini qidalandırmaq üçün istifadə edilən yerüstü su 9-cu böl-mənin göstərişlərinə uyğun şəffaflandırılmalıdır.

    14.4. Suyun çiçəklənməsi (yosunlarla örtülməsi) və bioloji örtüyün yaranması ilə mübarizə

    14.4.1. Su anbarları və nohur-soyuducularda suyun çiçəklənməsi ilə mübarizə tövsiyə olunan 11-ci əlavənin göstərişlərinə əsasən su səthinə mis kuporosunun səpələnməsi ilə aparılmalıdır.

    Mis kuporosundan istifadə edilməsi bütün hallarda sanitariya-epidemioloji xidmət və balıq ehtiyatlarının mühafizəsi orqanları ilə razılaşdırılmalıdır.



    14.4.2. İstilik-mübadilə aparatları və boru kəmərlərində bakterial bioloji örtüyün inkişafına yol verməmək üçün 11-ci əlavənin göstərişlərinə əsasən dövri suyun xlorlanması tətbiq edilməlidir. Xlorun dozası bu su mənbəyindən istifadə edən su təchizatı sistemlərinin istismar təcrübəsinə əsasən, yaxud əlavə edilən qidalandırıcı suyun xlorudma qabiliyyətindən asılı olaraq qəbul edilməlidir.

    14.4.3. Soyuducu suyu emal etmək üçün xlorlayıcı qurğular və sərf anbarları 9-cu bölmənin göstərişləri əsasında layihələndirilməlidir.

    Ehtiyat xlorlayıcıların olması tələb edilmir. Xlorlu su xlorlayıcı qurğulardan soyudulmuş suyu qəbul edən kameraya verilməlidir.

    Suyun yüksək xlorudma qabiliyyəti və dövri su təchizatı sisteminin boru kəməri böyük uzunluğa malik olduqda xlorlu suyun sistemə bir neçə nöqtədə daxil edilməsinə yol verilir.

    14.4.4. Qradirniya, səpələyicili hovuzlar və suvarılan istilik-mübadilə aparatlarının su bitkiləri ilə örtülməsinin qarşısını almaq üçün soyuducu suyun 11-ci əlavənin göstərişlərinə əsasən fasilələrlə mis kuporosu məhlulu ilə emalı tətbiq edilməlidir. Məhlul çənində mis kuporosu məhlulunun qatılığı 2-4% qəbul edilməlidir.

    14.4.5. Qradirniya, səpələyicili hovuzlar və suvarılan soyuducuların səthində bioloji örtüyün yaranmasının qarşısını almaq üçün tövsiyə olunan 11-ci əlavənin göstərişlərinə əsasən dövri suyun qurğulardan əvvəl fasilələrlə əlavə xlorlanması tətbiq olunmalıdır. Suyun əlavə xlorlanması mis kuporosu məhlulu ilə eyni zamanda, yaxud mis kuporosu məhlulu ilə emaldan sonra yerinə yetirilməlidir.

    14.4.6. Mis kuporosu məhlulu ilə təmasda olançənlər, novlar, boru kəmərləri, avadanlıq və bağlayıcı armatura korroziyaya davamlı materialdan olmalıdır.

    14.5. Karbonat birləşmələrinin çökməsinin qarşısının alınması

    14.5.1. Bu yarımfəslin göstərişləri şirin su mənbələrindən və təmizlənmiş tullantı sularından istifadə etdikdə istilik-mübadilə səthlərində soyuducu suyun qaynaması baş verməyən və su 600C-dən artıq qızmadıqda istilik-mübadilə aparatları, maşınlar və aqreqatların soyuducu dövri sistemlərinin layihələndirilməsinə şamil edilir.

    Q e y d. Soyuducu suya xüsusi tələblər irəli sürüldükdə, su 600C -dən artıq isindikdə və istilik-mübadilə səthində onun yerli qaynaması baş verən hallarda qidalandırıcı suyun ion əvəzedici süzgəclərdə (natrium-kationlaşdırma, yaxud “qıt regenerasiya” ilə hidrogen-kationlaşdırma) yumşaldılması lazımdır. Suyun sonradan turşu, yaxud fosfatlarla emal edilməsi ilə əhənglə emalına yol verilir.

    14.5.2. QəKb≥3 şərti ödənildikdə karbonat birləşmələrinin çökməsinin qarşısını almaq üçün (Qə-qidalandırıcı suyun qələviliyi, mq-ekv/l; Kb- çöküntü verməyən duzların qatılaşma-buxarlanma əmsalıdır) suyun aşağıdakı üsullardan biri ilə emalı nəzərdə tutulmalıdır: turşu daxil etmə, rekarbonizasiya, polifosfatlarla fosfatlaşdırma və fosfatlar və turşularla birlikdə emal. Üzvi fosforlu birləş-mələrdən istifadəyə yol verilir.

    14.5.3. Karbonat birləşmələrinin çökməsinin qarşısını almaq üçün istifadə ediləcək üsul aşağıda göstərilən qaydada qəbul edilməlidir:

    turşularla emal - təbiət sularının istənilən qələviliyi və ümumi codluğunda, eləcə də sistemdə suyun buxarlanma əmsallarının istənilən qiymətlərində;

    fosfatlarla emal - qidalandırıcı suyun qələviliyi Qə= 5,5 mq-ekv/l-ə qədər olduqda;

    fosfatlar və turşularla birgə emal - fosfatlarla emal karbonat birləşmələrinin çökməsinin qarşısını almayan hallarda, yaxud üfürülmənin miqdarı iqtisadi cəhətdən əlverişli olmadıqda;

    tüstü qazları, yaxud karbon qazı ilə emal - qidalandırıcı suyun qələviliyi 3,5 mq-ekv/l-ə və

    qəbul buxarlanma əmsalı 1,5-ə qədər olduqda.



    Turşular, karbon qazı və fosforlu reagentlərin dozaları tövsiyə edilən əlavə 12-nin göstərişləri əsasında edilməlidir.

    14.6. Sulfat birləşmələrinin çökməsinin qarşısının alınması  

    14.6.1. Kalsium sulfatın çökməsinin qarşısını almaq üçün dövri suda və  ionlarının aktiv qatılığının məhsulu kalsium sulfatın həllolma məhsulundan artıq olmamalıdır (əlavə 12).


    Download 4.24 Mb.
    1   ...   12   13   14   15   16   17   18   19   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.