• 17.4. Konstruksiyaların hesablanması 17.4.1. T
  • 17.5. İnşaat konstruksiyalarının korroziyadan müdafiəsi 17.5.1.
  • AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 4.24 Mb.
    bet20/53
    Sana24.03.2017
    Hajmi4.24 Mb.
    1   ...   16   17   18   19   20   21   22   23   ...   53

    17.3.4. Bağlı tutum qurğuları üçün iqlim şəraitindən, daxil olan suyun temperaturundan və onların texnoloji iş rejimindən asılı olaraq divarlarının və örtüklərinin isidilməsi layihələndirilməlidir.

    İsidilmə, bir qayda olaraq, qruntla örtmə vasitəsilə təmin edilir və qrunt örtüyünün qalınlığı 0,5 m-dən az olmamalıdır. İsidilmə üçün süni materiallardan istifadəyə yol verilir.

    Tikinti zamanı və qış aylarında su tutumdan boşaldılan zaman qurğunun dibinin torpağını donmadan qorumaq üçün tədbirlər görülməlidir.

    17.3.5. İçməli su rezervuarlarında beton və dəmir-beton konstruksiyaların su ilə görüşən daxili səthləri DÜİST 13015-a görə ən azı AI kateqoriyasının tələblərinə cavab verməlidir.

    17.3.6. Təsərrüfat-içməli ehtiyaclarını təmin etmək üçün su hazırlığı məqsədilə təmas şəffaflandırıcılar layihələndiriləndə onları xidmət dəhlizindən ayıran, xidmət meydançasından ən azı 2,5 m hündürlüyə malik şüşə arakəsmələr nəzərdə tutulmalıdır; arakəsmənin aşağı hissəsi 1-1,2 m hündürlükdə bütöv (monolit) olmalıdır.

    Saxlayıcı layı olmayan təmas şəffaflandırıcıların dibi üçün B25 sinfindən aşağı olmayan betondan istifadə edilməlidir.



    17.3.7. Tutum qurğuları və qradirniyaların dəmir-beton konstruksiyaları üçün betonun şaxtaya davamlılıq və sukeçirməzliyə görə markası cədvəl 43-də göstərilən tələblərə cavab verməlidir.

    Q e y d. Boruların dibdən keçidi dibə sərt hörülən qabırğalı polad qol boruların köməyilə dibin altinda boru kəməri sahəsinin betonlanması ilə yerinə yetirilə bilər.

     

    Cədvəl 43. Tutum qurğularının dəmir-beton konstruksiyalarının şaxtaya davamlılıq və sukeçirməzliyə görə betonunun markasına tələblər



    Konstruksiyalar və onların istismar şəraiti

    Betonun tələb olunan markası







    Xarici havanın hesabi temperaturunda şaxtaya davamlılığa görə

     

     

    Su keçirməzliyə görə









    mənfi 50C-yə bərabər və daha çox

    mənfi 50C- dən aşağı, mənfi 200C- yə qədər

    mənfi 200C- dən aşağı, mənfi 400C- yə qədər

    mənfi 400C- dən aşağı




    I. Tutum qurğuları

    1. Dəyişən su səviyyəsində, hava mühitinin təsiri altında, bir-birinin dalınca donmaya məruz qalan konstruksiyalar:

    a) nov tipli nazik divarlı konstruksiyalar


    F150

    F200

    F300

    F400

    Aşağıdakı basqı qradiyentlərində:

    <≤3bar – W4;

    >(3-≤5)bar-W6;

    >5 bar-W8


    b)açıq qurğuların digər konstruksiyaları (sututarların, suqəbuledicilərin yamaclarının üzlüyü)

    F100

    F150

    F200

    F300

    Həmçinin

    2. Həmçinin, suyun sabit səviyyəsində (açıq tutum qurğularının divarları)

    F75

    F100

    F150

    F200

    “”

    3. Qruntda dərinə salınmış, yaxud qruntla örtülmüş və mövsümi donma zonasında yerləşən (tutumların və quyuların qoruyucu konstruksiyaları)

    F50

    F75

    F100

    F150

    “”

    4. İsidilən otaqlarda yerləşən konstruksiyalar (süzgəclər, şəffaflandırıcılar, reagent çənləri), daimai su altında qalan (suqəbuledicilər, tutum qurğularının dibi), yaxud donma dərinliyindən aşağıda yerləşən konstruksiyalar

    -

    -

    F50

    F75

    “”

    II. Ventilyatorlu və qülləli qradirniyalar

    5. Yerüstü konstruksiyalar (sorucu qüllələr istisna olmaqla) və qış aylarında 1 m2 suvarma sahəsinə istilik yükü 50 minkkal/st və daha çox olan su toplayan hovuzların divarları



    F100

    F200

    F300

    F400

    W8

    6. Həmçinin,istilik yükü 50 minkkal/st-dan az olan.

    F200

    F300

    F400

    F400

    W8

    7. Sorucu qüllələr

    F300

    F400

    Qəbul edilmirlər

    Qəbul edilm.

    W8

    8. 1 m2 suvarma sahəsinə istilik yükü 50 min kkal/st və daha çox olan su toplayan hovuzların dibi

    F50

    F100

    F150

    F200

    W8

    W6


    9. Həmçinin, istilik yükü 50 minkkal/st-dan az olan

    F100

    F150

    F200

    F300

    Mənfi400C temperatur üçün-W6;mənfi 400C-dən aşağı-W8

    Q e y d:

    1. Şaxtaya davamlılığa görə betonun markası II sinif məsuliyyətli qurğular üçün verilib. I sinif qurğular üçün betonun şaxtaya davamlılığa görə markası bir pillə artırılmalı, III sinif qurğular üçün isə F 50-dən az olmamaq şərtilə bir pillə azaldılmalıdır.

    2. Aqressiv mühit olduqda su keçirməzliyə görə betonun markası TNvəQ 2.03.11-in tələblərinə əsasən təyin edilməlidir.

    3. Su təchizatının tutum qurğularına hidrotexniki betona tələblər şamil edilmir.

    4. Basqı qradiyenti hidrostatik basqının konstruksiyanın qalınlığına olan nisbətini göstərən parametrdir.

     





    17.3.8. Boru kəmərlərinin tutum qurğuları və binaların yeraltı hissəsindən keçən yerlərində boru ətrafındakı boşluğun doldurulması konstruksiyaların sukeçirməzliyini təmin etməlidir.

    Sərt doldurma olduqda qüvvələrin onlardan divar konstruksiyalarına ötürülməsi nəzərə alınmalı və bu qüvvələrin aradan qaldırılması, yaxud azaldılması üçün tədbirlər görülməlidir; kipgəcdən istifadə etdikdə onlara yanaşma və kiplik yaradan doldurucuların təzələnməsi təmin edilməlidir. Boru kəmərləri keçən yerlərin kipləşdirilməsinin bütün hallarında onlarla bağlı avadanlığın və hasar konstruksiyaların temperatur və seysmik təsirlərdən, həmçinin binalarda yaxud qurğularda və xarici boru kəmərlərində qeyri-müntəzəm çökmənin təsirindən qorunması təmin edilməlidir.



    17.3.9. Tutum qurğularının möhkəmliyə və sukeçirməzliyə hidravlik sınağı TNvəQ 3.05.04-ə görə xarici divar səthinin müsbət temperaturunda yerinə yetirilməlidir. Korroziya əleyhinə örtüyü olan qurğular bu örtük çəkilməmişdən sınaqdan çıxarılmalıdır.

    İçməli su rezervuarlarının bütün hasarlayıcı konstruksiyaları əlavə olaraq kipliyə sınaqdan keçirilməlidir.



    17.3.10. Quyuların üstünün torpaq örtüyünün qalınlığı şaquli planlaşdırılma nəzərə alınmaqla təyin edilməli və 0,5 m-dən az qəbul edilməməlidir.

    Yol örtüyü olmayan tikintili ərazilərdə yerləşmiş quyu qapaqları ətrafında eni 0,5 və quyudan əks istiqamətdə mailliyi olan səkilər nəzərdə tutulmalıdır.Təkmilləşdirilmiş örtüyü olan yolların gediş hissəsində yerləşən quyuların qapaqları gediş hissəsinin səthi ilə eyni səviyyədə olmalıdır.

    Tikinti olmayan ərazilərdə çəkilmiş suaparıcı boruların quyularının qapaqları torpaq səthindən ən azı 0,2 m hündürdə olmalıdır.

    17.4. Konstruksiyaların hesablanması

    17.4.1. Tutum qurğuları və binaların yeraltı hissələri hesablanarkən yüklər, təsirlər və həddindən artıq yüklənmə əmsalları TN və Q 2.01.07 və cədvəl 44-ə, məsuliyyət sinfi isə cədvəl 42-ə əsasən qəbul edilməlidir.

    Cədvəl 44. Tutum qurğuları konstruksiyalarının hesablanması üçün göstərişlər



    Yüklər və təsirlər

    Həddindən artıq yüklənmə əmsalı

    Qrunta basdırılmış və torpaqla örtülmüş qurğular

    Bina daxilində yerləşən tutum qurğuları










    Tutum qurğuları

    Binaların yeraltı hissəsi













    bağlı

    açıq
















    yüklərin uyğunluğu










    I

    II

    I

    II

    I

    II

    I

    II




    Daimi

     

     

     

     

     

     

     

     

     




    Əks doldurma qruntunun təzyiqi

    1,15

    -

    +

    -

    +

    -

    +

    -

    -




    Doldurma qruntunun çəkisi

    1,15

    -

    +

    -

    -

    -

    -

    -

    -




    Konstruksiyanın öz ağırlığı

    1,1 (0,9)

    +

    +

    +

    +

    -

    +

    +

    +




    Uzun müddətli müvəqqəti

     

     

     

     

     

     

     

     

     




    Texnoloji mayenin təzyiqi

    1

    -

    2 saylı qeydə bax

    -

    2 saylı qeydə bax

    -

    -

    -

    +




    Qrunt sularının təzyiqi

    1,1

    -

    +

    -

    +

    -

    +

    -

    -




    Texnoloji mayedən temperatur təsiri

    1,2

    -

    +

    -

    +

    -

    -

    -

    +




    Qısa müddətli

     

     

     

     

     

     

     

     

     




    Faktiki göstəricilərə görə bənd əsasının əks doldurulma qruntunun dağılma prizmasına 0,1bar-dan (1000 kqq/m2) az olmayan yüklər

    1,3

     


    -

    +

    -

    +

    -

    +

    -

    -




    Hidravlik sınaq zamanı suyun təzyiqi

    1

    +

    +

    +

    +

    -

    -

    +

    -




    Örtüklərə və bəndə yüklər, müvəqqəti yük yaxud boşaldılan zaman yaranan vakuum daxil olmaqla, həmçinin 0,025 bar-dan çox olmayan (250 kqq/m2) qar yükü

    1,2

    -

    +

    -

    -

    -

    -

    -

    -




    Faktiki göstəricilərə görə bağlı tutumlar boşaldıldığı zaman 0,01 bar-dan (100kqq/m2) çox olmayan yaranan vakuum

    1,1

    -

    +

    -

    -

    -

    -

    -

    -




    Q e y d:

    1. “Plyus” işarəsi verilmiş uyğunluqda yüklərin, yaxud təsirlərin olduğunu göstərir.

    2. Hidravlik sınaqlar zamanı qoruyucu qurğulara suyun təzyiqi qısa müddətli müvəqqəti yük kimi qəbul edilir. İstismar müddətində texnoloji mayenin xarici divarlara təzyiqi uzun müddətli müvəqqəti qəbul edilməlidir, Bu zaman qrunt dərinliyinə basdırılmış qurğular üçün onun üstünə tökülmüş torpağın da təzyiqi nəzərə alınmalıdır. Çox bölməli tutum qurğularının daxili divarlarına təzyiqi, əgər bu qurğuların istismarı zamanı qonşu bölmələrin suyu qısa müddətli boşaldılacaqsa qısa müddətli müvəqqəti yük kimi qəbul edilməlidir.

    3. Tutum qurğularının dibi və divarlarına texnoloji mayenin (yaxud hidravlik sınaq zamanı suyun) təzyiqindən normativ yük mayenin maksimum layihə səviyyəsində hidrostatik təzyiqə bərabər qəbul edilməlidir. Hesabi yük mayenin səviyyəsi daşma qurğusunun tilindən 100 mm hündür olan hal üçün, o olmadıqda isə divarın yuxarı tilinə qədər hidrostatik təzyiqə bərabər qəbul edilməlidir.

    4. Temperaturu 500C-dən yuxarı olan maye ilə doldurulmuş, yaxud temperatur düşgüsü 300C -dən çox olan qurğuların konstruksiyaları temperatur təsirinə hesablanmalıdır.

    5. Dərinə basdırılmış, yaxud torpaqla örtülmüş tutum qurğularının örtükləri qalınlığı 0,3 m-dən az olmayan qrunt layında hərəkət edən inşaat mexanizmlərinin, digər yüklər nəzərə alınmadan, qısa müddətli yükünə hesablanmalıdır.

    6. İstismar zamanı örtük elementlərinin tutumdakı texnoloji mayenin təsirindən yaranan mərkəzdən kənar dartılmaya hesablanması örtüyə mümkün maksimal yükə və divarlara həddindən artıq yüklənmə əmsalı 0,9 olmaqla qruntdan olan təzyiqə və 1,1 əmsalı ilə daxili sürtünmə bucağına aparılmalıdır.

    7. Hidrostatik təzyiqə hesablanmayan arakəsmələr açıq tutumların boşaldılması, yaxud bağlı tutum qurğularının tikintisi zamanı küləyin yükünə yoxlanılmalıdır.





































    17.4.2. Tutum qurğuları yüklərə və təsirlərə cədvəl 44-də göstərilmiş həddindən artıq yüklənmə nəzərə alınmaqla yükün iki kombinasiyasına hesablanmalıdır:

    I - hidravlik sınaq zamanı, qrunt dərinliyində yerləşən qurğu bölmələr üzrə su ilə ən əlverişsiz doldurulmada. Torpaqla örtülməyən qurğular üçün bu istismar birləşməsi hesab edilir.

    II - istismar zamanı, qurğu su ilə doldurulmayanda və torpaqla örtülməyəndə. Belə hallarda üzüb qalxmaya qarşı dayanıqlıq yoxlanılmalıdır.

    17.4.3. Su kəməri qurğuları meydançalarında qrunt sularının hesabi səviyyəsi suaxarda, yaxud sututarda su təminatının 11-ci cədvəldə verilmiş göstəricilərinə görə suyun maksimal səviyyəsi nəzərə alınmaqla uzun müddətli proqnoz əsasında təyin edilməlidir. Suaxarların və sututarların yatağında yerləşmiş qurğu və binaların möhkəmliyi və dayanıqlığı tikinti zamanı 10-%-li təminat üçün su səviyyəsinə yoxlanılmalıdır.

    17.4.4. Əgər layihədə daşma dövründə qurğulardan suyun boşaldılmasının qarşısını alan tədbirlər və qrunt suları səviyyəsinə nəzarət nəzərdə tutulubsa tutum qurğularının üzüb yuxarı qalxmaya qarşı dayanıqlığının hesablanması daşma dövründə qrunt sularının səviyyəsinin müvəqqəti artması nəzərə alınmadan aparıla bilər. Üzüb yuxarı qalxmaya qarşı dayanıqlıq əmsalı 1,1 qəbul edilməlidir.

    17.4.5. Silindr şəkilli tutum qurğularının divarlarında betonda torpaq örtüyü olmadıqda su ilə doldurulandan sonra sıxılmadan yaranan gərginlik gərilmiş armaturada bütün itkilər nəzərə alın-maqla aşağıda göstərilənlərdən az olmamalıdır: hündürlüyün 1/3-nə bərabər aşağı hissədə - 8 bar, yuxarı hissədə - 5 bar.

    17.5. İnşaat konstruksiyalarının korroziyadan müdafiəsi

    17.5.1. İnşaat konstruksiyalarının korroziyadan müdafiəsi TNvəQ 2.03.11-in göstərişlərinə əsasən yerinə yetirilməlidir.

    17.5.2. Azmış cərəyanlar zonasında yerləşmiş yeraltı və yerüstü qurğular layihələndirilərkən dəmir-beton konstruksiyaların elektrokimyəvi korroziyadan müdafiəsi nəzərdə tutulmalıdır.

    17.5.3. Konstruksiya elementlərinə korroziya əleyhinə örtük çəkilməsinin və bu örtüyün vaxtaşırı bərpa edilməsinin mümkünlüyü nəzərə alınmalı, yaxud bütün istismar müddətində qurğuların qorunmasını təmin edən konstruktiv həllər qəbul edilməlidir.

    17.5.4. Aqressiv mayeləri saxlamaq üçün tutumlar layihələndiriləndə divarların xarici səthinin vəziyyətinə və dibinin kipliyinə müntəzəm nəzarətin mümkünlüyü nəzərə alınmalıdır.

    Yol verilmir:

    binaların yük daşıyıcı divarlarının tutumların divarına söykənməsi;

    tutumların divarları, yaxud dibinə mərtəbəarası örtüklərin və sütunların söykənməsi;

    tutumların içərisində müxtəlif mayeləri saxlamaq üçün bölücü arakəsmələrin olması;

    qurğunun dibində boru kəmərinin betonun içərisində döşənməsi;

    korroziya əleyhinə örtüyün bütövlüyünün pozulması.

    Q e y d. Tutum konstruksiyalarının elementlərinə müntəzəm baxış keçirilməsi, korroziya əleyhinə örtüyün vaxtaşırı bərpaedilməsi və konstruksiyaların təmiri üçün yanaşma təmin edildikdə, tutum divarlarına xidmət meydançalarının və bu tutumlardan maye vuran nasoslar yerləşən otaqların qoruyucu divarlarının söykənməsinə yol verilir.



    Download 4.24 Mb.
    1   ...   16   17   18   19   20   21   22   23   ...   53




    Download 4.24 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 4.24 Mb.