Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




Download 1.74 Mb.
bet41/404
Sana24.03.2017
Hajmi1.74 Mb.
#2065
1   ...   37   38   39   40   41   42   43   44   ...   404
9.2.4. Qarışdırıcı qurğular

9.2.4.1. Qarışdırıcı qurğular reagentləri daxil edən, onları sutəmizləyici kompleksə nəql etdirən boru kəmərindəki, yaxud kanaldakı su həcmində sürətlə və müntəzəm paylanmasını və sonradan qarışdırıcılarda təmizlənən su ilə intensiv qarışmasını təmin edən qurğulara malik olmalıdır.

9.2.4.2. Qarışdırıcı qurğular reagentlərin 9.2.3.2 -9.2.3.4 maddələrinin göstərişlərinə əsasən daxil edilməsinin ardıcıllığı və daxil edilmə arasındakı fasilələri və əlavə 4-ün tövsiyələrinə uyğun olaraq boru kəmərində, yaxud kanalda reagentlərin daxil edilməsi üçün qurğular arasında qalma vaxtını təmin etməlidirlər.

9.2.4.3. Reagentlərin daxil edilmə qurğuları deşikli boru paylaşdırıcıları, yaxud borularda qoyulmuş yerli müqavimətlər yaradan taxma şəklində olurlar. Reagent paylaşdırıcılar suyun emalı prosesini dayandırmadan yuyulmaq və təmizlənmək üçün əlçatan olmalıdırlar. Borulu paylaşdırıcı qoyulduqda boru kəmərindəki basqı itkisi 0,1-0,2 m, taxma qoyulduqda isə 0,2-0,3 m qəbul edilməlidir.

9.2.4.4. Reagentlərin emal edilən su ilə hidravlik tipli qurğularda (burulğanlı,arakəsməli, şaquli) qarışdırılması nəzərdə tutulmalıdır. Müvafiq əsaslandırma olarsa mexaniki qarışdırıcılardan istifadə etməyə yol verilir.

9.2.4.5. Qarışdırıcıların (bölmələrin) sayı lopaların intensiv yaranma dövründə onları işdən ayırmağın mümkünlüyü təmin edilməklə ikidən az olmamalıdır.

Ehtiyat qarışdırıcılar qəbul edilməməli, lakin 9.2.4.3 bəndinin göstərişlərinə uyğun olaraq reagentləri daxil etmək üçün ehtiyat qurğularla təmin edilmiş və qarışdırıcılardan yan keçən boru kəmərinin olması nəzərdə tutulmalıdır.



9.2.4.6. Sutəmizləyici kompleksə tərkibində iri dispersli asılı maddələr olan su daxil olduqda və onun təmizlənməsində suspenziya halında reagentlər, yaxud qismən şəffaflandırılmış məhlullardan istifadə etdikdə burulğanlı qarışdırıcılar tətbiq edilməlidirlər.

Burulğanlı qarışdırıcılar aşağı konus, yaxud piramida şəkilli hissəsinin maili divarları arasındakı bucaq 30-450 olan, şaquli divarlı yuxarı hissəsinin hündürlüyü 1-1,5 mtəşkil edən şaquli diffuzordur. Suyun qarışdırıcıya daxil olma sürəti 1,2-1,5 m/s,qurğuda aşağıdan yuxarı qalxma sürəti suyığıcı qurğunun yanında 30 mm/s-dən 40 mm/s-yə qədər, suyığıcı novun sonunda axının sürəti 0,6 m/s qəbul edlməlidir.



9.2.4.7. Arakəsməli qarışdırıcılar suyun hərəkətini üfüqi, yaxud şaquli istiqamətdə 1800 bucaq altında dəyişməyi təmin edən arakəsmələrə malik kanal şəklində qəbul edilməlidirlər. Qarışdırıcıda döngələrin sayı 9-10 qəbul edilməlidir.

9.2.4.8. Arakəsməli qarışdırıcının bir döngəsində basqı itkisi (8) düsturu ilə təyin edilməlidir.

bar                                                      (8)

burada- müqavimət əmsalı olub 2,9 qəbul edilir;



- qarışdırıcıda suyun hərəkət sürəti (0,7-dən 0,5 m/s-yə qədər azalan istiqamətdə qəbul edilir);

g-sərbəst düşmə təcilidir (9,8 m/s2).

9.2.4.9. Qarışdırıcılar daşma və buraxıcı borularla təchiz edilməlidirlər. Lopaların intensivyaranma dövründə suyun qarışdırıcıda qalma vaxtını azaltmaq məqsədilə arakəsmələrin sayının azaldılmasının mümkün olması üçün tədbirlər görülməlidir.

9.2.4.10. Qarışdırıcılardan lopalar yaranan kameralara (reaksiya kameralarına) və asılı çöküntü layı olan şəffaflandırıcılara suyu nəql etdirən borularda, yaxud kanallarda suyun hərəkət sürəti 1-dən 0,6 m/s-yə qədər azalan istiqamətdə qəbul edilməlidir. Suyun onlarda qalma vaxtı 1,5 dəq-dən çox olmamalıdır.



Download 1.74 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   ...   404




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

Download 1.74 Mb.